Sənsən
Görcək ay çöhrəni dilim olur lal,
Bircə söz tapmıram, sanki keyəm, kal.
Çaşsam, baxışından oxunur sual:
"Bunun ağlın alan kimdir,
görəsən?"
Ay gülüm, duymursan məgər bu sənsən?
Təəccüb qalmısan - "nə olub buna?"
Girir dəqiqədə min bir cür dona,
Düşüb elə bil ki,
nəsə oyuna.
Kimdir əhdini
bu yazığın kəsən?
Ay gülüm, duymursan məgər bu sənsən?
Düşüncən:"Bəlkə
də təmənnası
var",
Şəksiz, susmasının bir
əsası var,
Məncə, bax, bu işin
var əmması, var.
Bir çarə çözərdim,
dinib söz desən,
Ay gülüm, duymursan məgər bu sənsən?
Artır,
hər an artır həyəcanım çox,
Dönürəm heykələ, ruhum,
canım yox,
Bu sorğun köksümə,
süngü olur, ox,
De, mənə, söylə,
de, kimi sevirsən?
Ay gülüm, duymursan məgər bu sənsən?
Sustalır əl-qolum, düşür
yanıma,
Sanki zülmət çökür
nurlu danıma.
Səssiz
fəryadıma, and-amanıma
Baxmırsan,"kimdir kim?" deyib gülürsən,
Ay gülüm, duymursan məgər bu sənsən?
Gəl, gedək
İstəyirsən, qalxaq birgə Ələzə,
Zirvələrdən itsin "ağlar", gəl, gedək.
Bu səyahət edə nəşə bəxş
bizə,
Yaşıllaşsın düzlər, dağlar, gəl, gedək.
Ruhumuzu ilıq bahar nəfəsi
Qoy coşdursun
zövq duymağa həvəsi.
Açsın qış da buz
sazaqdan "qəfəsi",
Bülbüllərlə dolsun bağlar, gəl, gedək.
Yamaclardan
bol su içsin
dərələr,
Açılacaq çır-çırpıdan bərələr.
Yataqları bir hay-haray görələr,
Coşar-daşar, çaylar, çağlar,
gəl, gedək.
Ətir
yaysın kol, ağacın çiçəyi,
Nişan versin tər yarpağın ləçəyi.
Daraqlansın hər bir ləkin birçəyi,
Sıralaya, düzə tağlar, gəl, gedək.
Gözəl olur bax, bu halı, haləti,
Çəkir hər yan "mənə bax"la diqqəti.
Tutur gerçək, xəyalların
ülfəti,
Bol sevincdən
gözlər ağlar,
gəl, gedək.
Olma laqeyd
Yetim-yesir,
fağırı var,
Vəziyyəti ağırı var,
Dərddən alışan bağrı
var,
Dön qəlb duymaq sərrafına,
Olma laqeyd ətrafına.
Böhtan
deyən, şər yaxanın,
Ona-buna kəc baxanın,
Sutək
hər yana
axanın
Uyma boş hədyan, lafına,
Olma laqeyd ətrafına.
Küsmə kimsə deyibsə
nə,
Etmə
də heç təhriz-tənə,
Bu yaraşmaz, vallah,
sənə.
Çəkilməklə qılafına,
Olma laqeyd ətrafına.
Ağrılardan inləyir kim
Ol tez ona dayaq,
"həkim",
Əs üstündə əsim-əsim,
Diqqət
kəsil "uf-af"ına,
Olma laqeyd ətrafına.
Harda, kimdə bir kəsir-kəm
Görsən, ora diqqəti cəm
Eylə, dosta dön, ol həmdəm.
Dön insanların safına,
Olma laqeyd ətrafına.
Bu payız
Bu payız ömrümdə
əsl payızdır,
Yağışı, çiskini, xəzanı gen, bol.
Hopub varlığıma, deməyim
azdır,
Qışıma aparır tutub, alıb yol.
Qınına çəkilib xəyallarım
da,
Onlar da elə
bil unudub məni.
Şaxtalı, sazaqlı uyğularımda
Boz, çılpaq
görürəm çölü,
çəməni.
Göylərlə söhbətim tutur
indi tək,
Soruram özümdən
alıb cavabı.
Sinəmdə narahat çırpınır
ürək,
Deyir:
"mən də varam", verir əzabı.
Narazı
deyiləm yox, yox, kimsədən,
Hərə öz başının hayında indi.
Mümkün kimsə dərdli,
mümkün kimsə
şən,
Kiməsə məndən də betər, çətindir.
