Gözəl
Allah
nə xoş gündə yaradıb səni,
Qəlbinə
dəydiyim ilahi gözəl.
Yadıma
düşəndə dünyam qaralır,
Bağışla
etdiyim günahı, gözəl.
Cənnət
misallısan, solmaz baharsan,
Bu
könül dünyamda əbədi varsan.
Necə
qəmzəlisən, nə şirin yarsan,
Könlümün
sirdaşı, pənahı gözəl.
Yerişin
can alır, baxışın əfsun,
Qulac
saçlarından göz necə doysun.
Heyranı
olduğum qoy mənim olsun,
Məndən
əsirgəmə mətahı, gözəl
O
şəhla gözlərin süzülüb gedir,
Baxan
tilsimlənir,üzülüb gedir,
Qəlbimdə
misralar düzülüb gedir,
Neyləsin
Cəbrayıl, ay ahu gözəl?
İlahi
Çəkilib
göylərə sevgi, məhəbbət,
Bir
az sevgi göndər göydən, İlahi.
Qənim
kəsilmişik bir-birimizə,
Düşmüşük
taqətdən, heydən, İlahi.
Bələdçi
olubdu alimə nadan,
Qalmayıb
bəşərdə nə din, nə iman.
Didir
bir- birini, qan içir insan,
Başlar
dumanlanıb "meydən", İlahi.
Nə
vaxt kəsiləcək zalımın səsi?
Kəsən
olacaqmı, bu kəshakəsi?
Yenə
çalxalanır bu Yer kürəsi -
Olubdu
haqsıza meydan, İlahi!
Cəbrayıl,
insafmı söz ağlar qalıb?!
Açılmır
eynimiz, göz ağlar qalıb.
Əyri
hökm oxuyur, düz ağlar qalıb,
Niyə
düz olanı əydin, İlahi,
Bir
az sevgi göndər, göydən, İlahi!
Yerindən
Allah
qismət edə, baxam dünyaya
Həsrətin
biryolluq bitən yerindən.
Vüqarlı
dağlara bir salam verəm,
Əlimin
göylərə yetən yerindən.
Bostanım
saralıb uralanıbdır,
Ürəkdə
həsrətdən od qalanıbdır,
Dağlar
dağa dönüb sıralanıbdır,
Qəlbimin
ağrıyan Vətən yerindən.
Sarısünbül
zəmilərim tellənə,
Dağ-dərələr
naxışlana, güllənə,
Ruhum
qanadlana, qəlbim dillənə
Gülşəndə
bülbülün ötən yerindən.
Anasız dünyam
Bu
gecə nə yaman uzun gecədir,
Ulduz
sıxır məni, ay sıxır məni.
Bir
dağın döşündə elə yalqızam,
Bulaq
ağı deyir, çay sıxır məni.
Artıb
ürəyimin döyüntüsü də,
Sıxır
ürəyimi dağın havası.
Anasız
qəlbimdən bir ah yüksəlir,
Qarsıyır
dağları ahın havası.
Məni
bağışlayın, dağlar, a dağlar!
Ahımdan
əriyir zirvədə qar da.
Çəmən
də, çiçək də könlümə yatmır,
Mən
dağa çıxmışam, anam məzarda.
Dağların
duruşu nə gözəl idi,
Analı
günlərim keçir qəlbimdən.
Elə
bil dağlar da qərib görünür,
Anam
bu dünyadan köç edən gündən.
A zalım
A
zalım, demirsən ölüb, qalıbdı
İllərlə
oduna o yanan oğlan.
Daha
yaddaşımdan boylanıb baxır
Hər
gün qapınıza boylanan oğlan.
Arzum
da sən idin, diləyim də sən,
Sinəmdə
döyünən ürəyim də sən.
Çatdı
altmış beşə ürəyində sən,
Xəyalınla
yatıb oyanan oğlan.
Bilməm,
necə çatdım bu yaşa sənsiz,
Sənsizlik
içində yurdsuz, vətənsiz.
Bir
yol dedinmi heç necədir mənsiz
Gözünün
yaşıyla yuyunan oğlan.
Daha
gözəllərdən etibar ummaz,
Gecə
ulduz sayar, gözünü yummaz.
Çox
yanıb odlara, bir daha yanmaz
Gənclik
libasını soyunan oğlan.
İndi
qara dönüb o qara saçlar,
Bir
ayrı məkana yolçuluq başlar.
Yenə
səni deyər, səni soraqlar
Zaman
fırçasıyla boyanan oğlan.
Cəbrayıl Qəhrəmanov
Ədəbiyyat qəzeti 2024.- 1 iyun, №20.- S.28.