Azad oldun, Qarabağ
Qarabağa gəldi bahar
Səmada günəş
göründü,
Dağlarında
əridi qar.
Hər
yer yaşıla büründü,
Qarabağa
gəldi bahar.
Gəldi,
bəzədi hər yeri,
Güllərdən
xalı toxudu.
Gəldi,
unutduq dərdləri,
Bülbüllər
nəğmə oxudu.
Sevindirdi
yeri, göyü,
Belə
təbiət harda var?
Görmədik
bu gözəlliyi,
Qarabağa
gəldi bahar.
Bu yaz günü
Qarabağda
çiçək açan ağaclar
Bu
yaz günü necə gözəl görünür?!
Çiçəkləri
ətir saçan ağaclar
Gəlin
kimi ağ libasa bürünür.
Sizin
üçün bağlarımız darıxıb,
Meyvənizi
neçə illər dərmədik.
Sizsiz
keçən çağlarımız darıxıb,
Barınızı,
bəhrənizi görmədik.
Dəyməyəcək
sizə düşmən əlləri,
Başımıza
gəlməyənlər qalmadı.
Yaşamışıq
sizsiz neçə illəri,
Qarı
düşmən yenə də dost olmadı.
Yenə gül açdı
Şükür,
bu gününə, Allah,
Yenə
ocağımız yandı.
Doğdu
günəş, gəldi sabah,
Şuşada
tonqal qalandı.
Şükürlər
olsun bu günə,
Yurdumuza
Novruz gəldi.
Bayram
gördü Şuşa yenə,
Yenə
gül açdı, yaz gəldi.
Gördü
baharı, Novruzu,
Xarı
bülbül açdı çiçək.
Çox
sevindi Cıdır düzü,
Həmişə
bahar gələcək...
Xarı bülbül
Əsir
düşən xarı bülbül,
Biz
Şuşada dərdik səni.
Şuşa
qürbətə dönəndən
Şəkillərdə
gördük səni.
Dərdlər
gəldi dərd üstünə,
Biz səndən
doya bilmədik.
Əlimiz
çatmadı sənə,
Dərdini
duya bilmədik.
Şəninə
nəğmə yazıldı -
Təsəllini
tapdıq səndə.
Bu
illərdə necə dözdün
Əsir
düşən o vətəndə?
Düşmən
solunda, sağında,
Zaman
ötür, vaxt tələsir...
Bitmədin
"Vətən bağı"nda,
Öz
yurdunda düşdün əsir.
Yadımızdan
çıxmadın sən,
Gəldik
gecədən gündüzə.
Şükür,
azad oldu vətən,
Zəfəri
gətirdin bizə!
Xilas
oldun əsirlikdən,
Düşmən
əlində qalmadın.
Azad
oldu əsir vətən,
Xarı
bülbül, xar olmadın!
Lalələr
Örtün
şəhid qanlarının üstünü,
Dağ-dərələr
lalələrə bürünsün.
Biz
çox gördük bu fələyin qəsdini,
Üzümüzdə
bir az sevinc görünsün.
Bu
illərdə nə çəkmədi başımız?
Neçə
igid oğulları itirdik.
Qurumadı
gözümüzdə yaşımız,
Məzar
üçün qərənfillər bitirdik.
Qarabağ
da lalələrə bürünür -
Bu
gözəllik el-aləmə səs salır.
Hər
tərəfdə al lalələr görünür,
Qələbədən
təbiət də zövq alır.
Yenə günəş doğdu
Səni
əlimizdən almışdı düşmən,
İgid
oğulların dözmədi daha.
Sarılıb
silaha aldılar səni,
Ümid
etmədilər zülmət sabaha.
Kəlbəcər,
Qubadlı qərq oldu qəmə
Şuşanı,
Ağdamı biz itirən gün.
Qaldıq
Xocalısız, qaldıq Laçınsız,
Ümid
də ölmüşdü xalqımız
üçün.
İgid
oğulların qəhrəmanlığı
Ölən
ümidlərə can verir indi.
Yenə
günəş doğdu göylərimizdə,
Ümidsiz
yaşamaq yaman çətindi...
Bilirik, darıxırdın
Səni
işğal etdilər,
aldılar
əlimizdən,
bizsiz
qaldın Qarabağımız...
Bilirik,
darıxırdın
bizdən
ötrü.
Ayaq
izlərimizdən ötrü
daş
küçələrin, dağların, dərələrin,
meşələrin,
yaylaqların
darıxırdı.
