Ruhun səsini dinləyərkən
yaşadıqlarım…
Adətən oxuduğum hər
hansı bir kitabı və yaxud sözü, cümləni
öncə necə deyərlər elə belə - yəni
kitab kimi, söz kimi, cümlə kimi görürəm.Və
bu məqamda
özümü sıradan bir
iş görmüş adam kimi hiss edirəm. Ancaq
üstündən müəyyən zaman, hətta bəzən beş-on dəqiqə
keçəndən sonra da məni özünə çəkən
kitab, söz, cümlə olur. Və bu gün də var. Məsələn,
Nüsrət Kəsəmənlininin, Əli Kərimin,
Rüstəm Behrudinin, Xalq şairləri Bəxtiyar Vahabzadənin
,Sabir Rüstəmxanlının , Zəlimxan Yaqubun Məmməd
Arazın , Şahmar Əkbərzadənin və digər
yazarlarımızın hansısa
bir şeiri yəqin ki, çoxlarının diqqətini
çəkib. Bax bu mənada son günlər yazı
masamın üstündə yer tutmuş gözünü
gözümdən çəkməyən bir kitabla təmasdayam.
Demək olar ki, onun vərəqlərini çevirməkdən
kitab da deyəsən mənimlə isinişib…
Elə ona yaxınlaşan kimi dərhal
açıram, tam səmimiyyətlə deyim ki, bu kitabdakı şeirlərin əksəriyyəti mənə ruhumun səsi qədər
yaxındır. Çünki onların özündə ehtifa
etdiyi fikirlər,həm də hisslərdir- yaşanmış
hisslər! Bir oxucu olaraq şeiri oxuyanda elə bilirəm
ki, səs eşidirəm- hisslərini səsini
! O səs şeiri gözümün önündə
canlandırır. Şeir dipdiri olur.Baxır gözlərimin
içinə.Və mən ona sarılmaqdan özümü
saxlayan bilmirəm.Bu, diri sözün qüdrətidir. Ona nfəs
verən söz adamı üzünü Tanrıya tutub deyir:
sevinə- sevinə
qəriblikdən
ağappaq buluddan
tikilən evimə,
sənə dönürəm,
evdəsənmi, İlahi?
Bu bəndi oxuyanda yəqin siz də göz
önünə ağ buludu gətirdiniz, onun evə bənzərliyini
gördünüz. O “ev”in qapısını açıb siz
də içəri keçdiniz. Və içinizdə olan
Allah o evdə “bəndəm, xoş gəldin” dedi sizə. Bu
“xoş gəldin” artıq Allaha
qovuşmaqdır.Allahın dərgahında olmaqdır.
Yaxu da:
Bu nə eşq, nə sevda imiş
Yol nə yerdə, nə göydəymiş.
Dərdin
özü dərman imiş,
Rəbbin yolun bulanlara.
Gələn
gedəndən çox imiş,
Bilgi biləndən
çox imiş,
İnsan
Tanrının sirriymiş
Sirrə
sirdaş olanlara…
Kim deyir
gedənlər dönmür,
Dualardan
yol görünür,
Ölüm
toy- vüsal günüdür,
Yurda
qurban olanlara…
Mən bu şeiri ilk dəfə oxuyanda əlimi ürəyimin
üstə qoyub and içə bilərəm ki, biraz
xoflandım.
Çünki ölümün toy- bayram olduğunu, vüsal
olduğunu, bu qədər zərif -incə, az
qala pıçıltı ilə ifadə etmək, o
böyük çoşğunu adamın ruhuna hopdurmaq
tapıntıdır, kəşfdir, ya da möcüzədir. Mən
bunun adın hələ də bilmirəm.Təkcə bildiyim
odur ki, müəllif yurduna, vətəninə
qurban gedənləri, yəni şəhidlərimizi vüsala
çatanların zirvəsinə qaldırır.Onların
şəhidliyini Tanrıya qovuşmaq mərtəbəsində
görür.Təbii ki, Tanrıya qovuşmaq da toy-
bayramdır, vüsaldır!
Bu fikir ən müqəddəs kitabımızda da
öz təsdiqini tapıb.Şəhadətə yüksəlmək
hər adama nəsib olmur axı.
