Qəhrəman şəhidlərimizə
Uşaqlıqdan
arzun olub
Düşmənlərlə
savaşmaq.
Qarabağı
azad edib
Vətənə
bağışlamaq.
Kimsəyə
minnət qoydunmu
Vətəni
qoruyanda?
Yağışda,
yaralı halda
Ac-susuz,
yorulanda?..
Sən
ancaq irəli baxdın,
Baxmadın
sağ-soluna.
Bir də
baxdın, göyə qalxıb
Yerə
düşən qoluna...
Yenə,
yenə sarsılmadın
O dəhşətli
ağrıdan.
Tək
əlinlə silah tutdun,
Dişinlə
bayrağından...
Son nəfəsdə
bayrağını
Şuşayadək
apardın.
Sən
Şuşada Zəfər çalıb
Bizi
bizə qaytardın.
Qanınla
yazdın adını,
O sal
daşa, qayaya.
Son
anda da təbəssümlə
Vida
etdin dünyaya.
Xocalı laləzarı
Burda
qırmızı lalələr
Saya
gəlməz, Xocalı...
Qırmızı
köynək geysən də,
Dərd
köhnəlməz, Xocalı!
Gözümüzün
biri gülər,
Biri
ağlar, Xocalı.
Bu
lalələr min dərdimə
Məlhəm
olar, Xocalı!
Bu
laləzar qırğınlara,
Qadalara
"Yox!" deyər.
Düşmənə
meydan oxuyar,
"Gözəlliyə
bax!" deyər...
Oxşar
Şəhid ruhlarını,
Məzarları
qucaqlar.
Bu
laləli yurdda yenə
Gur
yanacaq ocaqlar...
Biz qanadlı əsgərlərik
XTQ əsgərlərinə
Qayaları
ram edərik,
Keçərik
uçurumdan.
Qarşımızda
dağ dayanmaz,
Enərik
aşırımdan.
Düşmən
bir də oyanar ki,
Biz
artıq yanındayıq.
Hanı
qurduğu istehkam?
Biz
heç sədd tanımadıq.
Biz hər
yandan yola çıxdıq -
Çaydan,
dağdan, meşədən...
Düşməni
saldıq tələyə,
Çaş-baş
qaldı bu işdən.
Biz
qanadlı əsgərlərik,
Göyümüz
var uçmağa.
Düşmən
bizə neyləyəcək,
Yol
da tapmaz qaçmağa.
Aşdıq
Murovu, Şişdağı,
Cıdır
düzünə çatdıq.
Şuşada
bayrağımızı
Uca
zirvəyə taxdıq.
Biz
qanadlı əsgərlərik,
Heç
zaman yorulmarıq.
Gecə-gündüz
yurdumuzun
Keşiyində
durarıq.
Füzuli
Önünə
min sədd çəkildi,
Hey
tikdilər, hördülər.
Yolunda
tələ qurdular,
Neçə
tədbir gördülər.
Dəmir
yumruq sədd tanımaz,
Aşdı
bəndi, bərəni.
Ordumuz
bir selə döndü,
Keçdi
dağı, dərəni.
Şəhidim,
qazim Füzuli,
Daha
sil göz yaşını.
Gecəgözlüm,
tufan bitdi,
Qaldır
uca başını.
Sən
Füzuli dühasısan,
Qəhrəmanlar
oylağı.
Gör,
sənə necə yaraşır
Azərbaycan
bayrağı!
Mən
azad Xocalıyam!
İllərdi
dərd dağıydım,
Kədərdən
yoğrulmuşam.
Bu
gün Zəfər mənimdi,
Yenidən
doğulmuşam.
Mən
azad Xocalıyam,
Daha
qəm istəmirəm.
Silirəm
göz yaşımı,
Duman,
çən istəmirəm.
Mən
azad Xocalıyam,
Dönəcəm
gülüstana.
Yarama
məlhəm olub
Görk
olacam cahana.
Keçmişimdən
min iz var,
Badara,
Qarqaram mən.
Min
bir sınaqdan keçib
Yenə
yaşayıram mən.
Qoy,
var olsun, ordumuz,
Şəhidimiz,
qazimiz.
Yeni
bir tarix yazdı
Müzəffər
sərkərdəmiz.
Mən
azad Xocalıyam,
Daha
qəm istəmirəm.
Silirəm
göz yaşımı,
Duman,
çən istəmirəm.
Xarıbülbül
Sən
güllər içində bir əfsanəsən,
Yurdun
Qarabağdı, elin Şuşadı.
İllərdi
kədərdən saraldın-soldun,
İndi
zəfərimlə adın qoşadı.
Həsrətim,
sonra da mübarizəmin
Nişanına
dönən ay qızılgülüm.
Sən
türk əsgərinin xatirəsisən,
Sən
şəhid yarısan, xarıbülbülüm.
