Heyranlığın bədii ifadəsi
Ulu öndər Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, müasiri olduğu dünyanın ən böyük siyasi liderlərindən, dövlət başçılarından,
görkəmli simalarından
tutmuş xalqımızın
ən sadə insanlarına kimi onun hər kəsə
doğma, əziz olan nəhəng obrazı haqqında öz səmimi ürək sözü
var. Bu münasibət hər
şeydən əvvəl
dahi şəxsiyyətin
vətənimiz, dövlətimiz
və xalqımız qarşısındakı möhtəşəm,
əfsanəvi xidmətinə,
tarix səhnəsindəki
parlaq fəaliyyətinə
olan heyranlığın,
əbədi qədirbilənliyin
ifadəsidir. Heydər Əliyevin
bənzərsiz fəaliyyəti
Azərbaycan həyatının
bütün sahələrini
əhatə edirdi.
O, bütün zamanlar
üçün öz
xalqının sevimlisi
olan şəxsiyyətdir.
Çünki özü də
bu xalqa qəlbən bağlıydı,
vətəniylə nəfəs
alırdı. Dərin fərəh
hissilə bəyan edirdi ki, "Doğma, canım-varlığım
qədər sevdiyim Azərbaycanım mənim
qibləgahımdır". "Mən həmişə
fəxr etmişəm,
bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".
Danılmaz həqiqətdir ki, Ulu öndərin daha çox sayğı göstərdiyi,
qiymətləndirdiyi insanlar
siyasətçilər, dövlət
xadimləri yox, şair və yazıçılar idi. O, söz
adamlarına xüsusi
münasibət bəsləyir,
onları yetərincə
dəyərləndirirdi. Və bu
münasibət qarşılıqlıydı.
Heydər Əliyevin xalqımız,
vətənimiz qarşısındakı
müstəsna xidməti
söz adamlarımızın
ilham mənbəyi, öygü yeri olub həmişə.
Tanınmış şair Güləmail
Muradın ümummilli
liderin unudulmaz fəaliyyətinin tərənnümünə
həsr etdiyi "Sən Azərbaycansan"
poeması da dahi siyasətçinin parlaq xidmətləri, xatirəsi
önünə qoyulan
minnətdarlıq çələngi
kimi araya-ərsəyə
gəlib. Poema qədirbilən
xalqımızın Ulu
öndərin ünvanına
bəslədiyi əbədi
sevgi, sayğı duyğularının poetik
ifadəsi kimi qələmə alınıb.
Təqdim edilən hər
misra, hər beyt onun "dünyaya qalib gəlib, qalib gedən" (Anar) parlaq şəxsiyyətinin
gerçək obrazını
göz önünə
gətirir. Oxuduqca
bir daha fərqində olursan ki:
Onu zaman yetirib, onu tale seçmişdi,
O, hünərlər göstərib,
od-alovdan keçmişdi,
O, bu gündür, sabahdır, o, silinməz keçmişdi.
...Bir insan ki,
zülmətdə doğulan
dan olubdur,
Bir insan ki, yenilməz
bir qəhrəman olubdur,
Bizə
son vəsiyyəti Azərbaycan
olubdur!
...Bir məşəldir, alovu heç zaman sönməyəcək,
Əbədi yüksəlişdi, heç zaman enməyəcək,
Onu heç kəs yenməyib, heç vaxt yenilməyəcək!
Sözügedən poemanın yer aldığı "Sən
Azərbaycansan" kitabına
akademik, millət vəkili Nizami Cəfərov yazdığı
Ön sözdə haqlı olaraq qeyd edir ki,
"Güləmail Murad
"Sən Azərbaycansan"
poemasını ümumilli
liderimiz Heydər Əliyevin yüz illik yubileyinə həsr etməklə müstəqil Azərbaycan
dövlətinin qurucusuna
yalnız özünün
deyil, bütövlükdə,
xalqımızın hörmətini,
ehtiramını olduqca
səmimi sözlər,
ifadələrlə dilə
gətirmişdir. Ümumiyyətlə,
Güləmail xanımın
son illərdə qələmə
aldığı əsərlər
güclü vətəndaşlıq,
vətənpərvərlik hissləri, duyğuları
ilə olduqca zəngindir ki, bu da şairin həmin mövzuya həssaslığı ilə
yanaşı, Azərbaycanın
Prezidenti İlham Əliyevin rəhbərliyi
altında qazanılmış
tarixi zəfərlərin
hər bir Azərbaycan insanında doğurduğu böyük
ruh yüksəkliyindən
irəli gəlir.
