"Yazmaq
mənim üçün fiziki bir şeydir"
Pol Osterin Conatan
Lethem ilə müsahibəsi
Conatan
Lethem: Mən gəlməmişdən əvvəl nə
edirdin?
Pol Oster:
Adi şeylər. Səhər oyandım. Qəzet oxudum. Bir fincan çay
içdim. Sonra yaxınlıqdakı kiçik
mənzilimə getdim və altı saata yaxın işlədim.
Sonra bir az işim var idi. Anam iki il əvvəl öldü və onun evi ilə
bağlı son bir işim var idi. Ona görə
də bəzi sənədlərə möhür vurmaq
üçün notariusa getdim və sonra onları vəkilə
poçtla göndərdim. Evə qayıtdım.
Qızımın hesabat kartını oxudum.
Sonra yuxarı qalxdım və bir dəstə
hesabı ödədim. Deyəsən, adi
bir gün idi. Bu, kitab üzərində
işləmək və gündəlik cansıxıcı
şeylərlə məşğul olmaqla qarışıq
bir gündür.
C.L.: Mənim
üçün altı-beş saatlıq yazı çox
çoxdur. Bu qədər uzun yaza bildiyim zaman
başqa şeylər daha cəlbedici olur, bir növ, xilaskar
kimi görünür. Ancaq yazmağa başlamazdan əvvəl
başqa işiniz varsa...
P.O.: Roman
yazmaq həm fiziki, həm də əqli cəhətdən
tamamilə immersiv bir təcrübədir. Ritmi
saxlamaq, diqqətimi etdiyim işə cəmləmək
üçün hər gün yazmalıyam. Mümkünsə, bazar günləri də. Həmin gün ailə işi yoxdursa, heç olmasa,
səhər işləyirəm. Hər dəfə
harasa səfər edəndə dağılıram. Əgər iki həftə getsəm, əvvəlki
ritmimə qayıtmaq üçün demək olar ki, bir həftə
vaxt lazımdır.
C.L.:
"Fiziki" sözünü bəyənirəm. Mənim də davamlılıq xəstəliyim var.
Özümə müəyyən bir səhifə, söz
sayı və ya vaxt təyin etmirəm. Mənim
yeganə xəstəliyim hər gün yazmaqdır. Romanın çiçəklənməsinin fiziki
keyfiyyəti də var.
P.O.: Yazmaq
mənim üçün fiziki bir şeydir. Sözlər,
sanki ağlımdan deyil, bədənimdən gəlir. Mən əllə yazıram və qələm
sözləri kağıza həkk edir. Hətta
yazılan sözlərin səsini də eşidirəm. Yazanda beynimdə eşitdiyim musiqini tuta biləcək
cümlələr qurmağa çalışıram. Musiqini tam istədiyiniz kimi çəkmək
üçün çox çalışmaq və təkrar-təkrar
yazmaq lazımdır. Bu musiqi fiziki
gücdür. Təkcə kitab yazmaq yox,
kitab oxumaq da fiziki olaraq edilən bir işdir. Dilin ritmlərində bədənin ritmlərinə
uyğun gələn bir şey var. Diqqətli oxucu kitabdakı
deyilməyən mənaları bədənində kəşf
edir. Məncə, insanların çoxunun
bədii ədəbiyyatdan anlamadığı budur. Şeirin musiqili olacağı gözlənilir.
Amma insanlar nəsri başa düşmürlər.
Onlar qəzet tipli məqalələri oxumağa
o qədər öyrəşiblər ki, faktlar haqqında
faktlar verən səliqəsiz, işlək cümlələr
- səthdən kənara çıxa bilmirlər.
C.L.: Bu,
girişin yaratdığı sıx narahatlığı yada
salır ki, bu da əsasən, sadəcə, işi ümumiləşdirmək
istəyidir. Nəticə istər-istəməz
qeyri-musiqili bir şeydir. Sanki bədəni
aradan qaldırmısan, sonra konturlarını çəkib,
içindəkiləri təsvir etmisən.
P.O.:
Dünya o qədər dəyişib ki,
yazıçıların ictimaiyyət qarşısına
çıxması və yaradıcılığı
haqqında danışması gözlənilir. Bilmirəm,
niyə?! Bu mənə çox çətin
görünür. Yenə də insan
öz nəşriyyatları, kitabını satmağa
çalışan insanlar qarşısında bir növ məsuliyyət
hiss edir. Kitabın harada təbliğ
olunacağına özüm qərar verməyə
çalışıram. Mən bunu
çox tez-tez etmirəm. Hərdənbir
ortaya çıxıram və bunu yaxşı niyyətlə
edirəm. Sonra bir müddət tək
qalmağı ümid edirəm. Məsələn,
son romanım olan "Peyğəmbərlik gecəsi"
üçün qastrol səfərinə çıxmaqdan
imtina etdim. Bunu etməyə gücüm
yox idi.