Həmişə
mənimlə bir olacaqsan
Yadlara
uymayan vəfalı gülüm.
Sinəmə
qonmusan bir ulduz kimi,
Zəfər
simvolumsan, xarıbülbülüm.
Qubadlı
Səni
xəyalımda yaşatmışam mən,
Ay
daşı-qayası xınalı yurdum.
Qoynunda
ölsəm də, daha nə dərdim,
Yaşasın,
var olsun, müzəffər ordum.
Qoca
çinarına od vurulsa da,
Yenə
əyilmədi, kökü dərində.
Düşmən
evimizi viran qoysa da,
Həkəri,
Bərgüşad, Araz yerində.
Yeni
tarix yazdı ər oğulların,
Əliyar
yurdusan, Nail oylağı,
Sənsən
Zəngəzurun qala qapısı,
Laləzar
körpüsü, Mədət bulağı.
Elə
bil, yenidən doğulmuşuq biz,
Ay təmiz,
təptəzə həyatım mənim.
Sən
Qaçaq Nəbinin yurdusan, axı,
Nağılım,
dastanım, bayatım mənim.
Xudafərin körpüsü
Xudafərin
körpüsü,
Söylə,
yaşın neçədi?
O əyyamlar
nə cürə,
O
zamanlar necəydi?
Cəbrayıl
- qızıl üzük,
O
üzüyün qaşısan.
Qədim
Azərbaycanın
Sən
birlik nişanısan.
Arazımdan
güc alıb,
Aləmə
can atmısan.
Anam
Azərbaycanı
Dünyaya
tanıtmısan.
Üstündən
yellər əsdi,
Əyilmədin
düşmənə.
Yenə
üçrəngli bayraq
Dalğalandı
köksündə.
Qar da Qarabağda
sevinir indi
Bu il
qarın başqa gözəlliyi var,
Azad
Qarabağa nur yağır indi.
Qar,
sanki çiçəktək qonur torpağa,
Qar
da Qarabağda sevinir indi.
Bu qədər
sevimli olmamışdı qar,
Qar
adam düzəltmək istəyirəm mən.
Düşüb
uşaq kimi oymaqlarına,
Qartopu
oynamaq keçir könlümdən.
Yurduma
yağan bu qar da gözəldi,
Qarabağda
payız, yaz da gözəldi.
Dağları,
bağları, çölü tamaşa,
Burda
çal-çağır da, söz də gözəldi.
Bu il
qarın başqa gözəlliyi var,
Azad
Qarabağa nur yağır indi.
Qar,
sanki çiçəktək qonur torpağa,
Qar
da Qarabağda sevinir indi.
Ağdərə
Duman-çənə
bürünən
Ağ
dərələr, necəsiz?
Ağ
dağlar, ağ oymaqlar,
Ağ
bərələr, necəsiz?
Xoş
gördük, Ballıqaya,
Qozlukörpü,
necəsən?
Burda
üzüm bal dadır,
Taxıl
tel-tel, biçəsən.
Bura
necə gözəldi,
Havası
can dərmanı.
Bulaqları
şipşirin,
İnsanları
mərdanə.
Ağdərəm,
ağ günlərin
Yaxındadı,
çox yaxın.
Sənsiz
çox darıxmışam,
Oxu,
bülbülüm, oxu.
Xankəndiyə gedirəm
Sən
qəlbimin sevinci,
Nurlu,
aydın səhərim.
Şəhərlərin
içində
Ay
mirvari şəhərim!
Yadındamı,
uşaqkən
Biz
qoynuna gəlmişdik.
Onda
anam sağ idi,
Sevinmişdik,
gülmüşdük.
...Sonra
anam vaqonda
Həsrətindən
saraldı.
Dözmədi
ayrılığa,
Ömrümüzü
qar aldı...
Səni
heç unutmadım
Nələr
çəkdim, can yurdum...
Xəyalınla
qəlbimə
Naxış
saldım, gül vurdum...
İndi
anam sevinir,
Ruhu
şaddı, görürəm.
Çünki
Ağdamdan yenə
Xankəndiyə
gedirəm...
Cıdır düzü
Sən
xınalı əlləri,
Xonçalı
gəlinlərim.
Cıdır
düzü, qoynunda
At
çapıb igidlərim.
Üzüyün
halqasından
Ox
keçirib ərənlər.
Sən
elə möcüzəsən,
Heyrət
edir görənlər.
Yallı
gedib oğul-qız,
Ellərin
sırasında.
Cıdır
düzü, ucasan
Dağların
arasında.
Səninlə
vüqarlıdır
Cıdır
düzü, can Şuşa.
Səni
bizə gətirən
Oğullar
min yaşasın!
Mina Rəşid
Ədəbiyyat qəzeti 2024.- 1 iyun, №20.- S.27.