Bir xatirə qapısıdı
bu kitab
Heydər Əliyev Xatirə
Kitabının
yaradıcısıdır
Bir xatirə qapısıdı
bu kitab,
Kimlər
döyür bu qapını ümidlə,
Kimlər bilir bu qapının
yerini?!
Kimlər
gəlir, varaqlaya yaddaşın,
Soraqlaya
ümidlə yar-yoldaşın,
İtkin
düşən, əsir
düşən qardaşın...
Kimlər
gəzir övladını,
ərini, -
Ürəyinin qan axıdan yerini...
Bir xatirə qapısıdı
bu kitab,
Nəsillərin əbədiyyət yoludu.
Tarixlərə yol açıbdı
ürəklə,
Uzaq-uzaq şəhərlərə "köç edib".
İçi-çölü qəm-kədərlə doludu.
Qəmi Vətən sədlərinə
yapıbdı.
Savaşlarda həlak olan şəxsləri
Axtarıbdı, arayıbdı, tapıbdı.
Böyük Vətən savaşına
şahiddi,
O, minlərlə döyüşçünün
sarvanı -
Qana batmış səltənətlər
karvanı...
Bir xatirə qapısıdı
bu kitab,
Sinəsində tarixlərə görk
olan
Qırxdördgünlük müharibə əzmi var.
Bu kitabda kimlər
yoxdu, İlahi.
Uşaq
da var, cavan da var, qoca da,
Adi əsgər, gizir, zabit, general...
Yaxasına al-qırmızı rəng
hopub,
Hər vərəqi bir şəhidə abidə,
Hər abidə
bir şəhidin medalı.
Dayanıblar zirvələrdən ucada,
Aytək məğrur, bulud kimi ədalı.
Vətən adlı anamızdı
bu kitab,
Gör, nə vaxtdı ərşə qalxıb yuxusu.
Gələcəyə zillənibdi baxışı...
Bu kitabda ürəklərə
köz basır
Şəkil-şəkil oğulların baxışı.
Hər baxışda bir ananın qoxusu...
Ulu öndər, yaratdığın
bu kitab
Tariximin
məlumatlar yaddaşı...
"Heç kəs unudulmasın,
Heç kəs yaddan çıxmasın".
Nəsillərə zəmanətdi bu kitab.
Dahi Heydər sevdası var köksündə,
Nəsihətdi, nəsihətdi bu
kitab!
Öndərimdən əmanətdi,
əmanətdi bu kitab!!!
Haçansa dünyada
mən olmayanda...
Haçansa dünyada mən
olmayanda
Məndən sonra qalan gerçək olacaq,
Ruhum geyinəcək buluddan köynək
Hamıdan, hamıdan göyçək
olacaq.
Dünyada onlardan sonra qalan mən,
Məndən də sonrası sizlər olacaq.
O vaxtsa övladın dilində "ana",
Nəvənin dilində "nənə"
solacaq.
Keçdiyim küçədən, əkdiyim güldən
Küləklər sovuran ləçək qalacaq.
Məndən sonra sizə - yazdığım şeir,
Bir də xatirələr qonaq qalacaq.
Cisminə torpaq da qarışqa,
böçək,
Ruhuma küləklər yiyə
çıxacaq,
Kiminsə, haçansa yadına
düşsəm,
Məzarım üstünə çiçək
qoyacaq.
Haçansa dünyada mən
olmayanda,
Məndən sonra qalan gerçək
olacaq.
Ruhum geyinəcək buluddan köynək,
Hamıdan, hamıdan göyçək
olacaq.
Azərbaycan
Dünyaya açılan qapımsan
mənim,
Ruhumun gözüsən, sən,
Azərbaycan!
Mayası
səndədir müqəddəsliyin,
İlahi
qüdrətim - can Azərbaycan!
Hünər dünyamıza güzgüdü
torpaq,
Ömür kitabından ötüb
neçə çağ...
Bayrağın şərəflə dalğalanır, bax,
Ey başdan-binadan xan Azərbaycan!
Qəlbimin işığı sənsən,
ey Vətən!
Sarılım boynuna, xoşbəxt olum mən.
Uludan ulusan, müqəddəs Vətən,
Sevim misra-misra,
yan, Azərbaycan.
Taledən keçibdi qərinələrin,
İmzan ər imzası, mənası dərin.
Dünya
yaranandan başdadı
yerin,
Sən şöhrət çələngi,
şan, Azərbaycan!
Yoxdur gözlərində nə
həsəd, nə
kin,
Turan elindənsən,
ucadır eşqin.
Ruhu gülümsəyir ulu Babəkin,
Əzəl Azərbaycan, son Azərbaycan!
Şah babam Xətai adın ilə tən,
Səni ana bildi bu
yurddan ötən.
Hər duyğu - Vətəndi, hər ürək - Vətən,
Vətən də şəhiddi,
an, Azərbaycan!
Qanlı
səngərini balınc
elədim,
İlahi
sevgini bir tunc elədim,
Səninçün qələmi qılınc elədim,
Bir də görməyəsən
qan, Azərbaycan!
Anam yuxuma gəldi
Bu payız gecəsi yuxuma gəldin,
Qəfil gəlişinə qurbanam,
ana.
