Bir zinətdi
Xaqani
Xaqani Şirvaniyə
Bulud qəzəbini dağlara tökdü,
Göyün sevincindən rəngi boğuldu.
O gün Şamaxının
tən ortasında
İbrahim adında uşaq
doğuldu.
Atası
Əlinin gözləri
doldu,
Buludlar lal oldu bu heyranlığa.
Uşaq
adi uşaq deyildi, şükür,
Təbiət çırpındı bircə
anlığa.
Bütün el-elata müjdə
verildi,
Qohumlar təbrikə
yığıldı o gün.
Sanki kəhkəşanda söz
məna verdi,
Şeirin ulduzu doğuldu o gün.
Çatdı yavaş-yavaş həddi-buluğa,
Hər gün əmisindən öyrəndi
elmi.
Şeir
qəvvasıtək dəryada
üzdü,
Alimlər soruşdu: O, kimdi,
ləlmi?
Hamı
heyran qaldı bu yaranışa,
Zaman bəlli
etdi o uşaq kimdi.
İllər qatar kimi ötüb keçdikcə
O da yaxşı bildi bu həyat qəmdi.
Böyüdü, zəkalı bir
cavan oldu,
Şeiri, şeiriyyəti elə yayıldı.
Az vaxtda hörməti artdı şəhərdə,
Şirvanın hörmətli şəxsi
sayıldı.
Şeirin
diliylə bəyan elədi:
Nəfslə gələcək dünyanın
sonu.
Müdhiş büllur kimi özünə çəkdi,
Bir gün Şirvanşahlar sarayı
onu.
Burda diqqət etdi əyyanlar ona,
Müti savadsızlıq işini gördü.
Din, cahillik xofu sıxdı
canını,
Dinlə arasında bir divar hördü.
Şaha
başqa cürə ərz eylədilər:
Guya dinə
qarşı çıxır
Xaqani.
Şairsə başqa şey
demişdi qəti:
Din nə bir xülyadı,
nə də ki cani.
Heyif ki, aranı qatanlar artdı,
Şahın da başını "yedilər"
belə.
Paxıllıq işini gördü
necə də,
Şairi beləcə "atdılar
selə".
Şahın əmri ilə həbs olundu o,
Zindana atdılar
el şairini.
O, burda həbsiyyə şeiri yazdı,
Geniş təqdir etdi elmlə dini.
Xeyli vaxt zindanda qaldı
səbəbsiz,
Cavankən ömrünə xal saldı tale.
Həyat
necə acı, necə amansız...
Gəl, indi bu sirri öz-özünə
de.
Zindan şair üçün dar qəfəs idi,
O, bura - zindana sığmırdı qəti.
Saçları çallaşdı, yanağı soldu,
Ona adi gəldi ömrün sürəti.
Bir gün sona çatdı
zindan həyatı,
Şairi azadlıq bərk qucaqladı.
Ona - qal, - dedilər, - saray sənindir,
Osa - sizin olsun, - deyib çağladı.
Saray həyatına alışmadı
o,
Saray onun üçün ötəri
yerdi.
Bir-birindən gözəl əsərlər
yazdı,
O, burda ömrünün gücünü verdi.
Xalqın
cahilliyi qəlbini sardı,
Ürəkdən acıdı avam kəslərə.
Yetən
din üstündə qınadı
onu,
O, önəm vermədi yalan səslərə.
Tərk
etdi Şirvanı - Şamaxını o,
Küsdü doğulduğu yurddan-yuvadan.
Xaqani üz tutdu qürbətə
sarı,
Qürbət iyi gəldi qəfil havadan.
***
Şamaxıda qalmağı faydasız sandı şair.
O, bu diyarçun söndü, zülmətə
qərq oldu yer,
Başqa bir məmləkətin fövqündə yandı
şair.
Tərk
etdi Şamaxını,
üz tutdu qürbət elə,
Dedi: -
Bu ellər niyə səs vermədi naləmə?!
