Bir ovuc kədərin ərsəyə gətirdikləri...
Tanınmış şair-publisist Faiq
Balabəylinin bu günlərdə çap
olunan yeni şeirlər
kitabı "Bir övuc
kədər” adlanır.
Qaynarinfo
xəbər verir ki,
kitab şair, Azərbaycan
Yazıçılar Birliyinin
katibi Səlim Babullaoğlunun ön sözü ilə açılır.
Kitabda bir ovuc kədərin
yaratdığı nələr
yoxdur ki: Yaradana müraciət, Şuşa
heyrəti, ömrün
kəndə keçməyən
tərəfi, dəniz
eşqi, övlad sevgisi və ən əsası da
SEVGİ... Sözün böyük
mənasında sevgi...
O sevgi ki, bir ovuc kədərin əhatəsindsə Faiq Balabəyliyə bu kitabı yazdırıb:
Üzümü söykəməyə gövdəndə yer gəzirəm,
Budaqların qol kimi sarmaşmır daha mənə.
Qaranlıq dərə bilib,
ovcumda əl gəzirəm,
Qoşa
əlin ovucu qaranlıq kaha mənə.
İlahi,
rəhm eyləmə,
qoy uzansın bu ömür,
Yaş olan yanaqların tamı, duzu, bilinsin...
...Faiq Balabəylinin yaradıcılığında həmişə ön sırada olan VƏTƏN bu kitabda da öz
yerindədir. Vətən
otuz il Şuşasız
qalanda da:
Hər gün istədim ki,
Durub dolanam başına.
Başını tapa bilmədim,
Ayağına döşəndim...
"Qanun” nəşriyyatında
çap olunan kitabın redaktoru Əsəd Qaraqaplan, korrektoru Aytəkin Həmidli, dizaynerləri Səbinə Aydın və Kənan Eynullayevdir.
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, ¹27.- S. 23.