Xalq yazıçısı
Kamal Abdullanın “Seçilmiş
əsərləri”nin yeddinci cildi - çap olunub
Xalq yazıçısı, akademik
Kamal Abdullanın “Seçilmiş
əsərləri”nin yeddinci cildi çapdan çıxıb.
Yeddinci cildə müəllifin
son dövrlərdə qələmə
aldığı və
əvvəlki cildlərində
yer almayan bir romanı, hekayələri, səhnələşdirilmiş,
yaxud səhnə həllini gözləyən
pyesləri, “Kitabi-Dədə
Qorqud” dastanının
semantikasından bəhs
edən monoqrafiyası,
mif və dilin əlaqələrindən
bəhs edən “Mifolinqvstika” adlı elmi əsəri və həmmüəlliflə-AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevlə
yazdığı “Kitabi-Dədə
Qorqud” dastanının
qeyri-səlis məntiqlə
əlaqəsindən bəhs
edən elmi əsəri daxil edilib.
Yeddinci cildə daxil edilən və son iki ilin məhsulu
olan hekayələr, əslində, müəllifin
“Seçilmiş əsərləri”nin ikinci
cildindəki hekayələrin
ruhunu, hətta bəzən arxetiplərin
daşıyıcıları və davamıdırlar.
Bu cildə daxil edilmiş “Kitabi-Dədə
Qorqud”da semantik sayrışmalar” bölməsinin əhatə
etdiyi esselər müəllifin əbədi
“Dədə Qorqud” axtarışlarının davamıdır.
Kamal Abdullanın “Yarımçıq
əlyazma” ilə başlayan roman yaradıcılığının
hələlik finalı
kimi özünü göstərən “Laokoon,
Laokoon”…(yaxud bir romanın
“gerçək” yazılma
tarixçəsi)” romanı
müəllifin zaman-zaman gəldiyi
yolboyu nəzəri və yaradıcılıq
emalatxanasında yaşananların
xatirəsidir. Müəllifin
qeyd etdiyi kimi bu “romanvari”
romanın hər bir bölməsi Laokoonun Troya atına nizə atması kimi Kamal Abdullanın romançılıq səyahətində
qarşılaşdığı, amma mübhəm səbəblərdən mətnlərə
daxil etmədiyi təhlükələrə daha
uzaq zaman məsafəsindən
oxlar atmaqdır.
Kitabdakı “Mifolinqvistika” bölməsində
təqdim edilən mətləblər onu deməyə əsas verir ki, Kamal Abdulla bu addımı ilə, əslində, Azərbaycan
dilçilik elmində
yeni bir elmi istiqamətin əsasını
qoymuş olur.
Yeddinci cildə daxil edilmiş “Kitabi-Dədə
Qorqud” və qeyri-səlis məntiq
(Rafiq Əliyevlə birlikdə)
əsəri Azərbaycan
elm tarixində xüsusi
yeri olan dahi alim L.Zadənin
qeyri-səlis məntiqinin
ədəbi-bədii əsərə
tətbiqinin ilk təcrübəsidir.
Kamal Abdullanın “Seçilmiş
əsərləri” yeddi
cildliyinin sonuncu cildini vərəqləyən
diqqətli oxucu bilməlidir ki, müəllifin
yaradıcılığı yeddi cilddən ibarət deyil, müəllifin yaradıcılığı
yeddi cildin hüdudlarından kənarda
da davam edir.
Bu mənada Kamal Abdullanın
yaradıcılığının əsasən toplandığı
bu yeddi cildlik oxucular üçün mayakdır,
mütaliə istiqamətini
göstərən kompasdır.
Qeyd edək ki, kitabın tərtibçiləri Şəlalə
Nəqşani və Cavid Zeynallıdır. Buraxılışa məsul
Sərraf Balaxan, texniki redaktor Rita Müslümovadır.
Nərminə AĞAYEVA
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, ¹27.- S. 23.