C.L.: Kazuo
İşiquro bu barədə gülməli şəkildə
danışır. Sanki yazıçılar
yekdilliklə buna razılıq verməklə böyük səhvə
yol verirlər. Məhkum dilemması kimi bir
şey. Birimiz qastrola gedəndə hamımız
bunu etməliyik. Amma hamı imtina edərsə...
P.O.: O,
böyük təcrübəsindən danışır. Heç kimin etmədiyi bir şeyi edib. O, iki il davam edən kitab turuna çıxıb. Kitabının çap olunduğu hər yerə, hər
ölkəyə gedib. Sonda az qala
öləcəkdi.
C.L.: Siz
"The İnconsolables"i oxumusunuz?
P.O.:
Oxumaq istəyirdim, amma hələ ki alınmayıb.
C.L.:
Yaşayan yazıçının sevimli romanlarından
biridir. Verə bilmədiyi konsert
üçün bir şəhərə gələn
pianoçunun Kafkaesk epik povesti. Kitabın mümkün təsvirlərindən
biri: bir müəllifin kitab turunda yazdığı ən
uzun, ən kəskin şikayət.
P.O.:
Kafkanın gündəliklərində elə bir yer var ki, o,
xalqın oxuduğu xəyali yazıçını təsvir
edir. O, səhnəyə çıxır və insanlar narahat
olur, sıxılır. "Daha bir hekayə," deyir,
"yalnız bir daha..." İnsanlar ayağa
qalxıb getməyə başlayırlar. Qapını
döyüb gedirlər, hamı zalı tərk edir və
müəllif kürsüdən boş zala oxuyana qədər
"bir də, bir də" deyə yalvarmağa davam edir.
Mən sənətdə qayda-qanunun
olmadığına inanan adamam. Hər kəsin
yolu fərqlidir. Bir gün Fransadakı naşirim mənə
dedi ki, yazıçının iyirmi yaşı var və onun
ən yaxşı əsərləri bu müddət ərzində
yazılır. Mən buna, həqiqətən,
inanmıram.
C.L.: Məncə,
"Peyğəmbərlik gecəsi" ürək
parçalayan, emosional kitabdır. Bu da məni təəccübləndirmir.
Onun fərqləndirici xüsusiyyəti ilə
bağlı izah etməyə
çalışdığım şey yazının
aydınlığı və vasvası olmasından irəli gəlir.
Zamansızlıq kimi bir təsir ortaya
çıxır.
P.O.: Mən
yüz ildən sonra oxuna biləcək və oxucuların
aidiyyatı olmayan təfərrüatların ağlını
başından almayacaq kitablar yazmaq istəyirəm. Mən sosioloq deyiləm, amma roman çox vaxt
sosiologiyadan bəhs edir. Bu, bədii ədəbiyyatı
insanlar üçün cəlbedici edən mənbələrdən
biridir. Amma mənim fikrim bu deyil. Mən psixologiya ilə maraqlanıram. Dünya haqqında müəyyən fəlsəfi
suallarla. Hekayələri bizi əhatə
edən xaosdan azad edərək, emosional həyata daha təmiz
bir yanaşmaya nail olmağa çalışıram.
C.L.:
Ən yaxşısı odur ki, siz eyni zərurətləri
xarakterlərinizə gətirirsiniz. Onlar da
münasibətlərini öz həyatları ilə təmizləməyə
çalışırlar.
P.O.:
Düşünürəm ki, mənim personajlarımın
çoxu müəyyən mənada istehlakçı deyil,
onlar günümüzün zibil və sünilikləri ilə
həddindən artıq maraqlanmırlar. Təbii
ki, kitablarımda konkret şeylərdən
danışmıram, sadəcə, onların üzərində
çox dayanmıram.
C.L.: Bəli,
əsərlərinizdəki ən aktual istinadlar belə
zamansız bir məkana doğru sürüklənir.
P.O.:
Kitablarımdakı hər söz və cümlənin öz
yerində olmasına çox diqqət edirəm. Sırf yaxşı yazmaq xatirinə gözəl
abzaslar yazmaq dəbdəbəsinə qapılmaq istəmirəm.
Bunun mənə aidiyyəti yoxdur. Mən hər şeyin vacib olmasını istəyirəm.
Müəyyən mənada mərkəz hər
yerdədir. Kitabın hər bir cümləsi
kitabın mərkəzidir.
C.L.:
Gözəl söhbət oldu, Pol...
P.O.: Mənim
üçün də...
Tərcümə etdi: Malik Atilay
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, №23-24.- S.32.