Sevdalı-sevdalı
Ömrümüz bir sudur, axar,
Axar, sevdalı-sevdalı...
Ömür axar, su da baxar,
Baxar, sevdalı-sevdalı...
Gözlərinin yol yuxusu,
Mürgüləyir lal yuxusu,
Nə şirindi bal yuxusu,
Qoxar, sevdalı-sevdalı...
Bəzəyidir çöl-çəmənin,
O saçları yasəmənim,
Könlümü yandırar mənim,
Yaxar, sevdalı-sevdalı...
Göy üzü bir dənizdi
Göy üzü bir dənizdi,
Yaxası
tər-təmizdi,
Gecəsi
də gündüzdü,
Ulduzlar düymə-düymə...
İlahilər səsləyib,
Nəğməsilə süsləyib,
Səni
mələk bəsləyib,
Boynunu əymə, əymə!
Karvan gedib, gözəlim,
Öz başımdı, öz əlim,
Sən
Allah, qoy dincəlim,
Kefimə
dəymə, dəymə!..
Mənə baxır başdaşın
Şəhid qardaşım Almazın
əziz
xatirəsinə
Gül qoxulu məzarın
Batıb
şəfəq selinə,
Min-min misra yazarım
Sənin
bircə telinə...
Baxıram son şəklinə -
Düşüncən dərin-dərin.
Qurban olum kəklinə,
Nə gözəldi gözlərin...
Həsrətin yolu uzaq,
Anamın
son varisi,
Ulduztək sayrışacaq
Göz yaşı mirvarisi...
Ayrılıb gedəndə də
Mənə baxır başdaşın,
Yaxında da, gendə də
Qəlbimdəsən, qardaşım!..
Bakirə duyğular
İstəmərəm təkliyini görk edəsən,
İstəmərəm təkliyini tərk edəsən,
İstəyirəm təklənəndə
İlahidən təklənəsən,
Gündoğandan Günbatana
o bakirə duyğularla yüklənəsən.
Veysəl
olub, nur içində
saz səsinə köklənəsən,
Uzun, incə bir yol
gedib,
Gözlərinə ərk edəsən,
Öz sazını, öz sözünü,
öz-özünü dərk edəsən...
Təkcə sən yoxsan
Nanə
yarpağı könlün
könlümə əsir indi...
Həsrət ortağı könlün
könlümün əsiridi.
Qəmli-qəmli oxuyur
gözüyaşlı bulaqlar,
Güllər həsrət qoxuyur,
pərişandı yarpaqlar.
Göy üzü təzə-tərdi,
durnalar qayıdacaq.
Eh, bu necə qədərdi,
Təkcə sən yoxsan, ancaq?!..
Gəl
Qürbətəmi düşdü yolun,
Sındımı qanadın, qolun?!
Gəl,
adına qurban olum,
Elin mələk yavrusu, gəl.
Tərk
etmisən öz yuvanı,
Oxursan qərib havanı,
Ağlayır qara sevdanı
Dilin, mələk yavrusu, gəl.
Kövrələr quşlar, böcəklər,
Gəl,
yenə açsın
çiçəklər.
Həsrət-həsrət səni bəklər
Gülün, mələk yavrusu,
gəl...
Ruhum Tanrı möhtacı
Ulduzlar göy üzündə
Gecəyarı tamaşa...
Mən də çölün düzündə
Duyğularla baş-başa...
Nə yuxu kimi şirin,
Nə qorxu kimi acı...
Sakiniyəm bu yerin,
Ruhum Tanrı möhtacı...
Yenə səni düşündüm
Yağış çisəkləyəndə,
Alça
çiçəkləyəndə,
Ömrü vərəqləyəndə
Yenə
səni düşündüm...
Sən
ki yoxsan dünyada,
Yenə
gördüm röyada,
Yenə
gördüm aynada,
Yenə,
yenə üşəndim...
İçimdə sonsuz həsrət,
Çölümdə bir məmləkət,
Nə Vətəndi, nə qürbət,
Mən hardayam, əfəndim?!
