Təkcə
Günəş birdir
Əziz anamın
80 illiyinə
Bir ürəyə neçə ürək
sığışar, -
bir
dünyada neçə dünyan var, ana?
Səmada gör, neçə ulduz sayrışar?
Təkcə
Günəş birdir, sən də bir, ana!
Gözümü
açandan ilk sevdiyim kəs, -
səndən doğmasını görə bilmədim...
Amalın
səadət, qayən müqəddəs,
"övlad - can yanğısı", - çarə
görmədin...
Hər
bir addımıma narahat oldın, -
hər
müşkül oldusa, - önündə durdun...
Sən mənə
həm ana, həm ata oldun, -
Tanrı
səni, sən də məni qorudun...
"Tanrı qoruyanı qurd yeməz",
ana,
kim sevər,
de, məni, sevdiyin qədər?
Sevginin dəyəri
bilinməz, ana, -
kim bilir
bu sirri bildiyin qədər?..
Uçur,
gedir zaman, saxlamaq olmur, -
sevgindən kim doyub, mən doyum, ana?!
Tanrının
payıdır yaşanan ömür, -
duadır
Tanrıdan diləyim, ana:
Başımı
dizinə qoyum yenə də,
qəmli
gözlərinə baxım doyunca...
Gülüşün
buludu qovsun səmada,
bir
yağış göz yaşı düşsün
balınca...
Mən sənin
qırışmış əlindən tutub,
ağarmış saçını oxşayım, öpüm.
Bütün
qayğıları bir yana atıb,
sənin
qucağında rahatlıq tapım...
Başdaşıma döyülən
şəkil
Nə
bilim, nədədir sevginin həddi, -
nifrətin şiddəti necə ölçülür?
Hardan
keçir görən, qeyrət sərhəddi, -
nədən keçmək olmur, nədən keçilir?!.
Ömür
- qaçış yolu, dünya - dolanbac,
"Kiminin
əvvəli, kiminin sonu"...
Bir
göz qırpımında göz aç, dolan, qaç...
Kimə macal verir tale oyunu?
Dünyada
nə qədər şər var, düyün var, -
bir yanda
mərsiyyə, bir yanda şərqi...
Hər
halda, əcəlin gəldiyi gün var, -
zəlzələ, vəlvələ, axı nə fərqi?..
Kim bilir, kim ağlar, qəm çəkər o gün,
kimə
bu gen dünya dar dalan olar...
Kim
şadlıq keçirər arxada, oğrun,
üzünün qüssəsi bir yalan olar...
...Bir
axşam mələklər çiynimə qonub, -
açanda üzümə tay-tay qapılar,
hər
halda, bitəndə tale oyunum,
qəbrimə başdaşı qoyan tapılar...
Ömrün
hər bir anı - bir solan şəkil, -
zaman
zalım olub, zalım olacaq...
Mənim
başdaşıma döyülən şəkil
dünyada donan son halım olacaq...
Günəşin ziyası
Sevimli əmim - el ağsaqqalı
Hacı Şamil İskəndərova
ithaf
"Əvəzsiz bir insan yoxdur", - deyirlər.
Ancaq adam var ki, yeri görünür...
Adam var,
öləndə adı da ölür,
Adam var,
köçsə də, piri görünür...
Ömür
- sapı qısa iynə kimidi,
bir
naxış bitməmiş söylər "əlvida"...
Yaxşı
əməl uca bir abidədi, -
ha yandan
baxarsan, görünər o da...
Niyə hər dünənin sabahı olmur?!
Su
töksən quyuya su ilə dolmaz...
Sən
demə, hər qışın baharı olmur,
"yovşan bəsləməklə çəmənzar
olmaz"...
Dünyada
indiki yaşama heyrət!
Bölgüdə
kimə çox, kimə az
düşür:
kimiyə
var-dövlət, kimiyə qeyrət, -
həyatda hərəyə bir miras düşür...
Özünə
yol açıb, axsa da sular,
məcrası olmasa, axar çay olmaz.
Yolun bir
yoxuşu, enişi olar,
hər
cığır bir elin yolu sayılmaz...
Nəsillər
yaşadır həyat tərzini,
zaman
insanlığın müəllimidir.
Kim ondan
alırsa ibrət dərsini,
bütün sehrlərin münəccimidir...
Günəşin
ziyası hər yerə yetər,
ancaq hər
ağacın kölgəsi olmur...
Ömrünü-gününü
elə həsr edən
dahinin
milləti, ölkəsi olmur.
Sənli günlər
Bir
anlıq yumaraq gözlərimi mən,
dönmək istəyirəm sənli günlərə...
İndi
ürəyimdə qüssəyə dönən
dumanlı günlərə, çənli günlərə...
Gözümdə
ulduzlar sayrışır, yanır,
qəlbimdə dünyanın narahatlığı...
Xəyal
varlığımı unudur, danır,
bu an kədər
çəkir dara şadlığı...
Qönçə
dodağının pıçıltıları
mənə "unut" deyir "olub keçəni"...
Sənli
o son günün hıçqırtıları
hər
yada düşəndə kövrəldir məni...
