Aktotı
(Hekayə)
Aktotı maşından düşərkən,
onu evinə qədər gətirən
adama yolboyu dəfələrlə dediyi
sözləri yenə
təkrarladı:
- Abbas qardaş, bax ha, unutma, yaxşımı? Ya Kösəkənə, ya da Ərcan qardaşa de. Birdən özüm qarşılaya
bilmərəm.
- Yaxşı, yaxşı,
narahat olma. Gözün arxada qalmasın, rahat get, - deyib öskürdü. O, adətən hörmət
bəslədiyi adamlarla
danışarkən, belə
öskürüb nədənsə
utanan insan kimi yerə baxardı. Bu dəfə də elə edib atın cilovunu çəkərək
cəld uzaqlaşdı.
Aktotının Almatıya getməsindən
təqribən on gün
keçmişdi. Bu günlərdə
kolxozda yeniliklərin olmasından danışılırdı.
Əgər Abbas doğru
deyirdisə, bu gün bir iclas
olacaq və həmin iclasda da bağça və meşə sahələrinin
yaradılması barədə
məsələlərə toxunulacaqdı. Darxan da orada iştirak etməli idi.
Darxanı düşündüyü an Aktotının ürəyi
daha da sürətlə
döyünməyə başladı.
Duyğularına özü
də təəccüblənən
qız bayaq yerə qoyduğu çamadanını götürərək
evə tərəf yönəldi. Gedə-gedə
də "Əşşi,
nə olacaqsa, olsun. Bəlkə də, qrupun başçısı seçilib?
Ah, nə edəcəyəm?
Orduda 5 illik xidmətdən qayıtdığın
beşcə cümlə
ilə belə ifadə edə bilməyən insanı yox edə bilər?"
- deyə düşündü.
Bütün bunları fikirləşən
Aktotı ağır çamadanını yenidən
yerə qoyaraq sevgilisini gözləyənlərtək
ətrafa ümidlə
boylandı. Darxan gəlməyib. Onda niyə axı bu qədər tələsdim? Gecədən
xeyli keçmişdi.
Hər tərəf üzücü səssizlik
içində idi. Hətta, bayaq uzaqlaşan arabanın səsi belə eşidilmirdi. Göy üzündə saysız-hesabsız
ulduz parıldayırdı.
Kəndə isə dilsiz bir sükut
hakim idi.
Aktotının ağlından xeyli
düşüncə keçdi.
Bəzən Darxana nifrət edib üzünü belə görmək istəmirdi, bəzən isə ona qovuşmaq üçün tələsirdi.
Bu dəmdə Abbasın
dediklərini xatırladı.
- Onsuz da bu işdən
nəsə çıxan
deyil. Heç bilmirəm, Darxan niyə belə çətin işin qulpundan tutub. Axı israfdır. Ona görə də Kösəbəyin qarşı
çıxması normaldır.
Düz demirəm, Totıcan?
Abbasın cansıxıcı sözlərini
eşidən Aktotı
kədərləndi.
- Atalarımızın etmədiyi,
ənənəsi olmayan
hər şeydən
gen gəzsək, nə
olacaq? Bu məntiqlə
kolxozun da mənası
yoxdur! Hansı atamız kəndliləri,
belə bir texnologiyanı dəstəkləyərdi
ki?
- Eh, nə edim, axı
mən? Şəxsən
Kösəkənin bilmədən
danışdığını zənn eləmirəm. O başıbatmışın gözü
açıqdır, qanunların
maddələrini şeir
kimi əzbər bilir. Həm Cüldəbək, həm
də dəyərli ağsaqqalımız Baymurad
onun tərəfindədir.
Onlar da ağac əkənlərə qarşıdırlar.
Aktotı
şəxsən iştirak
etməsə də, bugünkü iclasda nələr baş verdiyini xatırladığı
bu kiçik epizoddan, Abbasın sözlərindən az-çox
təxmin edirdi. Birdən gözünün
qarşısına Darxanın
xəyalı gəldi.
Sanki Darxanın xəyalı
"mən gələndə
sən hara getdin, Aktotı?" deyə ondan soruşurdu.
Qız indi güclü təsir altında, bəlkə də, iclasın bitmədiyini, getməkçün gec olmadığını düşündü.
Aktotı
irəliyə bir addım atsa da, uzun çəkmədi. Gecənin sükutunu pozan bir səsə
qulaq verdi. Uzaqdan kimlərinsə qəhqəhə səsi,
itlərin hürüşməsi
eşidilirdi. Danışanlardan
ikisi sağa tərəf dönüb getsə də, ikisi Aktotıya tərəf irəliləyirdi.
Aktotı bu dəfə də iclasın nəticəsini
eşidəcək deyə
həyəcanlandı.
