Ellərin qəlbində
yuva quranda
Yadımdan
çıxarmı yaşlı güneylər,
Ayağım yer tutmuş o dağlar üstə.
Bir
gözəl ovcunda su vermiş mənə,
Alışıb yanmışam bulaqlar üstə.
Sənət
beşiyində açıb gözümü,
Bəxtiyar sanmışam mən də özümü.
Yaza bilməyəndə
ürək sözümü
Tökülüb göz yaşım varaqlar üstə.
İstərəm
sel kimi kükrəyib-coşam,
Vətən gülzarına nəğmələr
qoşam.
Pərvaza
yetişən bala bir quşam,
Yuvamdan uçmuşam budaqlar üstə.
Şeriyyət
yolçusu bir həvəskaram,
Hər sözün üstündə qan verir yaram.
Pərvanə
oldum ki, işıq axtaram,
Yandı qanadlarım çıraqlar üstə.
Könlümün
sazına mizrab vuranda,
Min dastan
deməyə hazır duranda,
Ellərin
qəlbində yuva quranda,
Qonar misralarım dodaqlar üstə.
1955
Bilməsin
I
Gözlərin
sirrini gözaltı desin,
Qulaq eşitməsin, dodaq bilməsin.
Eşqin
atəşini qəlbində gizlət,
Ocaq xəbər tutub, çıraq bilməsin.
Qurbanın
olaram hamıdan əvvəl,
Şeir qədri bilən mehriban gözəl.
Elə məstanə
gəl, elə nazlı gəl,
Hara getdiyini ayaq bilməsin.
Xəbərçi
sözüylə bağrım teyləmə,
Mənə yer üzünü qürbət eyləmə.
Yazdığım
nəğməni suya söyləmə,
Gələni çox olur, bulaq bilməsin.
Yerdən
ot göyərib daşı dələndə,
Lalələr
közərib, güllər güləndə,
Bülbül
bağçanıza qonaq gələndə
Kövrəlib ah çəkmə, qonaq bilməsin.
Gün
keçər, ömrümüz səraba dönər,
Eşqimiz bir yetim rübaba dönər.
Sirrimiz
açılar, kitaba dönər,
Yazma kağıza da, varaq bilməsin.
II
Ürəyin
sirrini gözlərin desin,
Kirpik də bilməsin, qaş da bilməsin.
Üstünə
tökülsə ayrılıq qəmi,
Gözündən tökülən yaş da bilməsin.
Kim
saldı çöllərə sevda şahını -
Məcnunu - Leylinin qibləgahını?
Daş-divar
tanıyar eşqin ahını,
Ah çəkmə,
divar da, daş da bilməsin.
İllərim
sovruldu qara yellərə,
Yas tutub ağlaram ötən illərə.
Adımız
tez düşər yaman dillərə,
Dodaq da bilməsin, diş də bilməsin.
İlahi
nuru var incə gözəldə,
Gərək müşkül işi tanrı düzəldə.
Bağrında
saralan ot da, xəzəl də,
Göydə karvan çəkən quş da bilməsin.
Odusan sinəsi
dağlı şairin,
Gözləri eşqinlə bağlı şairin.
Gözəl
qurbanıdır ağıl şairin,
Aqillər ağlımı başda bilməsin.
Yer-yer
ağarsa da saçlarımda qar,
Qaragün
olmasın bu ağ günahkar.
Hər
yaşda eşqimdir ömrümə bahar,
Gözəllər sevgini yaşda bilməsin.
1993
Qoy dolanım bu dağların
başına
Qoy
dolanım bu dağların başına,
Quzey mənim, bulaq mənim, çay mənim.
Doğru
sözün, düz ilqarın şahidi,
Bulud mənim, ulduz mənim, ay mənim.
Gül fəslində
eşqə düşdüm çağladım,
Yandı bağrım yayda könül bağladım.
Payız
gəldi ayrı düşdüm çağladım,
Xəzan mənim, bahar mənim, yay mənim.
Peyman
tutub doğru yola getməsəm,
Yay
bağında bülbül olub ötməsəm,
Həsrətini
çəkdiyimə yetməsəm
Kədər mənim, qüssə mənim, vay mənim.
Gülüşü
var çiçəklərin üzündə,
Yerişi var maralların izində.
Sinəsində,
dodağında, gözündə
Bəxşiş
mənim, sovqat mənim, pay mənim.
Sevgilimin
tellərini sayalar,
Əllərinə qızıl həna qoyalar.