Sapdan asılı
Yenə
yadımdasan, - yenə eşqimlə,
yenə
o mehriban baxışlarınla...
Yenə də
ünvansız, yurdsuz sevgimlə,
yenə
baharınla, yağışlarınla...
Ürəyim
od tutub alışasıdı...
Xəyallar çağlayır, onlara nə var?!
Fikirlər
hələ çox dolaşasıdı,
Vaxt isə
uzanır...
Anlara nə var?!
Xəyallar
- qəm yüklü, həmdəm soraqlı,
varlığım bir cılız köksə
qısılı...
Arzular
axtarır əliçıraqlı,
ümidlər lap nazik sapdan asılı...
Yuxuma gəlirsən
"Cığırın
üfüqə döndüyü yerdə"
ovcuna
yığırsan yağan yağışı...
Bulud
kölgəsində yatan qayada
astaca gəlirəm
mən sənə qarşı...
Buludtək
üzürəm mən də elə bil,
qayalar
toxunur ayaqlarıma.
Dəyişir
səmtimi əsən zəif yel, -
toxunur
islanmış yanaqlarıma...
Dayan,
yandırarsan öz əllərini...
Sənə fərqi yoxmu yağan yağışın?
Bu qədər
daşürək bilməzdim səni,
əyləncəmi oldu sənə göz yaşım?
...Eh,
azmı uçurtdun fikrimi göyə?!
yanırsan hər şamın söndüyü yerdə...
Yuxuma gəlirsən,
"görüşək", - deyə,
dünyanın üfüqə döndüyü yerdə...
Zirvə çiçəyi
Zirvəyə əl yetmir, çiçək bitirir.
Yovşandan savayı, düzdə nə olur?
Birinin həsrəti
qüssə gətirir,
birinin
qayğısı bezdirir, qoyur...
Qorxunc
qayaları adlamaq gərək, -
sevdanın əzəli sonunu görməz...
Talanı,
- nə var ki, - keçirən yüyrək,
rahatca
keçən gün sevinc gətirməz...
Səhər
nəsimiylə yayar ətrini,
dünyanı məst edər zirvə çiçəyi...
Hamı əziz
tutar onun xətrini,
güllərin ən xası, o, ən göyçəyi...
Yada düşdü
Gün
çıxdı, yararaq dumanı-çəni,
bahar
yada düşdü, gül yada düşdü.
Narahat
duyğular oyatdı məni,
Vətən
yada düşdü, el yada düşdü...
Bənövşəm
hardasa büküb boynunu,
qərənfil, yasəmən açır donunu...
Şimalda
qar-çovğun bilmir sonunu,
Çəmən
yada düşdü, çöl yada düşdü...
O yerlər
xəyaldı, hələ ki xəyal,
o yerlər
- arzudu, o yerlər - amal!
Bəlkə
təkrarsızdı o yerdə hər xal, -
ağac
yada düşdü, kol yada düşdü...
Kimdi o dağların seyrinə dalan?!
Sehrdi
Şah dağı, Kəpəz, Savalan...
Talış
dağlarında rənglər al-əlvan,
yaşıl yada düşdü, al yada düşdü...
Elmanam,
nigaran bir səyyaham mən...
Qürbətdə kimim var, nəyim var, Vətən?!
Dönmək
istəyirdim qoynuna, birdən
aylar
yada düşdü, il yada düşdü...
Rusiya, Yaroslavl vilayəti, Dertniki
Hər ümid - təsəlli
Torpaqdan
yarandı insan...
Ancaq bil
ki, nə daşdı,
nə də
torpaqdı insan!
Daşla,
torpaqla bulaşa-bulaşa
yetirir
ömrünü başa...
Qırma,
düşün
sənə həmdəm olanın
bir
an sonrakı taleyini...
Aldatma
Onsuz da
insanın
qisməti gətirmir diləyini...
Nə qədər
inam var,
nə qədər
ümid var,
ürəkdə sabaha şam yanır!
Söndürmə,
-
günahdı şamı söndürmək.
Şamsa
yanmalıdı,
əriyib
yox olanadək...
Tufanlı,
boranlı,
Ölümlü,
itimli
dünyada bir ümid də təsəllidi...
Demə
ki, qığılcımla şam alışmaz,
alışar da, yanar da!
Bir ürək
istisi
bir
çırağa külək olmaz,
alışdırar, yandırar da...
Ümid
ver hər səhər, alışdır məşəli!
Bir
ömrə hər xoş söz,
hər
ümid - təsəlli...
Sən küsəndə
Üzün
dönsə, -
dönmək olmur sənə tərəf...
Sən küsdünsə, -
mənasızdı ərk etmək...
O məqamda
yandırarsan yeri, göyü...
Sənə yetmək, -
nakam arzuların ən kövrəyi...
Sən küsəndə zalımların üz
qarasısan...
Sən küsəndə qəlbimə nisgil,
gözlərimə nəm hopur.
Sən mənim ürəyimin yarasısan, -
qaysağın qopanda ürəyim qopur...
Elman İskəndər
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, ¹23-24.- S.29.