Kişilər
Durub əlləri
qaşında
Baxdı uzağa kişilər.
Çətin
yollar yoxuşunda
Düşdü qabağa kişilər.
Bir elə
oğul oldular,
Döndülər nağıl oldular.
Təkcə
haqqa qul oldular,
Sözünə ağa kişilər.
İnam,
ümid qoymuşdular,
Hər
şeyi mərd qoymuşdular,
Gedəndə
yurd qoymuşdular
Biz qorumağa kişilər.
Dünyaya
baxıb getdilər,
Bəlkə darıxıb getdilər.
Harasa
çıxıb getdilər
Atları yorğa kişilər.
Qorxuram
Çox
da Adəm ilk adamla yaşıddı,
Hər daşımla, hər qalamla yaşıddı.
Həm qədimdi,
həm balamla yaşıddı,
Bu dünyanın sabahından qorxuram.
Özü
boyda özü kimi böyüyür,
Böyüdükcə dərdi, qəmi
böyüyür.
Öz bətnində
öz qənimi böyüyür,
Bu dünyanın sabahından qorxuram.
Bağında
bar, barında tam azalır,
Gözümüzdə nəsə müdam azalır.
Gedən
gedir, gələn adam azalır,
Bu dünyanın sabahından qorxuram.
Özündədi
öz qiyməti dünyanın,
Yox kiməsə bir minnəti dünyanın.
Yaxınlaşır
qiyaməti dünyanın,
Bu dünyanın sabahından qorxuram.
Çox
işləri dolaşdıqca düyündə,
Haqq aradıq min illərcə göyündə.
Gördüyümüz
bu günü də bu gündə,
Bu dünyanın sabahından qorxuram.
Gedəcəyəm üzü haqqa
Taledəndi
kövrək ömrü,
Belə qısa, gödək ömrü.
Kədərmiş,
kəpənək ömrü
Çiçəklərin çiynindəcə.
Bir
ömürdü, sürüb gedir,
Bu payızı görüb gedir.
Sarı
yarpaq ölüb gedir
Küləklərin çiynindəcə.
Uçdular
göyün üzünə,
Baxıb daşlı əlimizə.
Qəm
töküldü üstümüzə
Lələklərin çiynindəcə.
Kimin
günahıdı gəzən,
Dünəni, sabahı gəzən.
Füzuli
ahıdı gəzən
Fələklərin çiynindəcə.
Hər
şey bəlli özü Haqqa,
Ucatlmağa sözü Haqqa.
Gedəcəyəm
üzü Haqqa
Mələklərin çiynindəcə.
Yeri
Qızım
Nübara
Böyüyəndə
tez çıxacaq yadından,
Sevəcəksən yıxıldığın bu yeri.
Gözümüzü
yuxulara çox verib,
Yatdığımız balıncların qu yeri.
Bu
odası, o sarayı bizimki,
Ötən qışı, gələn yayı bizimki.
Yaşamağa
bircə payı bizimki,
Bu dünyanın dörddən üçü su yeri.
Böyüdüsə
göz, baxmağı qorxulu,
Yaxınların bu uzağı qorxulu.
Böyüklərin
yıxılmağı qorxulu,
Yıxılanı torpağın ağrı yeri.
Sən
dünyanı tanıyınca, duyunca,
Neçə arzum böyüyəcək boyunca.
Yeriyəcək
ürəyim də yanınca,
Gəl duruxma, ay dəcəlim, di yeri.
Dünya, hələ dərmə məni
Bu
uzanıb göyə çatan,
Baxanda gözün qaralan.
Budaq-budaq
arzulardan,
Dünya, hələ dərmə məni.
Çiçəkli
nar ağacıyam,
Qalan nübar ağacıyam.
Kiməsə
bar ağacıyam,
Dünya, hələ dərmə məni.
Məndən
nə başın çıxacaq,
Başına işin çıxacaq.
