“Öncə Vətən (Güneydən Qarabağa)” antologiyası nəşr edildi

 

    “Yarasa” yayınlarının “Antologiya” seriyasında nəşr edilmiş 184 səhifəlik kitabda Azərbaycanın Güneyindən olan şair və yazarların Qarabağa həsr edilmiş şeirləri və hekayələri toplanıb.

     Antologiyanın tərtibçiləri filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova və şair Əli Çağladır”.

Məlumat üçün qeyd edək ki,şair Əli Nurvəş(Çağla)əslən Azərbaycanın Güneyinin Təbriz şəhərindəndir.

     Əsərin texniki redaktoru Fidan Nəcəfovadır.

     Kitabın dizaynı və qrafikası Teymur Fərziyə aiddir”.

 

Ədəbiyyat qəzeti  2024.- 15 iyun, ¹22.- S.5.