Yaxın
Şərq ölkələri
qarşıladı şairi,
O, burda bir işıqtək
şölə saçdı
aləmə.
Neçə Şərq ölkəsində
səfərdə oldu
şair...
***
Səfər həyatı onu
əldən salmışdı
düzü,
Saçları çallaşmışdı, yaşı
olmuşdu əlli.
Xaqani kim idi,
o, hansı gücə
sahibdi? -
"Töhfətül-İraqeyn"
poemasından bəlli.
Mərsiyəsi, qəzəli, mədhiyyəsi
bir ayrı,
Rübai,
qəsidəsi cana məlhəm olurdu.
Yayıldıqca aləmə dünya
dada gəlirdi,
"Həbsiyyə" şeirləri ürəklərə
dolurdu.
Xaqani bir duyğutək Təbrizdə qaldı artıq,
Qırıldı odlu eşqin ürək sızladan simi.
O dövrün şairləri
qəmi qəsidə sandı,
"Şinniyə" və "Mədain xərabələri" kimi.
Qayıtmadı geriyə, Şamaxı
darıxsa da,
Şair küsdü öz doğma elindən-obasından.
Nə naləyə baxdı o, nə də aha susadı,
İnad eləmək ona keçmişdi babasından.
Ondan ötrü darıxdı Şamaxının dağları,
Ondan ötrü
darıxdı Nizami Gəncəvi də.
Qəti
idi qərarı, Təbrizdə qaldı şair,
Bilmədi viran qalıb o yurddakı evi də.
Şamaxıdan çıxanda Məkkəyə
getmişdi o,
Ziyarət eyləmişdi müqəddəs
torpaqları.
Səfər həyatı boyu
müşahidə aparmış,
Yaşıl kağız bilmişdi ağacda yarpaqları.
Həyatı bu minvalla qürbət taxtında keçdi,
Nə zülümdə
axtarır onu, nə şərdə bilir.
Nizaminin
şairtək yetişməsində
onun
Böyük rolu var idi,
bunu bəşər də bilir.
Yetmiş
yaşı var idi, ahıl olmuşdu artıq,
Ölümün acıları qəfil qurmuşdu hana.
Bir gün əcəl başının üstündə
durdu söztək,
Şair vida elədi doymadığı cahana.
Bəşər necə pərişan,
dünya necə lal idi,
Onun ucalığını
qanmaz idi hər nadan.
Göy qapqara qaralmış, buludlar ağlayırdı,
Xaqani köç
edirdi daş atdığı dünyadan.
Təbrizin söz ordusu hazır durmuşdu o gün,
Onu yola salırdı ağrı deşən göz ilə.
Nizami eşidəndə şair
köçüb dünyadan,
Dedi ki, bax mən
indi yetim qaldım söz ilə.
Daha yazmaz qələmim, ya da olar qəmxana,
Daha məni
yandırar içimdəki
bu ahım.
Necə dözəcəm axı mən onun yoxluğuna?
Xaqaniydi dayağım, o idi qibləgahım.
Ustadının ölümü çox
ağrıtdı içini,
Yaşlı, qoca adamtək göynədi, büküldü
o.
Ruhən
də, ehkamca da dünyasından ayrıldı,
Şamaxını tərk edib Gəncəyə çəkildi
o.
Dünya
Xaqani adda bir zinəti itirdi,
Buna zaman günahkar,
buna insanlar səbəb.
Neçə vaxtdı şairə
bir "heykəl yonuram" mən,
Nədənsə duyğulara ilişib, gəlmir ki, təb.
Xaqani - böyük şair köçüb getdi uzağa,
Qəbri
ana yurdundan uzaqlarda qalıbdı,
Dahi adamların da həyatı
acı keçir,
Bu əsər də
Sonanı lal əzaba salıbdı.
Sona Abbasəliqızı
Ədəbiyyat qəzeti 2024.- 1 iyun, ¹20.- S.23.