Xalq yazıçısı
İlyas Əfəndiyevin
məzarı ziyarət olunub
Bu gün nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı
laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 110 il ötür.
Mədəniyyət Nazirliyinin əməkdaşları, respublikanın
tanınmış mədəniyyət
və incəsənət
xadimləri, sənətkarın
ailə üzvləri
I Fəxri xiyabanda Xalq yazıçısının
məzarını ziyarət
ediblər.
Anım
mərasimində çıxış
edən mədəniyyət
nazirinin müavini
Murad Hüseynov görkəmli
dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin əsərlərinin
bir necə nəslin formalaşmasında
böyük rol oynadığını diqqətə
çatdırıb. O, Xalq
yazıçısının fitri istedada malik insan olduğunu bildirib. Nazir müavini Xalq yazıçısı
İlyas Əfəndiyevin yaradıcılığının
dövlətimiz tərəfindən
daim yüksək qiymətləndirildiyini, onun
zəngin ədəbi
irsinin Azərbaycan ədəbiyyatında yeni mərhələnin
təşəkkülünə böyük təsir göstərdiyini qeyd edib.
Xalq artisti Hacı İsmayılov İlyas Əfəndiyevin
Azərbaycan ədəbiyyatına
və teatrına böyük töhfələr
verdiyini deyib: “Görkəmli dramaturq ən çox oxunan və sevilən yazıçılardan
biri olub. Bir çox xarici teatrlarda onun pyeslərinə müraciət
olunub. Onu da qeyd etmək istərdim ki, biz çox xoşbəxt nəslin nümayəndələrik, çünki
onun tamaşaları və əsərləri ilə böyümüşük”,
- deyə Xalq artisti əlavə edib.
Hacı
İsmayılov, həmçinin
vurğulayıb ki, İlyas Əfəndiyev kimi Azərbaycanı o taylı
bu taylı, Qarabağı vəsf edən ikinci yazıçı yoxdur.
O, sözün əsl
mənasında böyük
şəxsiyyət, dramaturq
olub.
Tədbirdə İlyas Əfəndiyevin dramaturgiyasında Qarabağ
məsələlərinin, xalqımızın etnik kimlik mövzularının
qaldırıldığı söylənilib. Qeyd edilib ki, İlyas müəllim
tələbələrini bir
şəxsiyyət kimi
yetişdirib.
Ədəbiyyat qəzeti.- 2024.- 1 iyun, ¹20.- S.3.