Köz düşüb üstünə
xatirələrin,
Əllərin uzanıb neçə
gümana...
Bu payız gecəsi yuxuma gəldin,
Payızım bələndi sənin ətrinə.
Yenə
də səpildi layla qoxusu,
Ömür kitabımın hər bir sətrinə.
Sapsarı işığı yağır
yuxuma,
Başına örtdüyün kəlağayının.
Əyninə geydiyin yaşıl
donuna
Kölgəsi düşübdü bu ayrılığın.
Bu payız gecəsi yuxuma gəldin,
Ömrü çiçəkləndi yuxularımın.
Sənsizlik qapısı bağlandı,
sanki,
Bağlandı üzünə qorxularımın.
Sən çıxıb gedəndə
bahar çağıydı,
Könlü nazlanırdı gülün,
çiçəyin.
Mənim
arzularım qan ağlayırdı,
Sənin gedişinlə, ay ağbirçəyim.
Göz yaşım diksinir bəbəklərimdə,
Sükutun dilində danışan anam.
Göydə mələklərlə qoşa dayandın,
Tanrı dərgahına yaraşan anam.
Bu payız gecəsi yuxuma gəldin,
Ana, ətirlidir bu
gecə yuxum.
Bir cənnət quşutək
uçub da getdin,
Əbədi ruhuma hopubdu qoxun.
Payız ömrü
Açıb buludlara ovcunu torpaq
Saralmış bağçamın halını
gör, bax.
Əl edir budaqda bir
sarı yarpaq,
Gəl, payız
ömrümün taleyini
yaz.
Uzaqda qurulan əcəl taxtıdır,
Güllü günlərimin xəzan
vaxtıdır,
Bəxtimin yollarda azan vaxtıdır,
Gəl, payız
ömrümün taleyini
yaz.
Ruhumda hələ də ar qoxusu var,
Könlümdə bir misra yar qoxusu var,
Daha qismətimin qar qoxusu var,
Gəl, payız
ömrümün taleyini
yaz.
Bəmbəyaz nəğmədir ağ çiçəklərim,
Saralıb, payızdı biçənəklərim.
Çəkir sinədolu ah, çiçəklərim,
Gəl, payız
ömrümün taleyini
yaz.
Bir sözün köksünə
qoyub başını,
Kövrək duyğuların sil göz yaşını.
Qoy ayaq altına əlhəd daşını,
Gəl, payız
ömrümün taleyini
yaz.
Rəssam, mənim
şəklimi çək
Rəssam,
mənim şəklimi
çək,
Rəngli
çəkmə, ağ-qara
çək,
Atamı çək, anamı, çək,
Uzaqlardan
sənə baxan uşağı çək,
Gözündəki işığı çək,
qəlbindəki ümidi
çək,
Məni
çəkmə, uşağı
çək,
Yaddaşında qalanları,
Ümidini qıranları,
Həyatın hər üzünü çək.
Orda gördüm bu dünyadan
çəkdiyimi,
Orda görsün yapa-yalnız
təkliyimi.
Unutma, çək yaddan-yadın
doğmalığın,
Damarında qanı axan doğmaların
yadlığını.
O, uşağın bu yaşadək axtardığı
Həqiqəti, ədaləti, tapmadığı,
Bugünədək itirdiyi varlıqları,
Axtardığı yoxluqları.
Sən məni çək, qoy kənara o uşağı,
Çək, rəngləri əlvan
eylə,
Günləri çək, tərəziylə,
Naxış-naxış, ilmə-ilmə
60-ı hör ömrümə...
Qarabağa bahar gəlir,
İlahi!
Sevincə bax, bulaqların
gözündə,
Qəlbi
gülür dərənin
də, düzün də,
Şəhid qanı çiçəkləyir
üzündə,
Qarabağa bahar gəlir, İlahi!
Ötən çağlar indi
üzübəridi,
Gələn günlər ömrün
təzə-təridi,
Otuz illik yurd həsrəti
əridi,
Qarabağa bahar gəlir, İlahi!
Dalğalanır arzuların bayrağı,
Hər təbəssüm bir ümidin yarpağı,
Zəfər ətri bürüyübdür
torpağı,
Qarabağa bahar gəlir, İlahi!
Qulac-qulac
açılıbdır qucaqlar,
Əl eləyir sevinc dolu o çağlar,
Alov-alov
gülümsəyir ocaqlar,
Qarabağa bahar gəlir, İlahi!
Zəmilərdə daraqlanır sünbülün,
Ocağında ruhu gülür
Bülbülün,
Cıdır düzü indi
xarıbülbülün,
Qarabağa bahar gəlir, İlahi!
Ürəklərdə ümid naxış toxuyur,
Əllər zəfər nəğməsini
oxuyur,
İndi vətən Şuşa
ətri qoxuyur,
Qarabağa bahar
gəlir, İlahi!
Gəlsin
bahar, gülsün bahar elimdə,
Xudayarın nəğməsi var
çölümdə,
Nəzakətəm, min alqış var
dilimdə,
Qarabağa bahar gəlir, İlahi!
Nəzakət Məmmədli
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.31.