İlyas Əfəndiyevin 110 illiyi münasibətilə
“Xurşidbanu
Natəvan” tamaşası
nümayiş olunub
Mayın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas
Əfəndiyevin “Xurşidbanu
Natəvan” pyesi əsasında səhnələşdirilən
eyniadlı əsəri
nümayiş olunub.
Tamaşa görkəmli
dramaturq İlyas Əfəndiyevin anadan olmasının 110 illiyinə
həsr edilib.
Tamaşanın nümayişindən əvvəl
çıxış edən
Əməkdar incəsənət
xadimi, professor Məryəm Əlizadə
görkəmli ədibin
həyatı və zəngin yaradıcılığı,
ədəbiyyatımıza verdiyi töhfələrdən
danışıb. O, İlyas
Əfəndiyevin ötən
əsrin 60-cı illərindən
etibarən Azərbaycan
dramaturgiyasında, teatrında
yeni bir mərhələnin başlanğıcını
qoyduğunu bildirib.
M.Əlizadə qeyd edib ki,
görkəmli ədibin
20 pyesindən 19-u Milli
Dram Teatrında tamaşaya qoyulub, həmin dövrdə mövcud olmuş mənəvi problemlər onun dramaturgiyasında öz əksini tapıb.
Xalq artistləri
Mərahim Fərzəlibəyov,
Bəsti Cəfərova
və Firəngiz Mütəllimova İlyas Əfəndiyevlə bağlı
xatirələrini bölüşüblər.
Bildirilib ki, Azərbaycan dramaturgiyasının
və nəsrinin qüdrətli nümayəndəsi
kimi tanınan İlyas Əfəndiyev teatrımıza çox böyük töhfələr
verib. Görkəmli ədib Azərbaycan səhnəsində lirik-psixoloji
dramın əsasını
qoyub. Eyni zamanda, qeyd olunub
ki, İlyas Əfəndiyev öz əsərlərində hər
zaman tamaşaçıya
milli kimliyi aşılayırdı. Onun
əsərləri hələ
neçə-neçə nəsillər
üçün işıq
olacaq.
Sonra "Xurşidbanu
Natəvan" tamaşası
nümayiş olunub.
Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ
xanı Mehdiqulu xanın qızı şairə Natəvanın
həyatından götürülüb.
Səhnə əsərində
Natəvanı səciyyələndirən
əsas xüsusiyyət
onun xalqla olan birliyi, xalq
haqqındakı fikir və düşüncələridir.
Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş
xalqa dərin məhəbbət hissləri
təkcə Qarabağ
hüdudları ilə
qapanıb qalmır. İranın şahlıq
quruluşunun əsarətində
Cənubi Azərbaycan
əhalisinin taleyi də onu həmişə
düşündürür. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq
üçün yollar
arayır, əlindən
gələni etməyə
çalışır.
Xurşidbanu Natəvanın həm də incə insani duyğuları məharətlə tərənnüm
etmək bacarığına
malik istedadlı bir şairə olduğu da tamaşada diqqət mərkəzindədir.
Səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər
Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu
rəssamı Əməkdar
mədəniyyət işçisi
İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi və işıq rəssamı Rafeal Həsənovdur.
Səhnə əsərində Xalq artistləri Məleykə
Əsədova, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Rəşad
Bəxtiyarov, Mirzə
Ağabəyli, Kazım
Həsənquliyev, Elnar
Qarayev, Əlvida Cəfərov, Ayşad Məmmədov, Elşən
Rüstəmov və digər aktyorlar iştirak ediblər.
"Xurşidbanu Natəvan" pyesi tarixi mövzuda yazılsa da, müasir dövrümüzlə vəhdət təşkil edən qiymətli bir əsərdir. Məhz buna görədir ki, pyes oxucu və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır, yüksək qiymətləndirilir.
Ədəbiyyat
qəzeti.- 2024.- 1 iyun, №20.- S.3.