Türkiyədənin “Kültürel Azerbaycan” jurnalının
xüsusi buraxılışı Füzuli
irsinə həsr olunacaq
Türkiyədə nəşr olunan
“Kültürel Azerbaycan”
jurnalının xüsusi
buraxılışı dahi
Azərbaycan şairi,
Türk ədəbiyyatının
görkəmli nümayəndəsi
Məhəmməd Füzuliyə
həsr olunacaq.
AZƏRTAC
xəbər verir ki, müvafiq razılıq səfirliyimiz nəzdindəki
Azərbaycan Mədəniyyət
Mərkəzi ilə
“Kültürel Azerbaycan”
jurnalının rəhbərliyi
arasında əldə
olunub.
Payız
aylarında buraxılacaq
“Kültürel Azerbaycan”
jurnalının xüsusi
nəşrində Məhəmməd
Füzuli şəxsiyyəti,
yaradıcılığı və ədəbiyyatımıza
verdiyi töhfələrə
dair Azərbaycan, Türkiyə və digər Türk dövlətlərinin Füzulişünas
alimlərinin məqalələri
Türk dilində yer alacaq, dahi
şairin yaradıcılığına
geniş yer veriləcəkdir.
Bu il Azərbaycan Mədəniyyət
Mərkəzi dahi şairimiz Məhəmməd
Füzulinin anadan olmasının 530 illiyi münasibətilə Türkiyədə
- Ankara və Konya şəhərlərində
Füzulişünas alimlərinin
iştirakı ilə
beynəlxalq elmi konfransların keçirilməsini,
şairin əsərlərinə
dair tarixi əlyazmaların, miniatürlərin
sərgisi və Füzuli əsərlərindən
ibarət səhnələşdirilmiş
ədəbi kompozisiya,
habelə Türkiyənin
Anadolu Simfonik Orkestrinin
iştirakı ilə
konsert proqramının
təşkilini planlaşdırır.
Qeyd edək ki, 2024-cü ildə
dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin anadan olmasının 530 illiyinin
qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti
İlham Əliyev tərəfindən
müvafiq Sərəncam
imzalanıb.
Ədəbiyyat qəzeti.- 2024.-
27 iyul, ¹28.- S.19.