Gənclər Kitabxanası görkəmli dramaturq

İlyas Əfəndiyevlə bağlı silsilə tədbirlər keçirib

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyi münasibətilə ənənəvi virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə görkəmli yazıçının həyat yaradıcılığı, ictimai fəaliyyəti, müəllifi olduğu əsərlər haqqında geniş məlumat verilib.

Sərgidə Ulu Öndər Heydər Əliyevin, Xalq şairləri Səməd Vurğun, Mirvarid Dilbazi kimi görkəmli şəxslərin dramaturq haqqında söylədikləri fikirlər yer alıb.

Virtual sərgidə pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açan İlyas Əfəndiyevin Dövlət mükafatına layiq görülmüşMahnı dağlarda qaldıpyesindən fraqmentlər, yazıçının şəxsi foto video arxivindən görüntülər təqdim edilib.

İlyas Əfəndiyev - 110” adlı ənənəvi kitab sərgisində müəllifin kitabxana fondunda olan geniş oxucu kütləsi tərəfindən sevilərək mütaliə edilən kitabları kitabxana əməkdaşları tərəfindən hazırlanan eyniadlı ədəbiyyat siyahısı nümayiş olunub.

Virtual kitab sərgisi ilə kitabxananın rəsmi saytından https://ryl.az/multimedia/ilyas-efendiyev-110 tanış olmaq mümkündür.

 

Ədəbiyyat qəzeti.- 2024.- 1 iyun, ¹20.- S.3.