Yalandı
Yalanla doğulur çoxu dünyanın,
Oynayıb yerindən oxu dünyanın.
...nəyinə lazımdı axı
dünyanın? -
Çoxunun aldığı nəfəs
yalandı.
Baxışı adamı dəlir eləcə,
Guya dərd-sərini bölür eləcə.
Adamın üzünə gülür eləcə,
Eh, içindən gələn o səs
yalandı.
Yalanı nəm çəkir - gün altda sərir,
Elə
yalan əkir, yalan da dərir...
Hər
şeyə ürəkdən həvəs göstərir,
Amma göstərdiyi həvəs yalandı.
Qohumu,
tanışı, yadı qaradı,
Soyadı
yalançı, adı qaradı...
Qoxusu
üfunət, dadı qaradı,
Ağa ağ deməyən hər kəs yalandı.
Göndərir
Etdiyin
yaxşılıq heç yadda qalmır,
Dua istəyəndə qarğış göndərir.
Başına
döndüyüm nəzərə almır,
Günəş istəyəndə yağış
göndərir.
Sevirəm
- sevgimdən naz istəyirəm,
Çoxla
işim yoxdu, az istəyirəm.
Bir
güllü-çiçəkli yaz istəyirəm,
Başına döndüyüm qar-qış göndərir.
Olur ki, bilmirsən hara düşübsən?
Hansı
cəhənnəmə, gora düşübsən?..
Amma ki,
görəndə dara düşübsən, -
"Şahmat taxtasında" çıxış
göndərir.
Yerinə
Yaşayıb
gedir nəsillər,
Üzə çıxır əsil sirlər.
Çox
vaxt ağacı kəsirlər,
Qurumuş budaq yerinə.
Buludtək
dolmaq istədim,
Dağlarda
qalmaq istədim,
Bir
ağac olmaq istədim,
Söykənib bu dağ yerinə.
Ağacı
qurd içdən yeyər,
Qurd yesə,
oğulsan, göyər,
Qaldırır
qaranı göyə,
Tanrım,
bu da ağ yerinə.
Mən necə adamam?
Yarpaq-yarpaq
tökülürəm,
Gövdə-gövdə ağrınıram.
Ağac-ağac
əkilirəm,
Meşə-meşə
doğranıram -
Mən
necə adamam, adam?!
Yanıqlı
naləyəm, aham,
Özümü yandırır ahım.
Hər dərd-sərindən
agaham,
Günahsızlıqdır
günahım -
Mən
necə adamam, adam?!
Ha
yandırıb, ha üfürsən,
Qızdırarmı bu şam məni.
Dinsizsən, kafirsən, nəsən?
Öldürərsən
axşam məni -
Mən
necə adamam, adam?!
Yol gedirəm
"haqqa" doğru,
Gəlib yetişmiş zamanam.
Çoxalır
canımda ağrı,
Yoxsa dərvişəm,
şamanam -
Mən
necə adamam, adam?!
Üstümə
cinlər yeriyir,
Ayağım yerdən üzülür.
Baxıram,
cismim əriyir,
Ruhum
inciyir, əzilir -
Mən
necə adamam, adam?!
Fazil Əsəd
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, №22.- S.45.