1970-ci ildə Qırğızıstanın Narın vilayətində
anadan olub. Moskvada yaşayır. Rusiya Federasiyası Yazıçılar İttifaqının üzvü,
bir
çox
ödüllərin
- diplom və
medalların mükafatçısı, şeir,
nəsr və
tərcümə kitablarının müəllifidir. Müasir qırğız ədəbiyyatının istedadlı
nümayəndələrindən olan Kayırqül Sıdıkanovanın poeziyasından bir necə nümunəni orijinaldan tərcüməmdə diqqətinizə
təqdim edirəm.
Vətənim
Bayrağımın al-qırmızı bəzəyi
Yurtamızda nəfəsliyin bələyi.
Gün altında işıq saçır millətim,
Ər Manasdır elimizin dirəyi.
Dağlarımda qartalların yuvası,
Yaylağımda çiçək ətri, havası,
Ana yurdum, hər qarışın müqəddəs,
Sənsən mənim ellərimin obası.
Axıb gedən bol suların tükənməz,
Od-alovlu arzuların tükənməz.
Qırğızları dünya yaxşı tanıyır,
Şərəflisən - namus, arın tükənməz.
Sıralanıb yaşıl ardıc meşəsi,
Buludların ağlamaqdır peşəsi.
Biz təzədən doğularıq, inanın -
Tariximiz hər gün yada düşəsi.
Sən fəxrimiz, vüqarımız, ey Vətən!
Bu canımda sən ürəksən, mən - bədən.
Duz-çörəyi qızın kimi bölürəm,
Yaşamağı sən olmusan öyrədən.
Ana dilim
Əzəl gündən ulu qırğız
xalqımın
Vuran qəlbi ana dilim olubdur.
Qanımla bir axıb mənim canıma,
Onu sevən doğma elim olubdur.
Şirin
olur hər millətin öz dili,
Millət
sağdır - demək
dili diridir.
Yazı-pozum, danışığım bu dildə,
Ana dilim öz anamın
dilidir.
İnsan
laldır ana dili olmasa,
O, beşikdən məzaracan
gərəkli...
Çəkinirsən danışanda
yad dildə,
Öz dilində adam olur ürəkli.
Ana dilim, ömrün olsun qoy uzun,
Varlığısan qədim elin, ulusun.
Göl dalğası
Məhəbbətlə hər baxanda bu gölə
Sehirlənib heç gəlmirəm
özümə.
Bir-birini qovan dəli
dalğalar
İndi necə sakit dəyir gözümə.
Göl sevinib nəğmə deyir sevgidən,
Gündoğandan işıq saçır
dan üzü.
Görən məni heç
görürmü dalğalar
-
Məhəbbətin üz-gözümdə
var izi.
Sirrinizi
bölüşün bu
göl ilə,
Sevən
kəslər xəyallarda
görüşür.
Qəlbimdəki arzuları oxuyub
Dalğalar da qucaqlaşıb öpüşür.
Bu sahildə səninləydim
yuxumda,
Seyr edirdik dalğaların əzmini.
Sanki bizi qoşa görən ləpələr
Çəkirdilər sevgimizin rəsmini...
Anam
ağlatdı məni
Xəyalımda çox gedirəm
yurduma -
Mavi köynək geyinərək
əynimə.
Düşünəndə çox şeyləri dərindən
Biləsiniz nələr gəlir
beynimə.
Duyğuları yaza bilmir qələm də,
O dağlara necə dönüm şəhərdən?
Doğulduğum cənnətməkan yerləri
Yada salıb kövrəlirəm
mən hərdən.
...Sübh çağıydı
evimizə gələndə,
Səni
öpüb hey ağladım,
ay ana.
Həsrətinlə keçib-getdi ömür-gün,
Rast gəlmədim məni sən tək duyana.
Nə gizlədim - sarsılıram,
qorxuram
Hər görəndə mən ölümü, itimi.
Sən olmasan bu yaşımda,
anacan,
Mən olaram yetimlərin yetimi.
Mən sirrimi özgələrə
açmaram -
Bir varaqdır, bir qələmdir, bir də sən.
Sevgi dolu nəğmələrim
sənindir,
Dərman
oldun hər çəkdiyim dərdə
sən.
And içirəm sənin əziz canına
Kövrəlmərəm, ağlamaram bir daha.
Söz verirəm, and içirəm
Qurana
Qardaşımın arxasında durmağa.
Söylə, necə vəsf
eləyim çöhrəni,
İşığınla əridirsən zülməti.
Sən qolumsan, qanadımsan, ay
ana,
Qadir Allah
yazıb sənə cənnəti.
Kayırqül Sıdıkanova
Tərcümə etdi:
Adil CƏMİL
Ədəbiyyat qəzeti.- 2024.-
27 iyul, №28.- S.13.