Yazarların ən az
əsərləri
qədər məşhur başdaşları sözləri
Şekspirdən Con Tolkinə
qədər bir
çox yazıçını əsərləri ilə
tanısaq da,
öləndən sonra başdaşlarında yazılan yazıları da əsərlərindəki frazalar,
fikirlər qədər məşhur, dillər əzbəri olub.
Ədəbiyyat tarixinə
damğa vuran yazıçıların ən azı
özləri və
əsərləri qədər məşhur olan başdaşı yazılarını təqdim edirik.
"İsa
eşqinə gözəl
dostum,
Burada yatanın torpağına toxunma, qəti,
Bu qəbri qoruyanı Tanrı qorusun,
sümüklərimi yerindən tərpədəni lənətləsin"!
Vilyam Şekspir
"Şiddətli alovların
ortasında belə qızıl nilufər çiçəyi yetişdirilə
bilər".
Silviya
Plat
"Adı suya yazılmış
adam burada yatır".
Con Kits
"İndi
səfər etməkdəyik,
biz, o axına qarşı
gedən qayıqlar...
Daim geriyə, keçmişə çırpılıb
atılsaq da, nə qəm..." ("Böyük
Getsbi" əsərindən)
F.Skott Fitscerald və Zelda Fitscerald
(cütlük eyni qəbirdə dəfn edilib)
"Sevda davasına düşdüm dünya ilə..."
Robert
Frost
"Toza görə üzr istəyirəm".
Doroti
Parker
(yazıçının cəsədi
ölümündən sonra
yandırılıb və
onun seçdiyi bu yazı qəbirüstü
abidəsinə əlavə
edilib)
"Heç bir yarpaq təkrarlanmır. Gəl sözləri təkrar edək".
Muriyel
Spark
"Öldü, amma hər şey bitməyib,
Qırıq ölü qazanını
mərhəmətin,
Başqasının gözyaşı
dolduracaq;
axıb
gedəcək həyat
çayı,
Bütün lənətlənmiş, qeyri-adi insanlar
onun əbədi yasını tutacaq". (O.Vayldın
"Oxu həbsxanasının
balladası" adlı
poemasından parça)
Oskar Vayld
"Özümü sənə
tərəf atacağam,
ey ölüm, məğlub olmadan və boyun əymədən"!
("Dalğalar" kitabından)
Virciniya
Vulf
"Toxunduğun hər şeyi sən dəyişdirirsən. Dəyişdirdiklərin
səni dəyişdirir.
Daim olan tək şey dəyişiklikdir. Tanrı,
dəyişiklikdir".
Oktaviya Batler
"Qəti qorxma". (Bir ingilis şeirindən sitat)
Xorxe
Luis Borxes
"Burada, ədalətli qəzəbin artıq ürəyini incidə bilməyəcəyi Conatan
Svift yatır. Davam et, yolçu, bacarırsansa, azadlıq müdafiəçisindən nümunə
götür".
Conatan Svift
"Lənətə gəlmişlər!
Bunu sizə demişdim"!
Herbert Vels
"Beren və Lutien"
("Orta Dünya"nın
yaradıcısı C.Tolkinin
qəbri onun həyat yoldaşı Edit
Meri Tolkinlə eyni yerdədir. Cütlüyün
qəbrinin üzərində
adları "Orta Dünya"dakı sevgi hekayələrində tez-tez
xatırlanan "Beren
və Lutien" kimi yazılıb. Kim bilir, bəlkə də Tolkin cütlüyü özlərini
bu personajlara bənzədirmiş?!)
Con Tolkin
Hazırladı: Nilufər Hacılı
Ədəbiyyat
qəzeti.- 2024.- 20 iyul, №27.- S.32.