“Azərbaycan
ədəbiyyatı: mərhələlər
və simalar” monoqrafiyası Türkiyədə
çap olunub
AMEA-nın prezidenti
akademik İsa Həbibbəylinin “Azərbaycan
ədəbiyyatı: mərhələlər
və simalar” monoqrafiyası Türkiyənin
“Bengü” nəşriyyatında
çapdan buraxılıb.
Monoqrafiyada Azərbaycan ədəbiyyatının
çoxəsrlik inkişaf
yolu uzun dövr ərzində dövrləşdirmə üçün
qəbul edilmiş “marksist formasiyalar nəzəriyyəsi”ndən imtina
edilməklə, yeni tarixi epoxanın önə çıxardığı
azərbaycançılıq prinsipi və sivilizasiya amilinin nəzərə alınması,
habelə ədəbi-tarixi
proseslərin reallıqları əsasında yenidən dövrləşdirilmişdir.
Müəllif Azərbaycan ədəbiyyatının
real inkişaf dialektikasından çıxış
edərək, ədəbiyyatımızın
konkret olaraq ən qədim dövrlərdən bu günə qədərki inkişaf mərhələlərini
müəyyən etmişdir.
Ədəbiyyatın inkişaf
mərhələlərinin yeni təsnifatında
ədəbi cərəyanlar
faktoru da əsas amillərdən biri kimi qəbul
edilmişdir. Beləliklə, monoqrafiyada Azərbaycan ədəbiyyatında müxtəlif
tarixi epoxalarda meydana çıxmış
erkən realizm, maarifçi realizm, tənqidi realizm, romantizm, sentimentalizm ədəbi cərəyanları,
sosialist realizmi yaradıcılıq metodu
inkişaf mərhələsi
səviyyəsində təqdim
olunmuş ədəbiyyatımızın
çoxəsrlik tarixinin
əsas yaradıcıları və daşıyıcılarının yaradıcılıq özünəməxsusluqları
və ədəbi xidmətləri müəyyən
edilmişdir. Akademik İsa Həbibbəyli ilk dəfə olaraq müstəqillik dövrü Azərbaycan ədəbiyyatında yaranmış
neorealizm, postmodernizm, magik realizm, akademizm kimi ədəbi cərəyanları
da diqqət mərkəzinə çəkmişdir.
“Azərbaycan ədəbiyyatı: mərhələlər
və simalar” monoqrafiyasının Türkiyədə
nəşr edilməsi
qardaş ölkə ilə elmi əlaqələrimizin
yeni bir səhifəsi kimi də əhəmiyyətlidir.
Monoqrafiyanın elmi redaktoru professor Yavuz Akpinardır.
Monoqrafiyanı Türkiyə türkcəsinə
Qastamonu Universitetinin müəllimi Dr. Vüsalə
Musalı çevirib.
İsa həbibbəyli
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, ¹23-24.- S.9.