Rahmetulla Raimkulov

 

Rahmetulla Raimkulov - 11 may 1913-cü ildə Daşkənd (əvvəlki Cənubi Qazaxıstan) bölgəsi Karamanaş kəndində anadan olub. 1929-cu ildə Daşkənddə Qazax Texniki Müəllim məktəbinə gedib. 1933-cü ildə həmin məktəbin məzunu olub. Daşkənd bölgəsinin Yuxarı Şırşık bölgəsində öz oxuduğu məktəbə müəllim təyin edilib.  Çox keçmədən, partiyanın kənd komissiyasının qərarıyla "Alga" qəzetinin redaktoru təyin edilib. 1935-1936-cı illərdə Daşkənd Pedaqoji Universitetində oxuyub. 1937-ci ildə Almatıda Qazaxıstan Kommunist Jurnalistika İnstitutuna  keçib. 1939-cu ildə buradan məzun olub "Stalin Jolu" (hazırda "Qazaxıstan qadınları") jurnalında yazı işləri üzrə məsul şəxs vəzifəsini icra edib. 1941-ci ildə Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin "Sosialist Qazaxıstan" (indiki adıyla "Azad Qazaxıstan") qəzetində çalışmağa başlayıb. Həmin il II Dünya müharibəsi başladığından cəbhəyə yollanıb. 1946-cı ilin yanvarında ordudan tərxis olunub. Almatıya qayıtdıqdan sonra Qazax S.M.Kirov adına Dövlət Universitetinin Jurnalistika fakültəsində  dərs deyib. 1949-cu ildə Mətbəə Yayım İşçiləri Birliyinin rəhbəri seçilib. 1953-cü ilə qədər həmin vəzifədə çalışıb.

1953-cü ildən Qazaxıstanın nüfuzlu ədəbi jurnallarından sayılan "Ulduz"da çalışıb burada yaradıcılıq məsələləri üzrə məsul şəxs olur. Eyni illərdə "Qazax ədəbiyyatı" jurnalında da fəaliyyət göstərir. 1971-ci ildən Qazaxıstan Yazıçılar Birliyinin Ədəbiyyatın Təbliği bölməsində müdir müavini kimi işləyir.

R.Raimkulovun gərgin fəaliyyəti onun ədəbi əsərlərinə müsbət təsir edib. Yazıçının adı ədəbiyyat tarixinə XX əsrin əvvəllərində ortalarında Qazaxıstanın cənub bölgəsindəki həyatı, dövr ziddiyyətlərini ədəbiyyata gətirən, mənəvi mirasın zənginləşməsi üçün önəmli işlər görən bir qələm adamı kimi həkk olunub. R.Raimkulovun "Vadi", "Yaşıl künc", "Qəhrəman uşaq", "Dəvəli adam" s. kimi  hekayə, povest romanları oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb, həmçinin ədəbi tənqidçilər tərəfindən təqdir olunub. Yazıçının uşaq ədəbiyyatı nümunələri xüsusən qiymətlidir. Həmçinin müəllifin dramaturgiya sahəsində maraqlı əsərləri var. R.Raimkulov müxtəlif dövrlərdə tərcüməçilik fəaliyyəti  ilə məşğul olub. Tacik yazar Sadriddin Ayinin "Buxara" trilogiyasının iki kitabını, özbək yazar Mirmukhsinin "Ümid" kitabını qazax dilinə tərcümə edib. Yazarın əsərlərindən bəziləri rus dilinə tərcümə edilib. Yazarın Makiza Şaşkina-Raimkulova ilə evliliyindən Aktotı adlı bir qızı var. Müəllif 1978-ci ildə 65 yaşında vəfat edib. Qeyd edək ki, müəllifin qızı Qazaxıstanın görkəmli bəstəkarı, Qazaxıstan Milli Elmlər Akademiyasının fəxri üzvü, Qazaxıstan Respublikasının əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Aktotı Raimkulovadır.

Görkəmli yazıçı Rahmetulla Raimkulovun hekayələrindən birini oxucuların diqqətinə çatdırırıq.

 

Aytac Quliyeva

Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, ¹27.- S. 24.