Dolu
Tamaşadı,
Baxanların
gözü doymayır,
Dəcəl
dolu özü çalıb,
Özü oynayır.
Elə bil ki...
Düşüb
ələ-ayağa
Arı elə
qaynaşır -
Orxan
deyir, ay ata,
Deyən
axı bal daşır...
Nə gözəl olar
Qalxan
günəşdən
Qalxmaq öyrənək.
Enən
günəşdən
Enmək öyrənək.
Gün
qalxır, yenə
Gülür dağ-dərə.
Gün
enir, baxın,
Gözəldir yenə.
Nə
gözəl olar
Gülə-gülə
sən
Günəştək
qalxıb,
Enə biləsən.
Tənha ağac
Yuyub bəndi-bərəni,
Su basıb arxı gecə.
O üzdə
qalan ağac
Elə
bil çırmanıb ki,
Atlanıb arxı keçə.
Şaftalı bağında
Alı
baxdı Vəliyə,
Vəli baxdı Alıya.
Bir-birinə
him edib,
Cumdular şaftalıya.
Bir də
baxıb gördülər
Sənəm xala yetişib.
And
içdilər, yemirdik,
Baxırdıq ki yetişib?
Bağda
Bir
daş atdı, şaftalı,
Bir daş atdı, nar gəldi.
Heyif,
çox yığacaqdı,
Doldu cibi, dar gəldi.
Analar bir
günəşdi
Ana
adı, ünvanı
Deyildir yaddan çıxan.
Analar bir
günəşdi,
Övladlar günəbaxan.
Pinti qız
Verib
kol-kosa,
Cırıb donunu.
Anası
yenə
Danlayıb onu.
İşə
qarışıb
Tikiş maşını.
İncik
bulayır
O da
başını.
Dağ çayı
Yenə
dağ çayı
Dağlardan qaçır.
Qorxmur
azmağa -
Çünki
yolunu
O
özü açır.
Qızbəsin güllü donu
Qızbəsin
güllü donu
Gül-çiçəkli, qarmonu.
Küləklər
yırğalayıb
Necə
çalır gör onu...
Yelləncək
Mələk
yelləncək asıb
Ağacdan, oynayırdı.
Ağac
da yırğalanıb,
Onunla oynayırdı.
Dibçək
Aşdı-daşdı
gül-çiçək.
İçində
itdi
dibçək.
Dava
Kağızdan
quş düzəldib,
Adil atdı havaya.
Məstan
pişik sıçradı
Əlbəyaxa davaya.
Qoruqçu çay
O
üzünə
keçmək olmur.
Biçənəyi
biçmək olmur.
Bizim bu
çay
dəli-dolu.
Daşıb
yenə,
kəsib
yolu.
Dolu gəlir
o tay-bu
tay.
Təbrik
edin, işə çıxıb
yaz gələndən
qoruqçu çay...
Arıçı
Arıçı,
balmış dilin,
Taladı varın məni.
Ürəyimi
gül bilib,
Çalmadı
arın məni...
Arzunun hədəsi
Yatıbsan,
tənbəl saat,
qoy,
yuxudan duracam.
Tənbeh
edib o ki var,
qulağını buracam.
Gözlərindən
doyurdular
Rauf,
Zaur
şamamanın
qabığını soymurdular.
Yeməmişdən
baxıb-baxıb,
gözlərindən doyurdular.
Küsəyən bağ
Yaxşı
qorumayıbdı
heyvasını, narını.
Bağ da
Adildən küsüb,
quşlara yem eləyir
əl
altından barını.
Ulduzları sayan qız
İşə
salıb özünü,
ulduzları sanadı.
Ha
sayırsa, qurtarmır,
indi Lalə
bir yana,
Ulduzlar
bir yanadı...
Bağda
Bu
bağın axşam-səhər
çəkildikcə hər nazı -
Sulanır
yavaş-yavaş
Budaqda
alma-armud,
yerdə
Dilqəmin ağzı...
Böyüyən qız
-
Böyümüşəm, - söyləyib
əllərini açmışdı.
Qonşu
qızı Gültəkin
atasının boynundan
az qala
ki, aşmışdı...
Arı pətəyi
Kol-kos
diddi, süzüldü
Qətibənin ətəyi.
Arılar
daraşacaq
bilib
arı pətəyi...
Vüqarın hiyləsi
Arı
şəkli çəksə də,
çəkmədi iynəsini.
Sonra
baxıb bəyəndi
Vüqar
öz hiyləsini...
Vüqarın çəkməsi
Çəkmənin
səsi
onu
satmışdı.
Qoruqçuyacan
gedib
çatmışdı.
O da
çəkməni
qoyub
qaçmışdı.
Yenə
başına
oyun
açmışdı.
İndi
qoruqçu
haray
salıb ki,
- Alma yeyəcək
tapsa
çəkmənin
sahibini
kim...
Sərvaz
Hüseynoğlu
Ədəbiyyat qəzeti 2024.-
1 iyun, №20.- S.12.