Bulud
yoxsa, gözlərinə kim göndərdi
bu dumanı?
***
Adam, sənin
gözün yaşdı,
içindəki bulud hanı?
Bulud
yoxsa, gözlərinə
kim
göndərdi bu dumanı?
Girmə
dumanın qoynuna,
duman səni
azdıracaq.
Buludların
gurhaguru
qəm
nəğməsi yazdıracaq.
Adam, sənin
gözün yaşdı,
sil
gözündən sən bu yaşı...
Bil ki,
ömür-gün savaşdı,
zəfərlə çıx bu savaşı.
***
Bu
eşqin sultanı mənəm,
səltənətim xarabazar.
Qələm
könlüm, dəftər sinəm
gecə-gündüz səni yazar.
Elə
möhkəm tutmuşam ki,
ayrılığın əllərindən -
Ayrılıqla
qaça-qaça,
eşqim
gedib əllərimdən.
Neçə
vaxtıymış sən demə,
ayrılıq sultanıymışam.
Ayrılıq
cəhənnəmində
mən,
eşqə sultanıymışam.
Gəl,
bu uçmuş səltənəti
xarabazar
etmə, könül.
Ayrılığın
ağrısında
eşqi
qoyub, getmə, könül.
***
Əvvəlcə
üzümə baxdın...
Sonra
başını əyib, dizimə baxdın...
Sonra
başını qaldırıb, gözümə baxdın...
Baxdın...
baxdın... baxdın...
Baxışlarına
cəm olmuş
üzümdəki ruhumun əzabları,
dizlərimin taqətsizliyi,
bir də,
sənə olan sevgim
baxışlarından ildırım kimi gözlərimə,
gözlərimdən də içimə doldu...
bu sevgi
içimdə yaşadı -
elə
içimdə də soldu...
Bütün
ömrüm boyu
bilə-bilmirdim ki,
əcəba, vardığım bu yol hansı yoldu?..
Hardan
başlanmışdı bu yol, necoldu?!..
***
Ağlamağım
gəlir, ağlamağım...
Bu
yaşımda,
balalarımın arasında...
Bir də,
Atamı,
anamı qucaqlamağım...
Mən də
balayam,
Bir az da bəlayam, balalarım kimi...
***
Hardan
keçdim, hara getdim -
həmişə düşdüm yağışa.
Nə qədər
yaxşılıq etdim,
tuş
gəldim yalnız qarğışa.
Sözümü
hey balla dedim...
Hər an, xoş əhvalla dedim...
Elə
qarşıladılar ki,
Sanki
qeylü-qalla dedim.
Haşa,
bu dünyadan, haşa...
Ümidlərim dəydi daşa.
Həqiqəti
gəzə-gəzə
ömür gəlib, yetdi başa.
***
Açıb
pəncərələri
soyutmayın bu yeri...
Onsuz da
ömür soyuq,
onsuz da
ölüm soyuq,
onsuz da
bu yer soyuq,
bu kainat
soyuqdur...
Örtün
pəncərələri
soyuq bitənə
qədər...
Başqa
kainatlara
əlim
yetənə qədər...
***
Eşq əlindən
dərdə düşüb,
divanə
olan İftixar.
Gecə-gündüz
əzab çəkib,
viranə
olan İftixar.
Yaranı
közlə oydular,
dərini
dərin soydular...
Səni
ümidsiz qoydular,
dərd
ilə dolan İftixar.
Qan qoxudu ağ köynəklər...
Daşa döndü mum ürəklər.
Boz səhrada
boz küləklər
saçını yolan İftixar.
Səni
sevdilər, atdılar...
Bir ucuz eşqə satdılar.
Ağ
dünyanı qaraltdılar,
Saralıb-solan İftixar.
Birbaşa
yol daş-kəsəkdi...
Gəlmə,
səni kəsəcəkdi...
Gəlməsən,
yar küsəcəkdi,
dolan gəl,
dolan, İftixar.
***
Niyə
solub görəsən,
bu
çöllərin çöhrəsi?
Nədən
sınıb görəsən,
bu
palıdın pöhrəsi?
Niyə
yağır görəsən,
qar
üstünə bu yağış?
Niyə
tutub görəsən,
taleyimi
bu qarğış?
