III Uşaq Kitab Festivalı keçirilib

 

6-9 iyun tarixlərindəAzərbaycan Nəşriyyatları Assosiasiyasıİctimai Birliyinin təşkilatçılığı ilə “AHF Arena” idman kompleksindəYaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan III Uşaq Kitab Festivalı keçirilib.

Festivalda on minlərlə kitabın endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları, kukla teatrı, əyləncəli tamaşalar təşkil olunub.

Festivalı digər kitab festivallarından fərqləndirən 3 tematik günün (“Yaşıl dünya”, “Milli geyimlər”, “Mənim nağıl qəhrəmanım”) təşkil edilməsi olub.

Yaşıl dünyagünündə təşkil edilən nağıl saatları, kukla tamaşaları çıxışlar ətraf mühit, ekologiya, təbiət mövzusunda hazırlanıb. Sərgiyə gələn ziyarətçilərə bitki toxumları hədiyyə edilib.

Milli geyimlərgünündə təşkilatçılar, iştirakçılar ziyarətçilər milli paltarlara üstünlük veriblər.

Mənim nağıl qəhrəmanımgünündə isə müxtəlif nağıllar, folklor nümunələrimiz səsləndirilib, kukla tamaşaları, müxtəlif rəqs musiqi nömrələri nümayiş etdirilib.

Qeyd edək ki, 4 gün davam edən festivalda həmçinin oxucular məşhur uşaq yazıçılarından imzalı kitablar əldə edib, onlarla ünsiyyətdə olaraq xatirə şəkli çəkdiriblər.

 

 Ədəbiyyat qəzeti  2024.- 15 iyun, ¹22.- S.33.