Ruhlarla əlaqə, yaxud ozan-aşıq sənətinin fəlsəfəsi
Bu resenziyavari tezislər prof.
Məhərrəm Qasımlının
elmi axtarışlarının
("Aşıq sənəti:
qaynaqları, tarixi təşəkkülü və
mühitləri", - Bakı,
1994) məntiqi nəticəsi
olan "Ozan-aşıq
sənəti və ədəbiyyatı" adlı
fundamental araşdırması ətrafında gəzişmələrdir.
Əsərdə Azərbaycan aşıq
sənətinin mənşəyi,
tarixi təkamülü
və "biçimlənmə
mərhələləri"nin ictimai-siyasi, ideoloji konteksti geniş aydınlaşdırılır və bölgələr üzrə lokallaşmasının
(aşıq mühitləri)
şərtləri və
coğrafi-etnik hüdudları
göstərilir. Bir sözlə,
aşıq yaradıcılığı
bütöv, mürəkkəb
bir etnomədəni sistem kimi nəzərdən
keçirilir.
Araşdırmada problemin çoxşaxəli
nəzəri qoyuluşu
M.Qasımlını fərqli səviyyələrdə
- etimoloq, ədəbiyyat
tarixçisi, kulturoloq,
bəzən də semiotik (bu terminin
adını çəkməsə
də!) kimi çıxış etməsini
şərtləndirmişdir.
Görkəmli tədqiqatçı ənənəvi olaraq,
ilk növbədə tarixi-etnoqrafik
bilğilər əsasında
ozan-şaman kəsişmələrinə
aydınlıq gətirir,
iki sənət tipinin genetik-funksional səviyyədə ortaq və fərqli cəhətləri qeyd edərək, belə qənaətə gəlir
ki, "əski çağlarda
ozanın yerinə yetirdiyi vəzifələrlə
qamın funksiyası arasında elə bir ciddi fərq
olmadığı aydınlaşır.
Daha doğrusu, türk tayfalarında qamşamanın çoxvariantlı
"baxşı", "buğu", "sındar",
"pərixan", "oyun",
"falbin" sırasından
olan adlarından biri də "ozan" olmuşdur. Bu ad oğuzlar arasında daha çox yayılmış və tədricən "qam"
sözünü əvəz
etmişdir" (s.32).
Doğrudan da, türk epos ifaçılığını
bildirən elə terminlər var ki, etimologi cəhətdən şaman
anlamlarına çox
yaxındır. Özbək
dilində "baxşı"
xalq təbibi, falçı və şamandır, həm də dastan söyləyicisidir.
Əlbəttə, ozan və qam-şaman iki mədəniyyət tipidir,
hər ikisinin arasında dərin bağlantıların və
ənənə xəttinin
olması da mümkündür.
Prof. M.Qasımlı ozan sənətinin şamançılıqdan tədricən
müxtəlif mərasimlər
(etnoqrafik, hərbi-siyasi,
dini mərasimlər) kontekstində differensiallaşdığını
yazır və daha sonra maraqlı
bir kulturoloji tezis irəli sürərək, ozan-aşıq
keçidini "informasiya
yükünün" diaxron-sinxron
səviyyədə dəyişməsi
də əlaqələndirir:
"Ozanların tarix səhnəsində öz
fəaliyyətlərini daynadırmasını
onların daşıdıqları
informativ yükü (ozan qoşqu və söyləmələrini,
o cümlədən də
Dədə Qorqud boylarını) də sondürür. Sıradan çıxan, tarixin qavranlığına çəkilən
peşəkar söyləyici-ifasından
az sonra el-camaat yavaş-yavaş həmin mətnləri unutmağa başlayır,
etnosun ümumi yaddaşı mətnləri
unutmağa başlayır,
etnosun ümumi yaddaşı ozan informativ yükünü onun özü olmadan çox da uzağa apara bilmir" (s.295)
Aşıq sənəti fərqli
etnomədəni yaddaş
hadisəsidir. Yaddaş
tipi mədəniyyət tipini
müəyyənləşdirir - ustad Y.M.Lotman
belə deyirdi. Məhərrəm Qasımlı
da "informasiya yükü"
janr repertuarı anlamındadır, aşıq
yaddaşı ilə sənəti ilə sıx bağlı bir məsələdir. Ona
görə ozan-aşıq
janr ənənəsinin
obrazını onun daşıdığı "informativ
yük" əsasında
səciyyələndirir.
