Yaxşı insanı xatırlamaq həmişə xoşdur

 

Yaxşı insanı xatırlamaq həmişə xoşdur. Vaqif Səmədoğlu çox istedadlı şair gözəl dost idi. 1991-ci ildə "yenidənqurma" qurultayında (qurultay üç gün oldu!) mənə Anara hücumlar olanda o, qardaşı ilə birgə belə bir yanlış mövqeyi yalnız tənqid etməklə kifayətlənmədi. Bəli, qardaşlar əsl ziyalı əsl dost kimi davrandılar. Səməd Vurğunun övladlarını yaxşı tanıyırdım, üçü heyrətamiz yumor hissinə malik idi. Demək, Yusif Səmədoğlunun yubileyində (mən orada tamada idim) Vaqif Heydər Əliyevin növbə ilə onun böyük qardaşını bacısını  öpdüyünü gördü. Ucadan dedi ki, yəqin, məni unutmusunuz, fikirləşirsiniz ki, valideynlərimin oğlu da, qızı da olub deyə, üçüncünü istəməyiblər? Heydər Əliyevin incə yumor hissi vardı, zarafatı dəyərləndirə bilirdi. Gülüb dedi ki, gəl, gəl səni öpüm.

 Biz Vaqiflə Azərbaycanı başqa ölkələri çox gəzmişik. Bir dəfə Bağdadda bütün qrup səhər saat dördə qədər oyaq qaldıq. O vaxtlar İraqda spirtli içkilərin satılmasına qadağa yox idi. Səhər Kərbəlaya yola düşməli idik. Baxdıq ki, Vaqif avtobusda yoxdur. Ədəbi fondun müdiri Arif İbrahimovla birlikdə qalxdıq mehmanxanaya, gördük ki, Vaqif hələ yatır. qədər çağırırıq, oyanmır. Nəhayət, gözlərini açdı: "Mən Qazaxdan gəlmişəm, - dedi, - biz sünniyik axı, görünür, Kərbəla məni qəbul etmək istəmir. İmkan verin, yatım. Mən heç yana getmirəm". Daha onu oyatmağın mümkün olmadığını görüb çıxdıq. Sonra o, zarafatla bizə acıqlanırdı ki, "Siz etmisiniz? Anam bu hərəkətimi mənə heç vaxt bağışlamayacaq".

Bir gün Fikrət Qoca ilə Anarın yanında idik, Vaqif gəldi. Mən dedim ki, şairlərdən danışırdıq, Anar ikinizi görkəmli şair hesab edir. Vaqif yenə yalandan hirsləndi: "Elə şey ola bilməz, bir gözəli o birinin qarşısında tərifləmək olmaz. Sən hələ cavansan, başa düşmürsən. Bizi ayrı-ayrılıqda tərifləmək lazımdır". Hamımız bərkdən gülüşdük. O, doğrudan da görkəmli şair çox yaxşı yumor hissi olan insan idi. Mən Səməd Vurğunun övladlarını həmişə xatırlayacağam. Allah rəhmət eləsin!

 

Çingiz Abdullayev

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış  2024.- 5 iyun, ¹21.- S.4.