Harda
çönüb görəsən,
bu
taleyin təkəri?
Harda
sönüb görəsən,
bu
Günəşin şəfəqi?
Niyə
solub görəsən,
bu
dağların çiçəyi?
Niyə
ölüb görəsən,
bu
çiçəyin ləçəyi?
Kim deyəcək
görəsən,
həqiqəti, gerçəyi?..
***
Quzu qurban
gedirdi
qurban kəsən
bir kəsə.
Boynunda
zınqırovu,
yeriyirdi
həvəslə.
Quzu fərəhlə
gedir,
yırğalanır quyruğu.
Amma xəbəri
yox ki,
bəd
verilib buyruğu.
Quzu
özü bilmədən
ölümə tələsirdi...
Bir ana
öz qızına
onu
qurban kəsirdi...
Quzunu gətirdilər,
zınqırovu açdılar.
Boğazından
kəsdilər,
ayağından asdılar...
Bayaq yaman
yemişdi,
onun
qarnı tox idi.
İndi mələr
qalmışdı,
ancaq
imdad yox idi.
Mələmə,
qurban - quzu,
bəsdi,
daha mələmə.
Allah belə
yazıbmış,
Dinmə, aman diləmə.
Hələ
də titrəyirdi
quzunun
qanlı əti.
Heç
kəsi ağrıtmırdı
quzunun hərəkəti.
Quzunun
qızıl qanı
tökülüb yerə axır.
Qızına
qurban kəsən
həzzlə qurbana baxır...
Barmağını
batırır
o,
quzunun qanına.
Bir
yaşında qızının
qanı
çəkir alnına.
"Qurbanın quzu olsun! -
demişdim" deyir - qızım.
Budur, kəsdim
quzunu,
bu da bu
qurban quzun...
Uzaqda mələdirdi
bu dərd
ana qoyunu.
Burda
oynayırdılar
"Qurban kəsdi" oyunu.
Ana fərəhlə
baxır
öz
sevimli qızına.
Qurban əti
doğranır,
yığılır bir qazana...
Qazan oda
qoyulur,
ət
qovrulur, yeyilir.
Elə o
gün, ordaca
yeni
qurban deyilir.
***
"Elifin
doqquz yaşı var. Bağda gecə yuxusuna
hazırlaşırıq...
Elif: -
Ata, üzünü mənə tərəf çevir...
Mən: -
Niyə, qızım?
Elif: -
Qucaqlaşaq... Ata qucağı...
Qucaqlayıram,
gözlərini yumur..."
Mən
onda anladım, onda qandım ki,
Ən şirin yuvaymış ata qucağı.
Demə,
övlad üçün ən müqəddəs yer
Ata ocağıymış, ata ocağı.
Atamın
çiynində gəzdiyim günlər
Gəldi gözlərimin önündə durdu.
Ata
sevgisiylə yaşamaq üçün,
Yəqin ki, Elif də min xəyal qurdu.
Məni qəhər
boğdu, gözlərim doldu,
Körpə Elifimi qoynuma aldım.
O,
şirin yuxuya yatdığı zaman,
Mən ötən günlərçün xəyala
daldım.
Ötən
günlərimdə xoşbəxt anlarım,
Atalı,
analı şirin çağlarım...
İndi
öz atamı yaşatmaq üçün
Balamı qoynuma alıb, çağladım.
Çağladm,
ağladım, sonra kiridim...
Beynimdən
qəhəri, qəmi kürüdüm...
Elifin o
şirin mışıltısına,
Mən
yenə özümü qəmə bürüdüm...
Ata
olmağımı Elif öyrətdi
Elə
bil, dörd uşaq böyütsəm belə...
Allah, bu nə kədər, bu necə dərddi?
Demə,
vermişəmmiş mən ömrü yelə...
Mən
onda anladım, onda qandım ki,
Atanın varlığı laylalı beşik.
Atalar
yatanda yuxusunda da
Övladın ömrünə çəkirmiş
keşik.
Elifin
dediyi "Ata qucağı"
Mənə
həyat dərsi öyrətdi o gün...
Hələ
də özümə gələ bilmirəm,
Sanki
yuxudayam mən, o gün-bu gün!
İftixar
Ədəbiyyat qəzeti 2024.-
1 iyun, ¹20.- S.10.