“Banuçiçəyin nağılları” kitabı çap olunub

 

Tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin uşaqlar üçün ikinci kitabı “Banuçiçəyin nağılları” (yaxud “Rəngli yuxuları”) kitabı çap olunub.

Kitaba Banuçiçəyin 8 yuxusu daxildir. Hər yuxu işğaldan azad edilmiş rayonlarımızın tarixi, bu günü və gələcəyindən bəhs edir.

Müasir texnoloji üsullardan istifadə edən yazıçı uşaqlar başa düşən dildə və formada doğma Qarbağımızı təsvir edir.

Nağıl personajlarının da daxil edildiyi şəkilli, rəngli kitabda Sehrbaz Baba obrazı əsasdır.

“Qələm” Nəşriyyatının nəfis şəkildə hazırladığı nəşrin rəhbəri Pərviz Eyyubov, redaktoru Dürdanə İbrahimova - Hüseynbəyli, rəssamı Şəlalə Rüstəmova, dizayneri Ömər Məmmədovdur.

Kitabın bir hissəsi şəhid və qazi övladlarına hədiyyə ediləcək.

 

Ədəbiyyat qəzeti  2024.- 1 iyun, ¹20.- S.12.