Monoqrafiyada eposda təhkiyə
(söyləmə) və
vokal başlanğıcların
qarşılıqlı əlaqəsinə
xüsusi yer ayrılması məntiqi cəhətdən özünü
doğruldur və tədqiqatçı epik təhkiyənin musiqi biçimində süjetin
rolu haqqında çox maraqlı nəzəri qənaətlərini
bölüşür ki, bu
da, ümidvaram, gələcəkdə
bu yöndə araşdırmaların aparılmasını
təşviq edir. İllər öncəsi,
bir qış gecəsində, İncə
dərəsində (Yazıçı
E.Hüseynbəyli, şair E.Z.Qaraxanlı və M.Dəmirçioğlu
ilə bir yerdə) Aşıq Sadığın (ustad Aşıq Avdı Qaymaqlının oğlu)
"Əlixan-Pərixan" dastanını ifa edərkən təhkiyənin
vacib dönəmlərinə
uyğun saz havalarını necə dəyişməsinin şahidi
olmuşduq. Epik personajın düşdüyü
situasiyalardan və epizodlardan asılı olaraq, aşıq intonasiya sferasını tənzimləməsi aşıq
poetikasının mühüm
prinsiplərindən biridir.
M.Qasımılı aşıq sənətinin əsas özəllikləri (ustad-şagird
əlaqələri, "folklor-yazı-aşıq
poeziyası" münasibətləri,
improvizə və epik mətnlərin variativliyi məsələləri
və s) də yanaşı, ifa zamanı aşığın
ritual-davranış formaları
olan jest, mimika, bədən hərəkətləri
kimi ifadəlilik elementlərinə də toxunur, bununla da gələcək araşdırmalar
üçün nəzəri-metodoloji
"ipucu" vermiş,
olur.
Amma araşdırmada bir jestin metaforik anlamı - simvolik yozumu barədə xatirə səciyyəli nəzəri ümumiləşdirməsi
diqqətimi çəkdi:
"Aşıqlar təsəvvüf
ruhlu mahnılar oxuyarkən həmin mətnlərdəki bir sıra rəmzi səciyyəli hərf və deyimləri dinamik hərəkət - rəqslər vasitəsi ilə ifadə etməkdədir. Qocaman el sənətkarı Murad
Niyazlı 1991-ci ildə
Şəmkirdə bu barədə gedən söhbət zamanı bizə bildirdi ki, ustad tapşıoığına
görə Qurbaninin:
Arif idim, oxudum Haqq kəlamını,
Əlif
qəddim dal yazıldı
o bürcə
- misralarını oxuyanda adıçəkilən hərflərə
uyğun olaraq aşıq əvvəlcə
öz qəddini ərəb əlifbasındakı
"əlif" hərfi
kimi düz tutmalı, daha sonra isə ibadət-itaət işarəsi
olaraq əyilib
"dal" hərfi şəklinə
salmalıdır. Aşıq
Murad köhnə aşıqların
saz çala-çala
"La İlahə İllal-lah"ı
qol, çiyin və baş hərəkətləri ilə
hərfbəhərf ifadə
eləməsini də
öz gözü ilə gördüyünü
söylədi". (s.140).
M.Qasımlı "ifa xronotoplarından"
asılı olaraq, ozan-aşıq ifaçılıq
sənətini və aşıq mühitlərinin
tiploqiyasını müəyyənləşdirir.
Aşıq ifaçılığının
etnoregional və mərhələ və tipilogiyasını təxminən
belə təklif edir:
1) üç əsas növdə-söyləmə, calğı
ilə oxu və qarışıq tipli (reçitativ və oxu ilə
söyləmə) ifa
tərzi; 2) ansambl ifası (məsələn,
Şirvanda, Gədəbəydə).