Bir anda qız qapının
qarşısında quruyub
qaldı. Qaranlıqdakı
adam yaxınlaşdıqca
qızın üzü
alışıb-yanır, ürəyi
yerindən çıxacaq
kimi çırpınırdı.
Gələn Darxan idi, heç dəyişilməyən Darxan.
Birdən Darxana bəslədiyi bütün
kini, nifrəti uçub getdi. Aktotının gözləri
yaşla doldu.
Bəs evinin qarşısından
gəlib keçən,
qapının önündəki
qıza gözucu belə baxmayan adam kim idi?
Qız tanıya bilmirdi. Darxandan başqa hər kəsi unudan Aktotının ağlına
gəlmədi ki, bu uzunboylu adam Ərcandır.
Kefi pozulmuş Aktotı uzun müddət baxışlarını yerdən
qaldırmadı. Tez-tez
dərindən ah çəkdiyinin
fərqində belə
deyildi. Göy üzünü bulud almış, Ay qeybə çəkilmişdi. Qızcığaz
yalnız indi gecənin gözəlliyinin
pozulduğunun, qışın
gəlib çatdığının
fərqinə vardı.
Anası
gecə yatmayıb gözləyirmiş kimi qızının səsini
eşidən kimi qapını açdı.
- Şükür, sağ-salamat
gəldin!
Uşaq
və ana, sanki illərdir bir-birindən uzaq düşmüş kimi qucaqlaşdılar. Aktotı anasına heç nə hiss etdirməməyə çalışdı.
Talbikənin suallarına
da gülərək cavab
verdi.
- Canım, xəbərsiz niyə? Bəs bura qədər nə ilə gəldin?
- Abbasla qarşılaşdım.
Kösəbəyin hansısa
qohumunu qatara mindirmək üçün
gəlibmiş.
- Bəxtin açıq olsun. O da çox yaxşı oğlandır.
Gör, bir necə rast gəlmisiniz. Belə səssiz-sədasız gələrlər
heç, a bala? Heç kimlə qarşılaşmasaydın, nə
olacaqdı?
Söhbətin ardından ana Darxanın
gəldiyini dedi. Aktotı isə onsuz da xəbərdar olduğu məsələ
haqda daha çox söz dinləmək istəmədi.
- Ana, çıraq hardadır?
- deyə söhbətin
mövzusunu dəyişdi.
- Bu dəqiqə gətirərəm,
bu dəqiqə.
Talbikə parlaq işıqlı
qaz lampasını yandırdı. Yoxluğunda
kənddə baş verən hər şeyi bir-bir Aktotıya danışırdı.
Söhbətin Darxana yönəldiyini anlayan Aktotı yenə anasının sözünü
kəsdi.
- Deyəsən, yatmamısan,
get yat. "Qapını
necə tez açdın", - deyib şəfqətlə anasının
boynunu qucaqladı.
Talbikə qızının bu
uşaq kimi davranışından ötrü
çox darıxmışdı.
Aktotının saçlarını
sığallayaraq danışmağa
başladı.
- İndi
düşünürsən ki, necə həssas yatıram, adi səsə oyandım, amma elə deyil,
qızım. Bu gecə
qapıya kim gəlsəydi, lap səs salsaydı da, oyanmazdım.
Səni qoxundan tanıdım, qızım,
qundaqdakı qoxun hələ də burnumdadır...
Talbikə 60 yaşı olmasına
baxmayaraq, çox çevik qadın idi. Həyatı boyunca yorulmaq bilməmiş, yaşı
çox olsa da, özündən balacaların
minnətini götürməmişdi.
Əri öləndə
gənc yaşda dul qalmış, bir oğlunu, bir qızını kimsəyə möhtac olmadan böyütmüşdü.
"Mən nə yaşadımsa, yaşadım,
bu iki balamı
yetimlik nədir, bildirmədən böyüdəcəyəm"
- deyə özünə
söz vermişdi. Elə də etdi. İki övladına da düzgün
tərbiyə verərək
boya-başa çatdırdı.
Əlbəttə, asan
olmadı. Əvvəlcə
sovxozda işlədi. Pambıq fabrikində pambıq təmizlədi.
Sonra pambıqlar üçün
heybə tikdi. İşləri bitəndə
fabrikdəkilər üçün
yemək də bişirirdi. Ancaq harda işləməyindən
asılı olmayaraq, uşaqların təhsilinə
diqqət ayırdı.
Oğlu Bəytemir yeddi il oxuyandan sonra birillik zootexnik kursunu bitirdi. Müharibə başlayan il Şolpan kolxozunun at fermasını
idarə etdi. Əsgər getdi. Moskva yaxınlığındakı döyüşlərdə
şəhid oldu. Çox böyük iztirablar yaşayan ana indi sadəcə, Aktotı ilə nəfəs alırdı.
