Ömrümə duman gəlib

Heç kəsə demə!

Deyəsən, yaman gəlib

Heç kəsə demə!

Çıraq yanıb bu axşam

Yanıb,sönüb bu axşam.

Bu dumana qapımdan

Çıxan kimi azmışam..

Daş evlər arasında

Duman neyləyər mənə?

Gülümdiriyəm yenə

Heç kəsə demə!!!

 

Vaqif Səmədoğlu

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış  2024.- 5 iyun, №21.- S.1.