Aşıq
çala, səsə düşə qayalar,
Sevgi mənim, vüsal mənim, toy mənim.
1958
Üzünü görsəm
Deyirlər
sözlərim düşmür dilindən,
Min nəğmə yazaram üzünü görsəm.
Surətin
qəlbimdə Leyliyə bənzər,
Bəlkə Məcnun ollam özünü görsəm.
Bir sona
qaldımı eşqin gölündə,
Yanaram sazımın sarı telində.
Laçın
bulaqları düşmən əlində,
Bir çeşmə taparam gözünü görsəm.
Dünya
dərd evidir, hər arzuna çat,
Qovla qara günü, dalınca daş at.
Mənə
bir gənclik də verərdi həyat,
Gözündə gizli bir sözünü görsəm.
Taleyim
dönükdür, üzümə gülməz,
Sənəmlər gözümün yaşını
silməz.
Hər
gözəl könlümə iz sala bilməz,
Nə dərdim, könlümdə izini görsəm.
Hayıf,
tez ağardı saçım qar kimi,
Mən xəzan kimiyəm, sən bahar kimi.
Köçərdim
dünyadan bəxtiyar kimi,
Bir gün başım altda dizini görsəm.
1993
Çilə sən
Deyən
varmı yazdığı bir yad eylə,
Gör neynədin, eyləməzdi yad eylə.
Ya sevginən,
ya küsəndir, yad eylə,
Nolar bir gün oduna su çiləsən?
Mən
Yusifi kor quyudan çəkənəm,
Qıyarammı qönçə könlün çəkə
nəm.
Səndən
ötrü müsibətlər çəkənəm,
Çəkməyəsən nalə, fəryad, çilə
sən.
Könlüm
quşu bağçanızda gecələr,
Ağ buludlar incisini gec ələr.
Ey gözəl
ay, biz görüşən gecələr
Ulduzlar bulaqlara çilə sən.
Körpələnmişəm
Bu
payız gecəsi xəzəllər kimi
Getdiyin yollara səpələnmişəm.
Dönmüşəm
doluxan boz buludlara,
Dağların başında təpələnmişəm.
Tayından
ayrılan yalqız əliyəm,
Mələyə-mələyə sənsiz ləliyəm.
Köksümdə
az üzün, bir dağ gölüyəm,
Çalınıb-çalxanıb, ləpələnmişəm.
Bir
quşam, yuvası tar-mar kimi,
Xəyalım inlədi bir ruzgar kimi.
Oyanıb
döş gəzən cocuqlar kimi,
Bu gecə ağlayıb, körpələnmişəm.
1992
***
Cam dolu
şərbətdir ömür,
Yar qaldı cam əlimdə.
Baxtımı
gəzdim, tapmadım,
Geri döndüm şam əlimdə.
Niyə gəldik,
niyə gedək,
Arzumuz çox, mənzil gödək.
Köç
fərmanı yazdı fələk,
Budur, sərəncam əlimdə.
Bu fələk
kimin babıdır,
Gah tutqun, gah da abırdır.
Dünyam
şeir kitabıdır,
Ölürəm dünyam əlimdə.
1992
Nələr keçər dünyadan
Ümman
üstən bir körpüdür bu dünya,
Aman Allah, nələr keçər dünyadan?!
İblis
gələr, baxar çaşqın bəşərə,
Qəhqəh çəkər, gülər, keçər
dünyadan.
Ümidizdir
bu körpünün özülü,
Yollarına qəm karvanı düzülü.
Məzarından
qalxsa dərdli Füzuli
Göz yaşını silər, keçər
dünyadan.
Şad
olaram əcəl məni uyutsa,
Yanğınımı torpaq altda soyutsa.
Yer
üzünə min kərə də qayıtsa,
Mənim ruhum mələr keçər dünyadan.
1991
***
Mən
önədə qəbrim üstə
əzizlərim az ağlasın.
Kəndimizin
hər çeşməsi
olsun bir
Araz, ağlasın.
Ala
gözlü, qara qaşlı
bir
gözəlin qucağında
Xan Kərəmin
yadigarı
yanar
telli saz ağlasın.
1980
Atamın xatirəsi
Gözümdə
od olur yaş gilə-gilə,
Damıb göl olaydı kaş gilə-gilə.
Necə
qucaqlayım soyuq məzarı,
Qorxuram əriyə daş gilə-gilə.
1963
Hüseyn Kürdoğlu
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, №22.- S.15.