Aşıq mühitləri
ilə bağlı araşdırmaların əsas
nəzəri mənbəyi
prof. M.Qasımlının
"mühit təsnifatıdır".
Bu təsnifatın altyapısında
aşıq sənətinin
"tənəzzül tərəqqi"
xəttini sezmək olar.
Alimin bir fikrində tamamilə haqlıdır
ki, aşıq ifacılığında
müsiqi aləti (saz, balaban) yalnız
mühüm səsləniş-havacat
vasitəsi deyil, həm də xüsusi simvolik məzmunlu predmetdir. Azərbaycan dastanlarında
saza sakral münasibətin mistik-ezoterik
xüsusiyyətlərinin təsviri
də bu üzdəndir.
Araşdırmanın vacib nəzəri məqamlarından
biri də odur ki, aşıq sənəti, ümumiyyətlə,
simvolik sistem kimi, sakral-simvolik işarələr sistemi kimi göstərilir. Monoqrafiyanı oxuduqca görürsən ki, ozan-aşıq
sənətinin simvolik
yaddaşı çox
qədimlərə gedib
çıxır və
onun simvolik invariant nüvəsi dini inancları, irfan-təkkə
dünyagörüşünü, epik süjetləri və mətnləri özündə birləşdirir.
M.Qasımlı folklor semiotiki kimi, təsəvvüf işarə sistemini aşıq sənətinin
fəlsəfəsini "kodlaşdıran
qurğu kimi" (Y.Lotman) mənalandırır.
Təsəvvüf simvolikası
Azərbaycan eşq dastanlarının süjet
axarını müəyyənləşdirmiş,
"təkkə kökənli
aşıqların" (M.Qasımlı) və
şairlərin yetişməsini
şərtləndirmişdir.
Görkəmli alim şair fəhmi
və həssaslığı
ilə bildirir ki, ruhlarla əlaqəyə girmək, onlara təsir etmək üçün şaman qamlarmalarında olduğu kimi, dastan söyləmələri
də ruhlara ünvanlanırdı. Qamlama
zamanı şaman özü necə ruha çevrilirsə, şaman mətnləri isə şamanın "özgə" dünyalara
səyahətini, aşıq
həmin "ordan"
da "sağ-salamat" əks
etdirir. İfaçı-söyləyiçi
mətnlərin köməyi
ilə hami yardımçı ruhlar yaman ruhları və şər qüvvələri neytrallaşdırır.
Aşıqlar inanırlar
ki, dastan qəhrəmanları hami ruhlardır. Fikrimin təsdiqi kimi Məhərrəm müəllimin bir ibrətli xatirəsinə
üz tuturam: "Televiziyada "Musiqi xəzinəsi" verilişini
aparırdım. Borçalıdan
gəlmiş səksən
beş yaşlı ustad aşıq Məhəmməd Sadaxlı
bir "Dəli Koroğlu" havası oxumaq istədi. Mən qocaman aşığın yaşını
nəzərə alı
bonu niyyətindən yayındırmaq istədim.
Aşıq Məhəmməd
israr etdi və qəribədir ki,
"Dəli Koroğlu"
havasının ayağını
- zil məqamını
da məharətlə oxumaqdan
çəkinmədi. Mən
havanı rahatlıqla
oxuyub geri qayıdan aşığa:
- Ustad, çoxmu çətin oldu? Bu yaşda səsi zora salmadınız ki?! - söyləyərək həyacanımı
gizlətmədim.
Aşıq Məhəmməd zarafatla:
- Yox, oğul, narahat olma, Koroğlu
özü kömək
elədi - cavabını
verdi" ("Əlini
uzat mənə" kitabından, s.187-188).
