Göylərdə ev
ucalt
savab daşından
Ömür
dediyimiz qaraçı köçü,
Beşiyi məlumdur, məzarı harda?
Sonda
barışırıq taleyimizlə,
Onu biz yaşadıq, Yazarı harda?
Harada gizlədək
sevincimizi,
Həyat itirməsin bu incimizi.
Vuraq
qayalara külüngümüzü,
Görək, qəm-kədərin azarı harda?
Ruhum dil
açmasa, sərtləşir ürək,
Ağır əzablara qatlaşır ürək.
Yatdıqca
yuxuda yadlaşır ürək,
Bilinmir gileyi-güzarı harda?!
İki əllə
yapış ömür yaşından,
Bəzən o ayırmır yazı qışından.
Göylərdə
ev ucalt savab daşından,
Soruşma, bu yerin bazarı harda?
Yarımçıq bəndimi
tamamlamadım
Baxırsan,
zamana cürətlidir ki,
Hər gün bir dərd qoyur yaşımın üstə.
Dalğalar
o, qədər sürətlidir ki,
Sahilə tullanır başımın üstdən.
Bəzən
gil, palçıqdan məzar tikirəm,
Görən, nə olacaq məzar dibində?!
Eh,
gör, mən də nəyin dərdin çəkirəm,
Ağlım başımdadır, pulum cibimdə.
Sözü
öz dilimdə bişirməmişdən,
Yüz dəfə keçirdim onu ələkdən.
Bu
gülü dərirəm, keçib iş-işdən,
Güllər də bezibdi bakirəlikdən.
Eh, kiməm,
tənhayam, bəlkə adayam,
Onunçün insantək ölə bilmirəm.
Ona xəbər
verin, mən buradayam,
Körpü üstündəyəm, gələ bilmirəm.
Deyəsən,
bu yerdə tükənir sözüm,
Bir uşaqlıq çağım düşür
yadıma.
Yerdə
ulduz olmaq nəyimə lazım,
Göydə bir ulduza verin adımı.
O qız salam verir gözləri ilə,
O
qızı mən indi tamam anladım,
Nə qədər
sabahlar ötüşsə belə,
Yarımçıq bəndimi tamamlamadım.
Boylandım
sola da, baxdım sağa da,
Qalmışam məsumtək ortada hələ.
Vaxt tapa
bilmədim qocalmağa da,
Necə oturmuşam partada hələ?!
Dünyanın
həm özü, həm dərdi ağır,
Onu gəzdirirəm bir qolum üstə.
Hamı
danışsa da, kim-kimə baxır,
Zaman davam edir öz yolu üstə.
Göylərdə uçmağı
bacarmadıqsa
Bəzən
günəş kimi güldün üzümə,
Bəzən də yolumda duman, çən oldun.
Bu uzun illərin
sevda nurundan,
Od alan mən
oldum, donan sən oldun.
Bəzən
düşündüm ki, bu qız görəsən,
Niyə razı qalmır saf diləyimdən?
Qəlbimi
açmağa yollar aradım,
Yol açdı dilimə söz ürəyimdən.
Göylər
od tutmuşdu, yanırdı qürub,
Ruhumsa əsirdi
o an təlaşdan.
Bax, o
qürub çağı qarşında durub,
"Qız,
sənə aşiqəm", - dedim, yavaşdan.
Soyuq
baxışların bağrımı dəldi,
Söndü ümidlərim, söndü
büsbütün.
Yaxşı
ki, bir azca insafa gəldin,
"Elçi
göndərərsən, baxarıq", - dedin.
Elə
bil unutdun, dandın bu zaman
Eşqin
od çağını, alov çağını..
Sən
necə üzümə söylədin, gülüm,
Mənə yox, elçiyə inandığını?
Bilmədin
içimdə dolaşır nələr,
Varmı,
iç dünyamı ölçən ölçülər?!
Sənli
ürəyimdə bir sevda mələr,
Necə deyəcəkdi bunu elçilər?!
Elçi
nə biləydi, mən nə çəkirəm,
Bu iş
belə getməz, yox, belə qalmaz.
O vaxt dəniz
idi qəlbim səninlə,
İndi ümmanlarla heç belə dolmaz.
Elə
bil göylərdə uçurdu ruhum,
Ən uca göylərdən bir sözlə
düşdüm.
Səndən
çox əzablar görsəm də, ancaq,
Bu ağır cavabı gözləməmişdim.
Gözümdə
kainat talandı yenə,
Daha mənim deyil o ulduz, o ay.
Göydəki
qapılar bağlandı mənə,
Yer öz qapısını açdı taybatay.
Elçilər
söyləsin sözünü qısa,
Elçilər danışsın, biz səssiz qalaq.
Göylərdə
uçmağı bacarmadıqsa,
Bir cüt çiçək kimi yerlərdə solaq.
Şair ruhdur, gözəl mələk
Şair
ruhdur, gözəl mələk, əzizim,
Cənnət üçün yaranmışlar tək-təkdi.
Bu
dünyada şair dərddən üzülər,
Bu dünyada mələk elə mələkdi.
Şair -
gözəl qohumdular əzəldən,
Hansı dünya, hansı məkan, fərqi yox.
Bu
dünyada şairləri üzənlər
O
dünyada ruhlarını qoruyur.
Şair təbi,
gözəl nuru həyatdı,
Kainatda xoşbəxtliyin açarı.
Tanrım, niyə Sən bəndələr yaratdın?!
Gözəlləri şairlərdən
qaçırır.
Şair
Tanrı sevgisindən doğulub,
Gözəl-mələk, lap Tanrının yanında.
Ey gözəllər,
şairlərdən qaçmayın,
Qoy birləşək, lap Tanrının yanında.
Şair
ruhdur, gözəl mələk, dərd-qəmi,
Hamı
bilir bir-birindən çəkər kim.
Ey
şairlər, siz cənnətə getməyin,
Cənnətdə də ruha mələkdi hakim.
Rafiq Ələkbər
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, №22.- S.45.