Təvəkkül MƏMMƏDOV
Təvəkkül (Goruslu) Məmmədov 1 iyul 1962-ci
ildə Gorus rayonunun Ağbulaq kəndində anadan olmuşdur. Az.NKİ-ni
mühəndis mexanik ixtisası üzrə bitirmişdir.
AYB-nin üzvüdür.
Ötəsi yalan
İnsanın doğulub böyüdüyü
yer,
Könlünə, ruhuna ilk sevgi,
ilk yar,
Yox belə intizar, yox belə qubar,
Vətən həsrətindən ötəsi yalan!
Yolunu
gözləyən iki göz kimi,
Bağrını yandıran isti köz kimi,
Dodağın çatladan iti
söz kimi,
Vətən həsrətindən ötəsi yalan!
Gecələr
röyayla, yuxuyla gələn,
Nəfəsin təngidən...göz
yaşın silən,
Oyancaq rəsmiylə gözündə
ölən,
Vətən həsrətindən ötəsi yalan!
İllərdi
ətrini ala bilməyən,
İnciyib özünə bala
bilməyən,
Öləndə məzarın ola bilməyən
Vətən həsrətindən ötəsi yalan!
Deyirlər,
zamandır məlhəm hər şeyə,
Bəxtsiz sevənlərə, ərə,
kişiyə,
Yurd, ocaq həsrəti başqa haşiyə,
Vətən həsrətindən ötəsi yalan!
Açar
səhəri
Bu da yaz
yağışı, bu da bir bahar,
Yazın
da dumanı, sisi, çəni var.
Tumurcuq düyməsin açan arzular
Günəşlə qızınar, şehlə yuyunar.
Bu da yaz
küləyi, bu da bir nəfəs,
Yerin sinəsinə sığalın
çəkir.
Türkü, bayatıdı çıxardığı
səs,
Laylası oyanış toxumu
əkir.
Bu da yaz
günəşi, diriliş onda,
Ondadı
canlının heyi, təpəri.
Görüncək üfüqdən sarıca
donda,
Təbiət sevinclə açar
səhəri.
Bayramın
mübarək olsun
Əlinin
sığalı biləklərinə
"Nəzər duası"nın
piri kimidi.
Üflənən sinəsi, kürəklərinə,
Nəfəsin canında diri kimidi.
Ay ana,
oğluna yuxuda hay ver,
Nər oğlun yetimin biri kimidi.
Acıda
məzara qoyulduğun
yer,
Boyunun sığınaq yeri kimidi.
Bilmirəm,
fələyin anası varmı,
Vardırsa, bəs səni
nədən apardı?
Hayqıran oğluna qulağı
karmı,
Analı
dünyasın nədən
qopardı?
İndi də
yüz yaşlı babamı andım,
Əcəl yatağında Ana arardı!
Babamın yerində özümü
sandım,
Anasız
bu dünya nəyə yarardı!
O da
razı qalar, Tanrını sorsan,
Cənnətdə sən kimi bir mələk olsun.
Gecə
də, gündüz də qəlbimə yarsan,
Ay ana, bayramın mübarək
olsun!
Dilim
şəxsiyyətim...
Anamdan
yadigar, atamdan qalan,
Rişəsin türk adlı
soyumdan alan,
Milli adım olan, mənliyim olan,
Dilim şəxsiyyətim, tanıtımımdır!
Kəlamla
tanınır dillər içində,
Adım
var, sanım var ellər içində,
Ölçüylə, ülgüylə
bəlli biçimdə,
Dilim şəxsiyyətim, tanıtımımdır!
Ahəngi
cəngidi, ritmi muğamdı,
Ulumla, dədəmlə birgə
doğandı,
Məni
tanıtdıran ali məqamdı,
Dilim şəxsiyyətim, tanıtımımdır!
Nə qədər
yaşayır, neçəki vardır,
Qəlbimə məlhəmdir, könlümə
yardır,
Səsi,
sədasıyla dünyaya
cardır,
Dilim şəxsiyyətim, tanıtımımdır!
Adamın
bir halı olur
Adamın
bir halı olur,
Lap kədərdən də aşağı.
Adamın
bir halı olur,
Sürüşür qəhər aşağı.
Adamın
bir halı olur,
Lap qürubdan da aşağı.
Adamın
bir halı olur,
Qəlbdə tufan, gözdə göy
qurşağı.
Adamın
bir halı olur,
Dalğın, səssiz üsyan
edir.
Adamın
bir halı olur,
Gedir...ayaqsız gedir!!!
Qışdan özün qoru,
ürək
Zaman heysiz, fəsil çaşdı,
Yaş
da elə həmin
yaşdı,
Bir yan bahar, bir
yan qışdı,
Qışdan özün qoru,
ürək!
Fəsil-fəsil
dönən illər,
Hər dönəmdə özün
bəllər,
Çox
zərifdi indi güllər,
Qışdan özün qoru,
ürək!
Yazın ətri
ruha qida,
Hər
gün bir az gəlir dada,
Yaxın
dayan ocaq-oda,
Qışdan özün qoru,
ürək!
Dəyişkəndir
indi hava,
Bahar qışla edib dava,
Tutunduqca
qovhaqova,
Qışdan özün qoru,
ürək!
Çərşənbələr
yaza pillə,
Yürüdükcə pillə-pillə,
Qaratoyuq
oxur zillə,
Deyir,
"özün qoru",
ürək!
Təvəkkül MƏMMƏDOV
Ədəbiyyat
qəzeti.- 2024.- 27 iyul, №28.- S.23.