Qırğızıstanda
yazıçı-dramaturq, Əməkdar incəsənət
xadimi Elçin Hüseynbəylinin "Alına yazılanlar,
kağıza yazılanlar" adlı hekayələr
kitabının təqdimatı olub.
Kitabın
qırğız dilinə tərcüməçisi, tərtibçisi
və naşiri “Yanqi Ovoz” Mərkəzi Asiya
Yazıçılar və Tarixçilər Birliyinin sədri,
tanınmış qırğız yazıçısı
Joldaşbek Monoldarovdur.
Təqdimat
İssıkkulda (Çolpan Ata şəhəri) keçirilən
Doqquzuncu Çukurova Uluslararası Türk Dünyası
Ədəbiyyatı və Musiqisi festivalı, eyni zamanda, Qara
Qırğız Muxtar Vilayətinin yaradılmasının 100
iliyi çərçivəsində baş tutub. Tədbirdə
türk respublikalarından olan yazıçılar, şairlər,
musiqiçilər, eləcə də yerli ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Elçin
Hüseynbəyli
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, №22.- S.5.