Söz eşqi var qulların
da
Həyat
şirin, ömür şirin,
Öz eşqi var göyün, yerin,
Sənin
eşqindən yaranıb
Yer üzündə şairlərin.
İnadı var ahımın da,
Qanadı
var ruhumun da,
Kaş hamıya qismət ola
Könlümdəki şirin sevda.
Bu sevdanın yollarında,
Qərib,
qəmgin hallarında,
Tanrım,
sənə şeir yazdım,
Söz eşqi var qulların da...
Şeh sırğa taxmışdı
otlara zərdən
Sən
ki şiriniydin şəkərdən-qənddən,
Baxıb
boylananda o aynabənddən,
Mən də uzağıydım qayğıdan, dərddən,
Atam da, anam da sağıydı onda.
Şeh sırğa taxmışdı
otlara zərdən,
Erkən
oyanmışdın o gün
səhərdən,
Bir qom çiçək dərdim sənə çəpərdən,
Güllər bəxtin kimi ağıydı onda.
Güldən gözəliydi tül
naxışların,
Gülə naz satırdı
qələm qaşların,
Getməyib gözümdən o baxışların,
Qoşa
hörüklərin tağıydı
onda.
Gözümə-könlümə köçmüşdü
aləm,
Nə
kitab varıydı, nə
dəftər, qələm,
Sevgi yaşımız da deyildi
hələm,
Əlçatmaz uşaqlıq çağıydı
onda.
Həsrətin ömrümdən
uzanan yoldu
Ağacdan əlini üzdü
yarpaqlar,
Çayların üzündə üzdü
yarpaqlar,
Elə kefsizlədi, bezdi budaqlar,
Quşlar
da oxumur, elə bil, laldı.
Soldu becərdiyim o barlı bağlar,
Qar yağdı, yolların yenə buz bağlar.
Yel əsdi, yelləndi gəlin qovaqlar,
Külək yaylığını əlindən aldı...
Leyləyin yuvası çör-çöplə
doldu,
Pərişan söyüdlər saçını
yoldu.
Həsrətin ömrümdən uzanan
yoldu,
Getdin, ayrılığın izləri
qaldı...
Son arzu, son qatar
Gül-çiçəkli, çiyələkli
yaz günü,
Dağlarıydı bizi ney tək dindirən.
O məniydim, ay ürəyi
üzgünüm,
İnadını zirvələrdən endirən...
Dönməsən də öz izindən, yolundan,
Səyyarələr ötüşdü
sağ-solundan.
O Həziydi, yapışmışdı
qolundan,
Ürəyini gizli-gizli dindirən...
O yerlər könlümə
düşəndə hərdən,
Qovruluram,
gözüm dolur qəhərdən,
Baş götürüb gedəcəyəm
şəhərdən,
Ney səsidi məni yurda döndərən.
Bir səs gəlir qulağıma uzaxdan,
O yerlərdə görünmürəm
nə vaxtdan.
Pencəyimi götürəcəm savaxdan,
Son arzudu son qatara mindirən.
Aman, ayrılıq...
Gələrdin, qəlbimdə bir
Ay doğardı,
Qəfil
gedişinə vidamı
deyək?!..
Yaxşı ki, bilmədin, saçım
ağardı,
Yaxşı ki, bilmədin, ağrıdı
ürək...
Ay oldu, il oldu hər
ötən günüm,
Qərib
durnalar da lələk
saldılar.
Nə səsim yetişdi, nə də ki, ünüm,
Sənli
günlərim də qanad çaldılar.
Həsrətin qövr edir səndən uzaqda,
Sən həm uzaqdasan, həm yaxındasan,
Şirin
yuxuları nə cür yozsaq da,
Yanımda deyilsən, eh...yuxumdasan.
Elə kövrəlmişəm Kərəm
sazıtək,
Gedim söyüdlərin saçın
hörməyə,
Gəlmişdin ümidtək, getdin
arzutək,
Gəlmişdim mən səni bir də görməyə.
Həzi Həsənli
Ədəbiyyat qəzeti.- 2024.- 27 iyul, №28.- S.26.