Şair Çərkəz Məcid
haqqında yazılmış kitabın təqdimatı
keçirildi
Azərbaycanın azadlığı və
istiqlaliyyəti uğrunda mübarizə aparmış mərhum
şairimiz Çərkəz Məcidin həyat və
yaradıcılığından bəhs edən "İkinci
ömür" adlı kitabının təqdimatı
keçirilib.
Tədbirə tanınmış şair Yusif Nəğməkar
aparıcılıq edib.
Çərkəz Məcidin ruhu bir dəqiqəlik
sükutla yad edildikdən sonra çıxış
üçün ilk söz Çərkəz Məcidin
oğlu Əli Çərkəzoğluna verilib. Geniş
çıxış edən Əli Çərkəzoğlu
tədbir iştirakçılarına və kitabın müəllifi
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin
üzvü, şair Elşad Barata təşəkkürünu
bildirib.
Azərbaycan Yazıçılar
Birliyinin Natavan klubunda baş tutan tədbirdə Azərbaycan
Yazıçılar Birliyi sədrinin müşaviri, şair
Sayman Aruz, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat
Xidmətinin rəhbəri, şair Xəyal Rza,
yazıçı-publisist Bahəddin Həzi, "Ulduz"
jurnalının baş redaktoru, şair Qulu Ağsəs,
"Mirvari Dilbazi porziya məclisi" İctimai Birliyinin
sədri, yazıçı Güllü Tomarlı, biologiya
üzrə fəlsəfə doktoru, yazıçı
Sadıq Qarayev və başqa bir çox ədəbiyyat, mədəniyyət,
media nümayəndələri çıxış ediblər.
Qiraətçilər tərəfində Çərkəz Məcidin
şeirləri səsləndirilib. Sonra xatirə şəkli
çəkilib.
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, №22.- S.5.