Oğuz rayonunda "Mən
böyüyürəm, insanlar" kitabının - təqdimatı keçrilib
8 iyun
2024-cü il tarixində Oğuz rayon Mədəniyyət mərkəzində
rayonun Calut kənd tam orta məktəbinin ibtidai sinif müəllimi
Günel İbrahimova və şagirdlərinin müəllifi
olduğu "Mən böyüyürəm, insanlar!"
adlı kitabın təqdimatı keçirilib. Kitab 23 aprel
Beynəlxalq kitab və müəlliflik hüquqları
günü münasibətilə ərsəyə gətirilib. Şagirdlərinə
şahidi olduğu hadisələri yazmağı
tapşıran Günel İbrahimova həmin yazıları
hekayə şəklinə salaraq 18 şagirdinin dilindən 18
hekayə şəklində kitab kimi çap etdirib. Kitabda dostluq, mərhəmət, doğruluq, vətən
sevgisi, düzlük kimi duyğuların təbliği, yalan,
oğurluq kimi yanlışlardan qaçınmağın
lazımlığı xüsusi məharət və incəliklə
öz əksini tapıb.
Təqdimatın
açılışına dövlət himni ilə
başlanılıb. Daha sonra
çıxış üçün söz balaca müəlliflər
olan üçüncülərə verilib. Şagirdlər əvvəlcə "Fidan ağacı" adlı
kompozisiya ilə tamaşaçıların
qarşısına çıxıblar, daha sonra "Ağ
çiçəyim" mahnısının sədası
altında rəqs ediblər.
Tədbirdə
çıxış edən filologiya elmləri doktoru, AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
"Uşaq ədəbiyyatı" şöbəsinin
müdiri Elnarə Akimova bildirib ki, bu kitabın təqdimatı
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən
iki il öncə üçün düşünülsə
də, müəyyən səbəblərdən
təxirə salınmışdı. Günel İbrahimova və
onun 18 istedadlı şagirdinin ərsəyə gətirdikləri
hekayətlərdən bəhs edən Elnarə Akimova qeyd etib
ki, bu hekayətlər 44 günlük Zəfər tariximizdən
sonra yazıldı. Qəhrəman əsgərlərimiz
müharibədə ən böyük hekayətləri
yazmışdılar. Ona görə yazmışdılar ki,
bizim balacalarımız öz kiçik mətnlərini azad,
asudə, fərəhli bir ölkənin vətəndaşları
kimi qələmə ala bilsinlər.
Daha sonra tədbirdə uşaq
yazıçısı Sevinc Nuruqızı, MDU Psixologiya və
pedaqoqika kafedrasının baş müəllimi və psixoloqu
İlhamə İsmayılova, ADPU-nun Doktorantura və
magistratura şöbəsinin baş mütəxəssisi və
peşəkar təlimçi Dilguşə Süleymanova,
ADPU-nun kimya və biologiya fakültəsinin "Ümumi kimya
və KTT" kafedrasının baş
müəllimi Rumiyyə İnşad Camal, Azərbaycan
Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
"Qızıl qələm" mükafatı laureatı
Nazim Hüseynli, Oğuz rayon Təhsil sektorunun metodisti Həqiqət
Rəsulova, Oğuzlu şair, yazar, tədqiqatçı Yusif
Rzayev çıxış edərək "Mən
böyüyürəm, İnsanlar" kitabının məziyyətlərindən
danışıblar. "Uşaq ədəbiyyatı"
şöbəsinin əməkdaşları Gülnar Qəmbərli
və İlhamə Ağazadə kitabdakı mətnlərin
mövzu özəlliklərinə toxunublar. Filologiya
üzrə fəlsəfə doktoru Aygün Bağırlı
da çıxış edərək balacalara uğurlar
arzulayıb, belə addımların böyük əhəmiyyət
daşıdığını bildirib və şagirdlərinə
örnək olmağı bacaran Günel İbrahimovaya təşəkkürünü
çatdırıb.
Daha sonra Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu tərəfindən məktəb rəhbərliyinə,
eləcə də şagirdlərə müxtəlif hədiyyələr
təqdim olunub.
Tədbirdə həmçinin Azərbaycan
Yazıçılar Birliyinin Oğuz bölməsinin sədri
Vüsal Oğuz, Oğuz rayon Mərkəzləşmiş
kitabxanasının, YAP idarəsinin işçiləri, müəllimlər, valideynlər,
şagirdlər də iştirak edib.
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.21.