Vilayət QuliyevinMacar etüdləritürk dilində

 

 

Görkəmli ədəbiyyatşünas-alim diplomat Vilayət Quliyev 2010-2021-ci illərdə Azərbaycanın Macarıstanda fövqəladə səlahiyyətli səfiri vəzifəsində çalışıb. Bu müddət ərzində ölkələrimiz arasında strateji tərəfdaşlıq sazişi imzalanıb, geniş işgüzar əlaqələr qurulub. Bakı ilə Budapeşt arasında bu gün fəaliyyət göstərən birbaşa hava əlaqəsi yaradılıb. Hər il 200 nəfər azərbaycanlı gəncin “Stipendium Hunqaricumproqramı çərçivəsində Macarıstanın ali məktəblərində təhsil almaları təmin olunub. Macarıstan Türk Dövlətləri Şurasında, Türk Dövlətləri Parlament Assambleyasında, Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu qazanıb. Budapeştdə TDŞ-nın Nümayəndəlik Ofisi açılıb. Dövlət başçılarının yüksək şəxsi əlaqələri davamlı ünsiyyəti sayəsində Avropa Birliyi NATO üzvü olan bu Mərkəzi Avropa ölkəsi beynəlxalq qurumlarda Azərbaycanın mövqeyini ardıcıl şəkildə dəstəkləyib. İki dost ölkə xalq arasındakı qarşılıqlı münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfir Vilayət Quliyev Macarıstan Prezidentinin sərəncamı iləXidmətlərə görəordeninin III II dərəcəsi ilə (Zabit Komandor dərəcələri) təltif olunub, Baş nazir Viktor Orbanın xüsusi təşəkkür məktubuna layiq görülüb.

Budapeştdə çalışdığı dövrdə səfir Vilayət Quliyev ölkənin elmi-mədəni həyatında da yaxından iştirak edib. Azərbaycan macar mədəniyyətləri arasında əlaqələr yaradılmasına, onların qarşılıqlı şəkildə tanıdılmasına, təbliğinə böyük əmək sərf edib. Səfirliyin təşəbbüsü ilə klassik müasir Azərbaycan ədəbiyyatının bir sıra diqqətəlayiq nümunələrinin macar dilinə tərcüməsi nəşri həyata keçirilib. Macar ədəbiyyatının klassiki Miksat KalmanınDanışan kürkromanı Vilayət Quliyevin tərcüməsində Bakıda nəşr edilib. Alim-diplomatın gərgin elmi axtarışlarının nəticəsi kimi meydana çıxanBəkir Çobanzadə Budapeştdə”, “Macar etüdlərikitabları, Azərbaycan Macarıstan mətbuatında işıq üzü görən onlarla məqaləsi onun xalqlarımızın çoxəsrlik ədəbi-mədəni əlaqələr tarixinə diqqətəlayiq töhfəsidir.

Bu günlərdə İstanbulun “Bengü Yayınları” nəşriyyatı tanınmış ədəbiyyatşünas-alim və diplomat Vilayət Quliyevin ilk dəfə Bakıda Dövlət Tərcümə Mərkəzi tərəfindən 2021-ci ildə çap olunmuş “Macar etüdləri” kitabını türk dilində nəfis şəkildə nəşr edib.Əsəri Furkan Abir türk dilinə uyğunlaşdıraraq nəşrə hazırlayıb. Kitabda böyük ənənələrə malik macar türkologiyasının tarixindən və görkəmli nümayəndələrindən, türk-macar və Azərbaycan macar əlaqələrindən bəhs edilir. Hazırda əsərin macar dilinə tərcüməsi üzərində işlər tamamlanmaqdadır.

 

 Ədəbiyyat qəzeti  2024.- 29 iyun, ¹23-24.- S.9.