Qoca qadın bu gün gənc
yaşda ölən oğlu üçün göz yaşı tökür, uzaqda olan qızı üçün dualar edirdi. Düzdür, ana bunları gizlətməyə
çalışırdı, amma qızarmış gözləri hər şeyi onun əvəzinə danışırdı.
Anasının kədərli
siması Aktotını
da kədərləndirdi. Ana-bala uzun müddət
bir-birlərinə baxaraq
ağladılar. Göz
yaşları yerini amansız bir sükuta verdi.
Sükutu
birinci Aktotı pozdu:
- Bilirəm, ana, mən olmayan vaxtlar çox əzab çəkmisən. Xeyli arıqlamısan...
Talbikə yaşlı gözlərini
qıyaraq gülümsədi.
Əliylə qırışmış
üzündən aşağı
süzülən göz
yaşını sildi.
- Niyə arıqlayım, qızım? Heç nə olmayıb. Sadəcə, səndən
ötrü darıxmışdım.
Aktotı
anasının xasiyyətinə
bələd idi. Onun uzun, sarışın,
doğma üzündəki
gülümsəmə heç
itməzdi. Nə qədər sıxılsa
da, bildirməyəcəyinə Aktotı uşaqlıqdan bələd idi. Anası həm də bir parça
belə çörəyini
əsirgəməyən, bölüşən,
qonaqpərvər qadın
idi. Qıtlıq günlərində belə
mərdliyini itirməmişdi.
Evə kimsə gələndə, sanki qapıdan onunla birgə bərəkət
gəlirmiş kimi xoşbəxt olardı. Varlığı, yoxluğu
bildirmədən uca səslə danışar,
gülərdi. Camaat Talbikəni yaxşı tanıyırdı. "Özü
arıq, ürəyi nəhəng, ac belə olsa, tox görünən gülərüz qadın"
deyirdilər haqqında.
Bu xarakterini heç dəyişmədi. Birindən
yaxşı, birindən
pis, hamı kimi yaşayıb getdi. Bəytemir də anası kimi xarakterə sahib idi.
Ana qanayan yarasına baxmayaraq, Aktotıya heç nə hiss etdirmirdi. Onun qarşısında həmişə
deyib-gülürdü. Ana indi
də elə görünmək istəyirdi.
Bu, Aktotının gözündən
yayınmadı. O, son zamanlarda
çox məşğul
idi. Boyu balacalaşmış, qaməti
əyilmişdi. Barmaqlarının
qırışları artmış,
gücü azalmışdı.
Hərdən səbəbsizcə
titrəyən ananın
saçları çox
ağarmışdı. Uzun
yoldan kədərli düşüncələrlə qayıdan qızcığaza
anasının bu halı Darxan haqqında eşitdiklərindən
sonra ikinci zərbə oldu. Ona görə də göz yaşlarına
hakim ola bilmədi.
Aktotı
anasını xoşbəxt
etmək istəyirdi.
- Ana, yaxşı da, qız uşağıyam deyə,
yanında olmağımı
istəyirsəm. Bəs
evlənib getsəm, nə olacaq?
- Bu da sözdü? Bəxtin açıq olsun, qızım. Əsas sənin kefin yerində olsun.
Aktotı
anasını qucaqlayıb
öpdü. Hətta gülməyə başladı.
Birdən gözü kənarda heybələrə
yığılan yunlara
sataşdı.
- Anacan, yunu çoxlatmısan,
deyəsən?
- Buna çox deyirsən? Hələ nə qədər yuna ehtiyac var.
Aktotı
detalları soruşmadı,
Almatıdan anası üçün aldığı
hədiyyəni göstərdi.
Talbikə hədiyyəni
sevinclə qəbul elədi. Aktotının aldığı başqa şeyləri də gördükcə "bunu
filankəsə verək,
bunu Aybalaya hədiyyə edək",
- dedi. Aktotı Talbikənin, hətta düşməninə belə
nəsə hədiyyə
etmə istəyinə
qarşı gəlmədi,
maraqla sona qədər dinlədi.
Beləcə vaxt ötdü.
Pəncərədən içəri
ay işığı süzülürdü.
Aktotı isə sabah nə edəcəyini
düşünürdü. Səhər açılan
kimi fabrikə gedəcəkdi. Əlinə
qələm alıb Aybalaya yazmağa başladı: Gəldim. Narahat olma. Cavab
vermədim... Yazdığım
teleqrafı o niyə vermədi? Məmləkətə
də bircə kəlmə danışmadan
gəldi.
