Çərkəz
Məcidin vəfatından 35 il sonra kitabı çap olundu
Azərbaycanın
azadlığı və istiqlaliyyəti uğrunda mübarizə
aparmış şair Çərkəz Məcidin vəfatından
35 il sonra yeni şeir kitabı çapdan çıxıb.
“Ürəyim bir məktub yazmaq istəyir”
adlı kitabda şairin indiyə qədər çap
olunmamış şeirləri öz əksini tapıb.
Kitabın
ön sözü meydan hərəkatının liderlərindən
olan millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı
tərəfindən yazılıb. Kitabın redaktoru isə
şair Elşad Baratdır.
İlkin
olaraq, 500 tirajla çap olunan şeir kitabı Elşad Barat tərəfindən
imzalanaraq III Türk Dünyası Ədəbiyyat və Kitab
Festivalında oxuculara pulsuz paylanılıb.
Ədəbiyyat qəzeti 2024.- 1 iyun, ¹20.- S.23.