Araşdırmada belə bir ciddi nəzəri qənaət ortaya çıxır ki, ozan-aşıq
sənətinin tarixi gerçəkliklə ilişgilərini
araşdırmadan janrların
genezism problemi tam həllini tapa bilməz. Doğrudan da, aşıq sənətinin təşəkkülü
və inkişafı janrın estetikası sərhədlərindən kənarda
mümkün deyil, yəni onun tarixliyi janr tarixliyinin səciyyəsi ilə bağlıdır.
Ədəbiyyat tarixi janr tarixidir. Bu baxımdan aşıq ədəbiyyatı
da "özünəməxsus poetik qəlib və biçimlərə,
şeir çeşidləri,
üslubi imkan və bədii vasitələrə malik bədii
təfəkkür hadisəsidir"
(s.313).
Aşıq ədəbiyyatı janr
sistemini bərpa etmədən onun fəlsəfəsini anlamaq
mümkünsüzdür, ona
görə də hər bir janrın
melopoetik strukturu, adresatı sakrallığı
və funksiyası haqqında yığcam məlumatlar verir.
Ozan-aşıq yaradıcılığının
janr sistemi birbaşa mərasim-mifoloji
ənənənin təsiri
ilə diqtə olunur, yaxud onun
modelləri ilə yaranır. Birinci halda mətnlərin janr distrubasiyası ilk növbədə onların
funksional əhəmiyyətinə
əsaslanır. Görünür,
aşıqların mərasim
ssenarisində janr məkanının təşkili,
janrların ardıcıllığı
ilə bağlıdır.
Aşıq məclisinin
strukturu və dastan söyləmə aktına
(bu haqda bax: araşdırmanın
"Aşıq məclisinin
quruluşu", "Aşıq
repertuarı", "Aşıq
məclisinin açılışında
və qapanışında
oxunan poetik mətnlər") bunun əyani isbatıdır.
İkinci
halda ozan-aşıq mətnlərinin janr təbiəti onların mifoloji dəyəri ilə şərtlənir.
Arxaik təhkiyə mətnlərinin əksəriyyəti
(ozan söyləmələri
- oğuznamələr, "Koroğlu") bu qəbildəndir.
Aşıq yaradıcılığının
əsas janrları şifahi "nitq janrları" (M.M.Baxtın) sistemində
yaşayır və ya mövcud olur. Fikrimcə, aşığın ifa etdiyi folklor janrlarının əksəriyyətini
"nitq janrları"
kimi də səciyyələndirmək olar.
Məhərrəm Qasımlının
elmi və poetik təfəkkürü
bir-birilə elə çulğaşıb üzvi
vəhdət halına
gəlib ki, hətta elmi üslubuna yansıyıb. Məsələn,
Qurbaninin "Bənövşə"
rədifli qoşması
ilə bağlı bir təəssüratını
- yozumunu götürək
- mənsur şeir kimi yazıb. Bir sözlə diqqət yetirin: "Qurbani poeziyası
həm də lirik- aşiqanə duyğular gülüştanıdır.
Onun şeirlərində
könül kövrəkliyi,
həzinlik və səmimiyyət olduqca güclüdür... Gözəllik
və ətir etalonu kimi qəbul
etdiyimiz bənövşə
onu qoxlayan, iyləyən qızın
özünün də
çox təravətli
və ətirli olduğunu görüb qarşı tərəfi
- qızın ətirli
buxağını qoxulamaqdan
özünü saxlaya
bilmir. Bu təkrarsız
və unudulmaz bədii lövhənin müəllifi Qurbanının
bahar ovqatlı şair könlüdür"
(s.428-429)
Tarixi qaynaqlar, etimoloji yozumlar, aşıq janrlarının funksionallığı
haqqında nəzəri
fikirlər, aşıq
mühitlərinin etnoqrafik-kulturoloji
məntərəsi və
simvolik obrazların və janrların funksiyası barədə qənaətləri vahid üslub məcrasna salınır. Nəzəri
ümumiləşdirmələr, mürəkkəb filoloji mətləblər poetik dillə təsbitlənir və təsdiqlənir. Filologiyanın işlək
terminləri onun təhkiyəsində və
düşüncəsində az qala milli sözlər
kimi yaşayır, onun "üslub havasın"da sanki semantikasını dəyişir.