Mən bu
kitabın başqa
bir səhifəsndə yenə heyrət doğuran
fikirlə qarşılaşıram. Əslində
bunu hamımız bilirik qığılcım da işıq
yarada bilir.Yəni qaranlıqda işarır, özünü
göstərir.yəni diqqəti çəkir.Deməli o
qığılcım qaranlığa meydan oxumaq gücündədir.Bu
mənada kiçik bir əl fanarının
qaranlığı yarması şairin oxucuya təqdimatında
həmin gücün əks edilməsidir. Əl
havasında dolaşdığın qaranlığın
içərisində hayına çatan o kiçik fanar sənə
yol göstərir- işıq yolu! Sən də o işıq
yolu ilə işığın ardınca gedirsən. Elə
şair də bunu poetik şəkildə bizə
çatdırır:
Kiçik
əl fənəri
bapbalaca
boyuyla
könüllərdən,
düşüncələrdən
zülmət xofunu qovmuşdu…
Deməli buradan bir məna da ortaya
çıxır: - Qaranlığa qalib gəlmək
üçün kiçik olmaq, zəif olmaq qorxulu
deyil.Əsas var olmaq- qaranlığı yaramaq,
işıqlandırmaq istəyində olmaqdır.Mən bu
şeirin aurasında həmin OLMAĞI gördüm.Anladım
ki, insan öz yerində, öz anında olanda onda
qaranlıqlar qorxulu olmur.Təbii ki, müəllifin mənə
xatırlatması daxilimdəki müəyyən ümidsizliyə
bir tərs şillə oldu.Özüm özlüyümdə
inandım ki, ümid sonuncu ölür deyənlər,
yanılmayıblar.Həqiqətən, mənə görə
, həyat ümid öləndə bitir.Ona görə də
kitabdakı ümidlər şeirini təkrar – təkrar oxudum.
Onun bir bəndini dəsizə çatdırıram:
Qıymayın
əzilsin bir könül,
sınsın bir ürək.
Qaldırın
bu daşı,
səpələnsin
ətrafa
sevgilərim,
ümidlərim
çiçək- çiçək…
Burada
söhbət həyatımıza, ömrümüzə, hətta
ürəyimizə yükələnən daşdan gedir.Yolumuza yumalanan,
əlimizi altında saxlayan daşdan gedir. O daşı
qaldıranda ümidə nəfəs verilir, bax o ümid də
çiçək- çiçək açır. Həm
bizim üçn, həm də çevrəmiz
üçün.Sadəcə onu istəmək, o işi görmək
bizə qalır. O istəyi gördüyümüz anda da
yaşamın mənası da dəyişir bizim
üçün. Yalanın,
sayğısızlığın, etinasızlığın,
hətta tapdalanan haqqımızın bizə nələr
yaşatdığını, bizə nələr toxduğunu
anlamağa başlayırıq. Dərk edirik ki , yalandan Allaha and içməklə çox
da uzağa getmək olmur. Atacağımız
adddım büdrəməklə başa çatacaq.Ona
görə də şairə qulaq asmaq, onun şeirindəki
fikir yükünü anlamaq yerinə düşər.
Allah
özü şahiddir gizlilərə,
könüllərdən keçənlərə.
Görmürsənmi, gülüm,
Allah yalanlardan,
olanlardan bezib
çoxdan çıxıb gedib,
insanlar
olmayan yerə…
Sonuncu
fikir, mirsa yəqin sizi də düşündürür.Yəqin
sizing də ağlınızdan gəlib- keçdi ki, insanlar,
yəni biz olmayan yerlər Allahı
darıxdırmayacaqmı?Şəxsən mən bu sualın
ardına düşüb, bir neçə gün yol getdim.Və
gəldiyim nəticə də bu oldu ki, dünyada insanlar
olmayan yer var, amma Allah olmayan yer yoxdur.Deməli şair bizi
öz fəlsəfi düşüncəsiylə yenidən
Allah olan yerə qaytardı.Dedi ki, ay insanlar, siz olmayan yerlətdə
də Allah var. Onu unutmayın.Allahını unutmayanlar, sonda
qalib olurlar.Çünki onların dəstəyi
Allahdandır.! Bunu bildiyimiz üçün biz
öz Allahımıza hər zaman sevgilərlə,
sayğılarla, ümidlə əl açırıq.Və
bir bəndə olaraq içimizdən keçənləri də
Allahla bölüşürük. Odur ki, şair də
bir bəndə olaraq, içindəki sızıltını,
acını da Allahla bölüşür və yazır:
Bir söz sorsam, bilərsənmi?
