Gənclik
Nə vaxt gəncliyimiz tərk edər bizi?
Bəlkə saçlarımız ağaranda?
Yox.
Bəlkə
də ağlımız ürəyimizi
Dəli sevdalardan çağıranda?
Yox.
Onda ki, məhəbbət
məktublarımız
Sənədlər
qovluğu altında qalar,
Yarımcan
arzular, yarımçıq yollar
Taleyin
tapdağı altında qalar, -
Onda gəncliyimiz tərk edər bizi.
Haçan
ki, "ev bizim, sirr bizim" olar,
Baharın yolunu qışla bağlarıq.
Dostlarla
qırılan əlaqəmizi
Bəhanə
gətirib işlə bağlarıq, -
Onda gəncliyimiz tərk edər bizi.
Nə
vaxt stolüstü kitablarımız
Stollar
altına yıxılıb qalar,
Leylinin, Məcnunun,
Çalıquşunun
Sevgisi bir
küncə sıxılıb qalar, -
Günəşli,
gurşadlı yaz səmasıtək
Boşala
bilmərik, dola bilmərik,
Əbədi
yamyaşıl qalan Müşfiqə
Daha qardaş olub qala bilmərik.
"Çahargah"
çarparaq divardan-divara
Yolçunu
yolundan eyləməz avara",
Onda gəncliyimiz tərk edər bizi.
Nə
vaxt süfrəmizə şeirdən əvvəl
Yeməkdən,
içməkdən, kefdən danışan
Qeybətlər,
söhbətlər yığını gələr,
Şeirsə,
üçüncü qədəhdən sonra
Sağlıq
kölgəsinə sığınıb gələr, -
Onda gəncliyimiz tərk edər bizi.
Nə
vaxt zərli-zorlu ayı görəndə
İşimiz xətrinə "dayı" deyərik.
Gözümüz
öyrəşər qaranlıqlara,
Zülmətə
"günəşin tayı" deyərik, -
Satıb
gilə-gilə saflığımızı
Bunu özümüzə ləkə bilmərik.
Gərəkli
məsləkin, gərəkli eşqin
Gərəkli
dərdini çəkə bilmərik, -
Onda gəncliyimiz tərk edər bizi.
Onda ki,
hardasa boğulan haqqın
Sonuncu fəryadı əriyər, batar.
Guya
eşitmərik, guya görmərik,
Amma əl uzatsaq, əlimiz çatar.
Palaza
bürünüb sürünənlərin
Ürəyi
kəfənə bürünüb yatar, -
Onda gəncliyimiz tərk edər bizi.
Ardıyca nə gələr?
Ölüm
yuxusu.
Bəs
hanı həyatın şəhdi, şərbəti -
Bülbülün naləsi, gülün yuxusu?!
Bir
gözəl şairin sözü, söhbəti...
Biz onun sərrafı
sayılmadıqsa,
Onun nəfəsilə,
onun səsilə,
Haqqın
nəfəsilə, haqqın səsilə
Ölüm
yuxusundan ayılmadıqsa,
Onda gəncliyimiz
tərk edər bizi,
Onda itirərik
Zabil Pərvizi...
Yollar
Sən
"açaq" deyirsən bağlı yolları,
Açaq açılmayan qapıları biz.
Aranlı
yolların, dağlı yolların
Qırsın sükutunu şərqilərimiz.
Arzular sel
kimi keçir qəlbindən,
Keçir ikiləşən, ayrılan yollar.
Yolçusu
qeyb olan, gözü yol çəkən,
Araz sahilində qırılan yollar.
Gözündə,
könlündə sevda yolları,
Dənizə aparan məcra yolları.
Fəqət,
unutmusan yolun üstədir
Fəlakət yolları, qovğa yolları.
Ölümdən,
hədədən, qorxudan uzaq
"Barışıq" yolları, "sevgi"
yolları.
Hər
cür məhəkmədən, sorğudan uzaq
"Dahi"
bir cahilin zövqü, yolları...
Sahili
sıldırım məhəbbət yolu,
Sökülüb-tökülmüş
həqiqət yolu...
Babək
ölüb getmiş...
Ancaq hardasa
Yaşayır Babəkə xəyanət yolu.
Çoxdan
bağlansa da, yığışılsa da,
Uzaq Məkkə
yolu, Kərbəla yolu,
Ancaq min
ildir ki, açıq qalıbdır
Ərəb
atlarının dırnaqlarında
Bu torpağa gələn hər bəla yolu.
Daha əsər
yoxdur qaçaq-quldurdan,
Nə Ərəb Reyhanı, nə Həsəni var.
Bugünkü
yolların "riya" adlanan,
"Satqınlıq" adlanan yolkəsəni var.
Uddu
Koroğlunu dövran birtəhər,
Məzarı bu yurdun qucağındadır.
Əsrlər
keçibdir...
Bu gün də hələ
Çənlibel
yolunda yeni Həmzələr
Yeni Qıratların sorağındadır.
Sən
bağlı yolları "açaq" deyirsən,
Sözüm yox.
Amma gəl, fikirləş
bir an:
Bilmirəm,
yan keçə biləcəkmisən
Rüşvət yolundakı gömrükxanadan?!
Sən
bağlı yolları "açaq" deyirsən,
Tutubdur gözünü yerüstü yollar.
Tufandan
qorxulu, seldən qorxulu
Hələ saman altdan su yolları var.
Açıqdır
dar gündə mərdi çaşdıran,
Dəvəni "görməyən" yalan yolları.
İnsanı
axırda ilanlaşdıran
Mənsəbin, şöhrətin ilan yolları.
Bu
gündür gələcək günlərə təməl,
Bugünkü yollarda ayıq ol, ayıq.
Unutma:
Bir yolu açmazdan əvvəl
Nə qədər
yolları bağlamalıyıq!
Sonuncu mühazirə
Qızlar
yaman kövrəlib,
oğlanlar
mütəəssir,
Müəllimin
səsitək
hamının
qəlbi əsir.
Ürəklərdə
söz gəzir:
sonuncu
mühazirə,
Otaq
günəşlə dolu,
otaq
qərq olub zərə.
Pəncərədə
baharın
şüa-şüa
saçağı,
Güllə,
çiçəklə dolu
neçə
qızın qucağı.
Hələ
parta altında,
hələ
dizlər üstündə
seyr
elə qom-qom gülü,
Sevinc qəmə
bükülü,
qəm
sevincə bükülü...
Müəllim
danışdıqca
sinəsindən
elə bil,
şəlalələr
tökülür.
Dilində
qədim Gəncə,
zəka,
qüdrət günəşi...
O
danışır, gözündə
oğlanlar
Fərhadlaşır,
qızlar
Nüşabələşir.
Ürək
çırpıntısında
boğulur
zəngin səsi,
Neçə
çaşqın təbəssüm -
bağlı
gülüş qönçəsi.
Hamı
heyrət içində,
otaq
heyrət salonu,
Müəllim
unutmuşdur
zəngin
vurulduğunu:
- Siz Vətən
övladları,
Nizami
övladları...
Sözü
yarımçıq kəsib
şüşələri
titrədir
qopan
alqış axarı.
Elə
bil əsrləri
keçib
gəlir Nizami, -
Onu dinləmək
üçün
ayağa
qalxır hamı!
Zabil Pərviz
Ədəbiyyat qəzeti
2024.- 1 iyun, ¹20.- S.19.