Ötər bu payız da, ötər bu qış da,
Bahar nəfəsiylə
qızınar canım.
Bu hal, əhvalımla şəksiz
barışda
Bitər qəlb sıxıntım,
qəlb həyəcanım.
Qulluqdayam
Gen durmuşam xırdaçılıq,
cılızlıqdan,
Azdırmayıb düşüncəmi yox, zənn, güman,
Ayırmışam nələr doğru,
nələr yalan,
Həqiqətim bax, beləcə
çıxıb üzə,
Lap əzəldən qulluqdayam
"böyük sözə".
Fırlansa da riyakarlar sağ-solumda,
Hey dönsə də maneəyə düz yolumda,
Öysələr də uğurumdan
gen-bolumda,
Cüzi
səhvim ürəyimdə
dönüb közə,
Lap əzəldən qulluqdayam
"böyük sözə".
Artıb
səyim öyrənməyə
kimdən nəsə,
Öz fikrimi söyləməyə
qısa, kəsə,
Müdriklərdən deyimlərlə durdum bəhsə.
"Hikmət adlı dəryalarda gəmim üzə",
Lap əzəldən qulluqdayam
"böyük sözə".
Az görmədim təhqirləri nadanlardan,
Çalışdılar düzlüyümə
olam peşman,
Yox, etmədim
belədə də heç and-aman.
İgid
gərək nahaqlara dura, dözə,
Lap əzəldən qulluqdayam
"böyük sözə".
Qulluqdayam,
bacarıram hər nə qədər,
Qulluqdayam,
ötməməyə ömrüm
hədər,
Bu yaşamda sevincimdən,
həm də kədər.
Göz yaşlarım qəlbə
axır, dolmur gözə,
Lap əzəldən qulluqdayam
"böyük sözə".
Ara öz tayını
Düşünmə, minnətçi
düşərəm sənə,
"Yalvarram, getmə,
yox, necə dözəcəm?"
Yanında hər anım qızıla dönə,
Şəksiz, gen duracam, uzaq gəzəcəm.
Barəmdə hardasa kimsə dedi nə,
İnandın yalana, boş hədyanına.
Bəlkə, arayırdın nəsə
bəhanə,
"Yaxın, doğmalığa
körpülər yana".
Bircə
laqeydliyin yetər oldu, bəs,
Deyəm, yadlardan da yad oldun mənə.
Ollam əvvəlkitək? - ümidini kəs,
Üzrünlə, gəlməsin ağlın, dərkinə.
Dayana bilmədin o ucalıqda,
Düşdün nəzərimdə, oldun çox ucuz.
Dediyim fikirlər barəndə, haqda,
Səhv imiş, yanlışım
böyük, uğursuz.
Yaxşısı budur ki, görüşməyək heç,
Lazımsız şərhlərin, izahların
da.
Ara, özünə bab
bir tayını seç,
Bənzərin xislətin, istək, məramda.
Düşünmə minnətçi düşərəm
sənə,
"Yalvarram getmə, yox, necə dözəcəm?"
Yanında hər
anım qızıla dönə,
Şəksiz, gen duracam, uzaq gəzəcəm.
Gözləmə
Hardan bilər
kimliyini o fağır?!
Ondan ötrü
bu müəmma çox ağır.
Məgər göydən ağıl
yağır, dərk yağır
Ki, anlaya ruhundakı
nələri?!
Gözləmə, yox, dəyərsizdən dəyəri.
Vurğunluğu özünədir təkcə
tək,
Yox ki onda həssas, duyan qəlb, ürək.
Görkəminə vurur hər gün bər-bəzək,
Dilindədir bədliyinin zəhəri,
Gözləmə, yox, dəyərsizdən dəyəri.
Adi işdə nadanlıqdan qalır çaş,
Düyünləyir alnı onda çatır qaş,
Neyləsin ki, işləmir də axı baş?!
Anlamır ki, nədir xeyri, zərəri,
Gözləmə, yox, dəyərsizdən dəyəri.
Etsə
də nə, şəksiz olar kəsir, kəm,
Məqamında olmaz yəqin ötər dəm.
Alar-verər, verər-alar, yekun cəm,
Sıfırlanar, olar söz-sov ötəri,
Gözləmə, yox, dəyərsizdən dəyəri.
Gözləmə, yox, düşmürsən
də yadına,
Görməz rəva nəsə
yaxşı adına.
Verər
səni vecsizlərin badına
Yaratmaqla
boğazında qəhəri,
Gözləmə, yox, dəyərsizdən dəyəri.
Nəcməddin
Mürvətov
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.27.