Onun elmi dilində fəal işlənən
"poetik biçimlər",
"səs", "elat
nəğməçiliyi", "semantik tutum", "didaktik çağırışlar"
və s. kimi anlamlar təhkiyəsinin terminoloji toxumasını təskil edir. Bu anlamların gənc tədqiqatçıların da araşdırma dilinə keçdiyini görürük...
Şair,
folklorşünas və
filosof Məhərrəm
Qasımlının (Orxan
Paşanın) aşıqşünaslığa
(ümumiyyətlə, filoloji
fikrimizə) cəsarətlə
gətirdiyi elmi yeniliyi "aşıq ədəbiyyatı" terminini
əsaslandırmasıdır. Onun inamına görə, ""aşıq
ədəbiyyatı" milli ədəbiyyat hadisəsidir.
Öz metrik və melopoetik göstəricilərinə görə
o nə şifahi xalq ədəbiyyatına,
nə də yazılı divan ədəbiyyatına
bənzəmir o, türk
etnik-mədəni sistemin
birbaşa özünəməxsus
olan, onun tarixi-genetik təbiətindən
doğan xüsusi bir ədəbiyyat tipidir" (s.307)
Düz
40 ildir ki, Məhərrəm
Qasımlı (Orxan Paşa) sevdalı ürəyi və elmi zəkası ilə Azərbaycan türklərinin ölməz
mədəni və ədəbi hadisəsi olan ozan-aşıq sənətini bərpa və şərh edir.
Saz-söz sənəti prof. Məhərrəm
Qasımlının (Orxan
Paşanın) yalnız
elmi fəaliyyətinin
(yaradıcılığının) adı deyil, həm də özünün ifadəsi
ilə desək, "könlünün davamı"
və "yaşam biçimidir". Aşıq
ədəbiyyatı şifahi
və yazılı sözün məxrəcində-qovşağında
yaranmış, özünəməxsus
janr repertuarını,
formalaşdırmış ifaçı-söyləyici tipologiyasını
etnomədəni və
etnosemiotik hadisə kimi təqdim və təsvir olunur.
Bu araşdırma dilinə, üslubuna, süjetinə
və strukturuna görə elmi poemadır. Türk milli ruhunun nişanəsi olan saza, saz-söz
sənətinə alimin
böyük sevgisinin izharıdır.
Orxan Paşa (M.Qasımlı)
"Taleyimdən və
ürəyimdən keçənlər"
adlı kitabında aşığın məclisdə
davranışı ilə,
aşığlığın ədəbi-ərkan kodeksi
ilə alimin bağlı həssas, incə müşahidələrini
və xatirə yarpaqlarını yazıya
alıb. (Nədənsə
həmin müşahidələrindən
bu monoqrafiyanın toxumasında istifadə etməyib). Həmin silsilədən Aşıq
Hüseyn Saraclının
Bakıya gələrkən,
yol üstu Göyçəyə dönüb
Dədə Ələsgərin
qəbrini ziyarət etməsi haqqında danışdığı bir
əhvalatı nümunə
gətirirəm: "İslam müəllim (Aşıq
Ələsgərin nəvəsi
- R.K.) gördü ki, biz sazlarımızı
evdə qoyub gedirik. Yadımıza saldı ki, sazlarımızı
da götürək.
Etiraz eləyib dedim:
- Aşıqlıqda qaydadı,
- aşıq aşığın
üstünə saz götürüb getməz.
Saz götürüb getmək həmən aşığa meydan oxumaqdı, onu deyişməyə çağırmaqdı".
("Əlini uzat mənə" kitabından).
Dədə Qorqud, Abbas Tufarqanlı,
Xəstə Qasım,
Qurbani, Sarı Aşıq,
Aşıq Ələsgər...
Məhərrəm Qasımlı
üçün ruhların
qutsal adlarıdır.
Bu araşdırma da yalnız
bizlərə deyil, həm də ruhlara ünvanlanıb...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, №27.- S. 29.