Yer üzü göyün əksimi?
Sağ- salamat yerləşdinmi?
Yerdən
göyə köçən adam?
Insan sevdiyini, doğmasını, əzizini itirəndə
haldan- hala düşür.Zaman- zaman barışmır bu
itgiylə.Çoxdakı torpağın üzü soyuqdur. Alır bizdən
aldığını, sinəmizə dağ çəkir. Ancaq
göy üzü bizə təsəlli verir ,
inandırır ki, itirdiyimiz Tanrı dərgahındadır.
Ən müqəddəs yerdədir.Bax o ən müqəddəs
yerdə olan üçün də biz bir təlaş
yaşayırıq.Bir narahatlıq keçir içimizdən.Düşünürük
ki, görəsən necə yerləşdi, rahatlana bildimi?Sonra da yenə yerinin Tanrı dərgahı
olduğunu qəbul edib, buna
inanıb, sükürlər edirik.Bax elə bu təsəllimiz
də bir qurtum su kimi, bir udum havam kiimi bizi rahat edir.
Baxmayaraq
ki, ayrılıq elə ayrılıqdır və bunun başqa adı
yoxdur. Bunu şair də etiraf edir:
Bu cənnət,
bu da cəhənnəm
O əzrayıl,
bu da ki mən.
Qələmimnən,
qələmiynən
Yazılıram yarpaq- yarpaq.
Yol hanı çıxıb getməyə?
Qaçıb
ölümü ötməyə,
Külümdə
od böyütməyə
Bağlanıram ayrpaq- yarpaq.
Can dediyin
qorxum imiş.
Uçub
gedən ruhum imiş,
Ölüm
solğun yuxum imiş
Oyanıram yarpaq- yarpaq.
Bir hissəsini
təqdim etdiyim şeirdə öncədən vurğuladığım
hislərin
toplumunu gördüm. Elə bil ki, bir dəstə bənövşə
idi, bir qom nərgiz idi. ətri də, rəngləri
də bir- birini elə tamamlayırdı ki, o cənnətdən
ayrılamq istəmidim. Bütün bunlar da
sözlə çəkilmiş rəsm əsəri idi mənim
üçün. O rəsmi açmışdım vərəq-
vərəq
gözümün qarşısında.
Baxırdım, duyurdum, hiss edirdim və özüm hopurdum həmin
hisslərə. Necə ki həmin hislər mənə
hopmuşdu.Bu sözün bütün mənalarda
özü demək idi.Yəni SÖZ nəyə qadir
olduğunu sərgiləmişdi mənim üçün.
Şair də öz sözünün ağası
idi bu yerdə. Yazır ki:
Qoymaz bir
kimsədən minnət götürəm,
Ölüm xəbərimi söz yetirəcək.
Oğuldan,
uşaqdan, dostlardan qabaq,
Mənim cənazəmə sözüm girəcək.
Və həmin şeirin sonunda şair sanki
oxucuyabir nişanə göstərir:
Qalaca
ruhumun yükü sözümdə,
O məndən
doymadı, doymadım ondan.
Mən
“Ol”la gəlmişdim, “Öl”lə gedirəm,
Yaşamaq ümidim başlayır sondan.
Mən bu
kitab barəsində ilkin yaşıntılarımı, ilkini
duyğularımı ona görə “Sözüm” şeiri ilə bitirirəm ki,
müəllif burda həm göstərir, həm də
çox böyük inamla öz iddiasını ortaya qoyur.Bəyan
edir ki, sözüm uzunömürlüdür,
ölümsüzdur və yaşayacaqdır.
Məndə bir oxucu olaraq bu gerçəyə
inanıram.Ən azından ona görə ki, “Deyilən
söz yadigardır”.Yadigarlar isə ölməzdir.
P.S. Barəsində
söhbət açdığım kitabın adı
“Ömrün yaddaşı”-dır !
“Ömrün yaddaşı”-nın müəllifi
isə Sona Vəliyevadır!
Əbülfət Mədətoğlu
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.18.