Poemada Ulu öndərin mürəkkəb
tarixi proseslərin müxtəlif mərhələlərindən
keçərək mükəmməlləşən,
mənsub olduğu xalqın simvoluna çevrilən möhtəşəm
obrazı yaradılmışdır. Cəsarətlə demək olar ki, şairin belə bir obraz
yaratmasında Tarixlə
Müasirlik eyni dərəcədə iştirak
edir. İlk növbədə ona görə ki, Heydər Əliyev Azərbaycan xalqının
taleyində nə qədər tarixdirsə,
o qədər də müasirdir. Və bu
gün zəfərimizin
hər birində onun Öndərliyi danılmazdır.
Güləmail xanım Heydər
Əliyevin şəxsində
dörümüzün elə
bir dahi liderini tərənnüm edir ki, o, Azərbaycan
xalqını düşdüyü
bəlalardan xilas etməklə öz missiyasını yekunlaşdırmamış,
qüdrətli bir sərkərdə olaraq qeyri-bərabər döyüşlərdə
ona - öz canı, ürəyi qədər sevdiyi Azərbaycana (və Azərbaycan xalqına) elə bir beynəlxalq
nüfuz qazandırmışdır
ki, əsrlər keçdikcə vətənpərvər
(və milli!) ədəbiyyatın əsas
mövzusu olaraq qalacaqdır.
Şairin:
Hamımız bu dünyada yalnız sənə borcluyuq.
Borcumuzu
ödəsək, yenə,
yenə borcluyuq!
Hər nə yazsaq səndəndir, hər nə yazsaq sənədir!
Söz qədimdən qədimdir,
söz yenidən yenidir!
- misraları elə
həm özünün,
həm də təmsil etdiyi Azərbaycan poeziyasının,
ədəbiyyatının mövqeyini
əks etdirmişdir".
Poemada Ulu öndərə olan sonsuz xalq
sevgisi, ötən əsrin 90-cı illərində
Sovetlər Birliyində
xaosla izlənən bədnam siyasətin bu dahi şəxsiyyətə
qarşı apardığı
haqsız hücumların
xronikası, belə bir şəraitdə xalqın öz siyasi lideri ilə
həmrəyliyi, böyük
Zəfərə aparan
yolun poetik tərənnümü dərin
səmimiyyət və
qədirbilənlik hissi
ilə öz əksini tapıb. Əsas olan, haqqın, ədalətin yoluyla yürüyənlərin yenilməzlik
salnaməsinin yeni səhifələri kimi oxunur "Sən Azərbaycansan".
Şeytan
at oynatsa, şər kükrəsə də
Haqqın binasını yıxmaq çətindir.
Kim nə deyir-desin, geci-tezi var,
Dünya əvvəl-axır
ədalətindir.
Müəllif haqlıdır ki,
öz sevimli xalqının haqq-ədalət
uğrunda mübarizəsinə
öndərlik edən
ümummilli liderin qətiyyəti xain, namərd düşmən
üzərində çalınan
böyük zəfərin
təməlini qoydu, qalibiyyət yolunu açdı. Doğma Azərbaycanımızın dünyaya günəş
kimi doğduğu anı gətirdi. Əfsanəni reallığa
çevirdi. Bu qələbə, təbii
ki, ilk olaraq
Ulu öndərin həmişə xalqıyla
olan, ölməz ruhunu sevindirdi. G.Murad bu gerçəkliyi
dərin minnətdarlıq
duyğuları ilə
qələmə alıb.
Oxuyursan və hər misrada, beytdə onun vətəndaş-şair məramının
xoş niyyətilə
üzbəüz qalırsan:
"Bu dastanı yazmağa səbəb məhəbbətimdir..." Hər
misra müəllif fikrinin səmimiyyətinə
şahidlik etməkdədir.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, №22.- S.26.