***
Sənin
öpüşlərin yaz yağışıdı
Sən
həsrətin
payız
buludu.
Gəl,
yağışında islanım
payızı
unudum...
Baxışların
ürəyimə
yazmışı
adını...
Adından
yıxıldı
ayrılıqlar...
Gecələr
səni pıçıldayıram
Göylərin
ulduz
təbəssümü
yağır üstümə...
Payız
ətirlim,
Sənin
qucağında çiçəkləyirəm.
Fəsillər
qısqanır bu həqiqəti.
Sənin
yoxluğun nəfəsimi kəsir
Bəzən
sənli anlarımdan
bir
misra xatirə saxlayıram,
yoxluğunu
azdırmağa...
Sən-uzaq
mən-yaxın.
Əlifbası
belə başlayır
ayrılığın.
Sevgi
ətirlim
kaş
əcəl məktubunda
sənin
ətrin olsun.
Uzaq əllərini
sevgilim,
əllərinə
qonmaq istəyirəm
göyərçin
kimi.
Həsrətin həsrətdən
gözü darıxsın
Ələ
ürəyinin ehtirasını,
Bu
çılğın, bu odlu nəfəsim üstə.
Dilinin
ucunda çiçəkləyən söz,
Dərsin
nəfəsini qoy səsim üstə.
Mən
sevda vurğunu, eşq dəlisiyəm,
Cənnət
bağçasıdir qucağım mənim.
Ay
ömrüm, tək sənin nəfəsin ilə,
Alışır
üşüyən ocağım mənim.
Bəyaz
saçlarını qoy sinəm üstə,
Nisgilli
ürəyim ağ günə çıxsın.
Səpilsin
yollara Vüsal çiçəyi,
Həsrətin
həsrətdən gözü darıxsın.
Sən
mənim ömrümün sevgi yolusan,
Bu
yolla özümdən keçib gedirəm.
Sənin
nəfəsini, sənin səsini,
Bir
ovuc nəğmətək içib gedirəm.
***
Hər
yaz gələndə
qaranquşların
səsi
məhəbbət
məktubumu oxuyur
torpağın
qulağına.
Dinlədiyim
Şopen
melodiyaları
sənə
yaza bilmədiyim məktublardır..
Sən
də dinlə.
Dodaqlarının
hərarəti
yanağımda.
Adın
dodağımda
qol-boyun
olub gəzirik könlümün bağında.
Mənə
bir məktub göndər
sətirlərində
Şopen musiqisinin
ətrini
duyum.
Misrada göynəyən
bu dərd kimindir
Sözlərin
üzündən öpüb gedirəm,
Ürəyim
üşüyən yarpaq kimidir.
Mənim
bəyaz saçlım pıçılda mənə,
Misrada
göynəyən bu dərd kimindir?!
Ömrümə
dağılıb həsrətin saçı,
Mənim
öz saçımı dayanım yox.
Bəxtin
çöllərində itgin düşmüşəm,
Bir
yarpaq axtarıb arayanim yox...
Bu
eşqin odunda alışdım - yandım,
Sənə
məhəbbətdən külüm danışsın.
Əcəl
mələkləri saçımı hörsün,
Boyumu
oxşayan ölüm danışsın.
Tale
məni saldı səndən uzağa,
Boynunu
bukubdu yollarım mənim.
Sənin
həsrətini basıb bağrıma,
Qısılıb
sinəmə qollarım mənim.
Heykəlini ucaldaq
bu məhəbbətin
Gəl,
bu
yolun əlindən,
tutub
gedək.
Bu
dünyanı, olmuşları,
Olacaqları,
unudub gedək.
Qərib
xatirə kimi
bir
kövrək bənövşəni varaqlar
arasında
qurudub gedək.
Gedək,
arzu
- arzu,
ümid
- ümid.
Dodağında
sevgi
nəğmələri çiçəkləyən
günlərin
ömrünə səpilək,
Gedək
ömrün sonuna.
Mənim
dodağımda
öpüşlərin,
sənin
dodağında hərarətin.
Gedək
bax beləcə,
Heykəlini
ucaldaq bu məhəbbətin.
Telli Sənəm
Borçalı
Ədəbiyyat qəzeti 2024.- 1 iyun,
№20.- S.25.