Məktubu yazıb qurtarandan
sonra Aktotı heç nə etmədən oturdu. Sanki
ilk dəfə görürmüş
kimi evə baxdı. Yaşlı anasının ürəyində
Aktotının gələcəyi
ilə bağlı ümidli olduğu aşkar idi. Qızını gəlin köçürüb analıq
vəzifəsini yerinə
yetirmək istəyirdi.
Bu yükün ağırlığı
hər keçən gün daha da artırdı. Ana cehizləri
bircə-bircə, öz
əliylə, min bir ümidlə hazırlamışdı.
Aktotı
indi kənarda cehizlik üçün olan qab-qacağa, paltarlara, parçalara baxdı. Aktotı anasına gülümsəyirdi,
amma anası bunu görmürdü, çünki çoxdan yerinə girib yatmışdı. Aktotı
da yatmağa hazırlaşdı.
Talbikə yerinə girər-girməz
yatsa da, Aktotı yuxuya gedə bilmədi. Sanki kimisə gözləyirdi. Həyatının
son 5 ili gözünün
qarşısından nağıl
kimi keçib getdi. O da belə düşünürdü? Kimi gözləyirdi? Gələcəyini
xəbər verməsə
də, olardı, Aybalanın ünvanını
öyrənib gəldiyini
deyə bilməzdi? Mən axı bu anı nə
qədər gözləmişdim.
İnandığım, dostum,
yoldaşım, sirdaşım
deyəcəkdim ona...
Bu an çöldən səslər
eşidildi. Aktotı başını yastıqdan
qaldırıb pəncərədən
çölə baxdı.
Qaranlıqda heç nə görünmürdü.
Əgər Darxan olsa, belə sakit qalardımı? Yox, yox, bu,
insan səsi deyildi. Aktotı ürkdü. Külək idi? Aktotı yorğanı başına
qədər çəkib
çöldən gələn
səsi düşünərək
yatıb qaldı.
O axşamdan sonra Aktotının eşitdiyi,
bildiyi şeylər əsla xəyalından belə keçməzdi.
O, dünən gecə
gördüyü qara
buludu xatırladı.
Demişdim, demişdim,
qış gəlib. Tələsik geyindi, çayını içib
evdən çıxdı.
Kolxozdakı atını
minib Aybalanın yanına getdi. Bir-biri üçün darıxsalar da, az danışdılar. Sirrini
ürəyində saxlayan
və dostuna belə heç nə hiss etdirməyən
Aktotı:
- Bu gün gedəcəyini desə belə, özü bilər.
- Səni çox tənqid edirəm. Deyirlər, uzaqdan gələn uşağa böyük də salam verir. Gedib
dəysən, nolar?
- Məsələləri bir-birinə
qatıb-qarışdırma!
- Bəsdir, axmaq olma. Taleyin mənim
əlimdədir. Bertay
səni görmək üçün tələsir
deyə də yaza bilərəm.
- Doğrudan a, Bertay! Onun yanına gedim. Amma orada nə var ki? Mən onu istəyirəm ki? Əgər könlü məndədirsə, günah
məndədir. Lazımlı
cavabı verdim, "həyatımda başqa bir adam var" - dedim. Hətta bu məsələni bir də açmamaq
barədə sözləşdik.
Bunu özü də anladı. Aktotı xeyli güldü.
- Niyə bu qədər
xoşbəxt oldun ki?
- deyə şübhəli-şübhəli
Aybala soruşdu.
- Nə edim, ağlayım?
Bertay başıma bəla oldu. Əvvəl eşidəndə
pis olurdum, indi qoxmuram. Nə deyirlər, desinlər.
- Getdiyin gün niyə arxanca gəlmişdi? Boş-boş
danışacaq qədər
axmaqdır Bertay? Yox, o, dəyərini bilir.
- Arxamca gəlmişdi? Kim deyir?
- Karğabəy görüb.
Aktotı
atını sürüb
getdi. Qulağında
"getdiyin gün niyə arxanca gəlmişdi? Yox, o, dəyərini bilir" sözləri eşidilirdi.
Bunlar, doğrudan, danışılırsa, Darxanın
niyə gəlmədiyi
bəlli oldu. Hətta evə belə gəlmədi. Bunların hamısı bir işarədir. Onsuz da Aybala o sözləri dedikdən sonra daha nə
ümid qalacaq? Çox heyif! Çox heyif!
Aktotı
küləyi hiss etmirdi.
At üstündə yuxulayan
insan kimi düşüncələrə dalaraq irəliləyirdi. Anidən qar yağmağa başladı,
amma yenə də tələsmədi.
Qız üzgün şəkildə ah çəkərək:
"Eh, eh, belə olacağını
qəti güman eləməzdim" - dedi.
Rahmetulla
Raimkulov
Tərcümə: Aytac Quliyeva
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, №27.- S. 24-25.