Dişləsən
dişin çıxacaq,
Dünya, hələ dərmə məni.
Dəyən
bir qəmə düşəcəm,
Bilmirəm kimə düşəcəm.
Dəyib
dibimə düşəcəm,
Dünya, hələ dərmə məni.
Qaldır yumruğunu
bir şeir oxu
Əli Hüseynliyə
Qaldır yumruğunu, bir şeir oxu!
Hər
misra od verər, köz verər sənə.
Kimsə vermədiyi sözdən incimə.
Tarix özü meydan, söz verər sənə.
Hər
sözün çəkisi, yükü böyükdü,
Bu yükü çoxunun dizi götürməz.
Çürük
əqidələr elə çürükdü,
Səni çoxlarının gözü götürməz.
Elə
bil döyüşə, cəngə çıxırsan,
Düylənib toppuza dönür yumruğun.
Göydə
əllərini elə sıxırsan,
Nadan beyinlərə enir yumruğun.
Qatıb
qabağına çox nadanları,
Uşaq hünərinlə qovdun, teylədin.
Görüb
bu tökülən nahaq qanları,
Zamanın özünə üsyan eylədin.
Dünyanı
haçansa vurub dişinə,
Bilərsən
yaxşıdan yamanı çoxdu.
Ay
qaqaş, dünyanın bu gedişinə,
Qaldır
yumruğunu bir şeir oxu!
Qardaşım
Gözü
dolub qəribsəyən Göyçənin,
Yağı kəsib yolunumu, qardaşım.
Dolu
döyüb inildəyən Göyçənin,
Yamacını, yalanımı, qardaşım.
Yuxularda təkbaşına
gedirsən,
Sən özünə, yaddaşına gedirsən.
Ocaq yeri,
yurd daşına gedirsən,
Soruşmağa halınımı, qardaşım.
Qaynadımı
yenə qanın içində,
Nələr çəkdin sən bu anın içində.
Axtarırsan
yüz qoşmanın içində,
Ələsgəri, Alınımı, qardaşım.
Duyan kimdi ağrısını
köçənin,
Bürünəndə "çuxasına" göy
çənin.
"Göyçəgülü"
havasında Göyçənin,
Ağrıları çalınırmı,
qardaşım.
Dərdimi
Sevincimi
paylamışam kim olsa,
Qıymamışam kimsə bölə dərdimi.
Kövrələndə
kürəyində könlümün,
Gizləmişəm gülə-gülə dərdimi.
Səsləndirib
qəfil bir səs gecəni,
Yarı ayıq, yarı sərməst gecəni.
Deyən
də yox, sən də əbəs gecəni,
Yuxulamaz, yürgələmə dərdimi.
Xatirələr
xatırlanır dünəndə,
Dindirəndə
susan da var, dinən də.
Füzulinin
təbi də yox sinəmdə,
Yazam şeirə, bir qəzələ dərdimi.
Gümanımı
bir belə çaşbaş qoyub,
Kədərini sevincimə tuş qoyub.
Nə
müddətdir əynimi nimdaş qoyub,
Dünya, gündə təzələmə dərdimi.
İstəyir
İstəyi yüzdü, mindimi? -
Məndən çox küsdü, incidi.
Hərdən
höcət uşaq kimi
Gördüyünü hey istəyir.
Kiməsə
dəyən şəri yox,
Bir qorxusu, xətəri yox.
Bu boyda
yerdə yeri yox,
Daha səma, göy istəyir.
Mən
bilirəm nədən, niyə,
Mənimlə yola getməyə.
Dərdini
sərxoş etməyə,
Hərdən məzə, mey istəyir.
Bu qədər
təlaş olanda,
Xoşa gəlmir xoş olan da.
Nəsə,
cibim boş olanda
Ürəyim çox şey istəyir.
Şəmkir
İlham Zamanoğlu
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, №23-24.- S.21.