Vislava
ŞİMBORSKA-
Barroko poeziyasının böyük
xanım şairi
Şimborska yaradıcılığında barokko ornamentlərinə böyük önəm verirdi,
bu baxımdan onu anlamaq, baxdığı yönü düzgün görmək çox çətindir, nə qədər sadə, ölçü-biçili mətnlər yazsa da...
Bütün "təsvirlərində" (əslində
bir
şair nəyi təsvir edə
bilər ki?..)
incə yumor və ironiya ən dinamik elementlər sayıla bilər.
Çox
vacib bir kitabı var: "Özümə
suallar". Bu kitabda yazılırdı ki, uzun
müddət siyasi həyatdan kənarda qalmasına rəğmən
elə bir gün olmayıb ki, yaşadığı əsrin
mənəvi problemləri
haqqında özünə
çətin suallar verməsin. Və əlavə edir: bu dünyada sadəlövh suallardan daha vacib və
daha mühüm sual yoxdur.
Bütün inadı oxucuda uşaq heyrətini yaratmaq, canlandırmaq idi, başqa heç nə... Razılaşın: uşaq
heyrətinin "yazdığı"
mətni anlamaq çox çətindir...
Poeziyada
dilin sadəliyi şərtdir. Şimborskanın
dilinin sadəliyi özündə kəşf
edilən çox sayda oxu variantlarını
gizlədir.
Şimborskanın dili sadə və sehrlidir, bu şeirləri birbaşa polyakcadan çevirmək çox çətindir. Vaxtilə
onu Çeslav Miloş ingilis dilinə çevirmişdi,
digər tərcümələr
ona əsaslanırdı.
Mən onu fransız dilindən çevirməyi
xoşlayıram...
Deyirdi:
"Şair bizimlə
danışır, sadə
yol yoldaşı kimi, bizi həyatın
içinə, həm
də onun gözüylə görünən
gerçəkliyin içinə
salır, heç nəyi izah etmədən, heç nəyi təmizə çıxarmadan".
Biz bəzən yolboyu susaraq gedirik.
Ən yaxşı şeir bu deyilmi?
Hələ də
Möhürlənmiş vaqonlarda
Adlar ölkəni keçməkdə
Nə qədər yol getsələr də,
Yəqin
bir gün düşəcəklər,
Amma nə deyim, bilmirəm.
Ad-Nathan, arakəsməni döyür,
İsaak qışqırır, oxuyur
dəli kimi.
Sara bir damcı su üçün yalvarır,
Aronsa susuzluqdan gəbərir, ölür.
David, boşluğa atma özünü,
bu ad həyatını sıxıb
suyunu çıxardıb.
Bu adı artıq kiməsə qoymurlar,
Çünki daşımaq olmur
onu, ağırdır.
Oğlunuza bir slavyan, sarışın adam adı verin,
Burda bilməzsiz hər bir tük sayılır.
Hər telin hesabı var,
Burda buğdanı samandan ayırırlar
Göz qapaqlarına, adına görə...
Tullanma.
Oğlunun adı elə Leç olsun,
Tullanma.
Vaxtı-vədəsi gəlməyib
hələ.
Tullanma.
Gecə qəhqəhə
çəkir, gülür,
Yolboyu vaqonlar baxır rişxəndlə.
İnsan
buludu torpağın üstündən keçir
kölgə kimi,
Çox
böyük bulud, bir də gözyaşı
- yağış,
Bir damcı gözyaşı
yağışı,
Dünya
boyda quraqlıq...
Bu belədir, təkər səsi. Ancaq səs.
Bu belədir - qatar meşənin içinə
qışqırır.
Bu belədir - gecənin bağrı inləyir, eşidirəm.
Bu belədir - sükut sükutu döyəcləyir...
Sükut
sükutu çapır...
"Fleuve d'Hyraclite"/"Heraklit Çayı"
(1957) kitabından.
Təqdim etdi:
Cavanşir YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2024.- 27 iyul, ¹28.- S.19.