Əl
izlərimizdən ötrü otların, çiçəklərin,
xarı
bülbülün...
Topxana
meşəsindən
Cıdır
düzünə çəkilən asma körpüdən
asa
bilmədilər ümidlərimizi...
Yenə
bizim oldun,
yenə
ayaq izlərimiz qalacaq sinəndə,
ümidimiz
igid oğullara,
Ali
Baş Komandana idi,
onlar
xilas etdi səni,
azad
oldun, Qarabağ!
Suqovuşan
yüksəkliyi
Suqovuşan
yüksəkliyi,
Səni
də aldı igidlər.
Qovuşmuşuq
artıq sənə,
Qələbə
çaldı igidlər.
Yüksəkliklər
alındıqca
İgid
oğullar yüksəldi.
Qələbəni
bayram edən
Xalq
sənə salama gəldi.
Daha
ağlamayacağıq,
Dərdimiz
qaldı dünəndə.
Gözümüzdə
yaşa dönən
Sular
qovuşacaq səndə.
Torpaq unudularmı?
Əsirlikdən
xilas oldu torpaqlarımız,
danışardılar
dilləri olsaydı,
bizim
üçün necə darıxdıqlarını
deyərdilər,
gördükləri
haqsızlıqlardan
söz
açardılar.
Yenə
bizə dönməyin
sevincini
bölüşərdilər...
Onları
unutmadığımızı deyərdik biz də
torpaq
unudularmı,
Vətən
yaddan çıxarmı?
O
günlər də geridə qaldı,
yenə
o yerlər bizə doğma oldu...
Şəhid ruhları
Baxın,
işğaldan azad olunan torpaqlara,
baxın,
yurd-yuvasından didərgin düşənlərin
göz
yaşlarına,
şad
olun, şəhid ruhları!
Sizə
görə kədərlənirik,
torpaqlarımıza
baxıb sevinirik, şəhid ruhları...
Bu
sevinci bizə siz bəxş etdiniz!..
Dünya
durduqca yaşayacaqsınız,
yeriniz
cənnətdir, bilirik,
Qarabağ
da cənnətdir,
bizə
bu dünyada o cənnəti bəxş etdiniz,
əziz
şəhidlərimizin ruhları...
Gözləriniz aydın olsun
Yurd-yuvasından
didərgin düşənlər,
doğma
yurdunuza,
evinizə,
isti ocağınıza döndünüz,
gözləriniz
aydın olsun!
İşıqlar
yandı evinizdə,
daha
sönməyəcək ocağınız.
Qaldığı
yerdən davam edəcək həyat
bəlkə
də daha maraqlı,
daha
gözəl...
Bu da
bir ömür idi, yaşadınız,
həyat
çətinlikləri ilə
sizi
çəkdi sınağa.
Siz
bu sınaqdan
alnıaçıq,
üzüağ çıxdınız,
doğma
yurdunuz da sizi gözləyirdi...
Bayrağımız da sevinir
Yurdu
işğal olunanlar üçün
qələbə
xəbəri eşitməkdən gözəl nə var?
İgid
oğullar yaşatdı
xalqa
o sevinci.
Sevin,
ey Azərbaycan!
Sevin,
ey xalq!
Bu
günlərin həsrətini
çox
çəkmisən.
Azad
olunan yerlərdə
dalğalandıqca
bayrağımız
da sevinir.
Sevin,
ey üçrəngli bayrağımız!
Sənə
dalğalanmaq çox yaraşır,
bizə
sevinc yaraşan kimi...
"Xudayar təsnifi"
Gülümsər
çöhrəylə, şirin səs ilə
"Vətən
nəğməsi"ni oxudu, getdi.
İgidlik
göstərdi o, həvəs ilə,
Nəğmədən
bir çələng toxudu, getdi.
Getdi
qorxmayaraq düşmən üstünə,
Getdi
Vətənini geri almağa.
Xalqı
çıxsın deyə günəşli günə
Getdi
Vətən üçün şəhid olmağa.
Nə
qədər çıraqlar yanarkən söndü,
Aldılar
düşməndən əsir diyarı.
"Xudayar
təsnifi" tarixə döndü,
Yaşatdı
o igid, mərd Xudayarı.
Yorulmayan göylər
Qar
yağdı, yağdı, yoruldu,
yorğun
qardan bezən göylər
günəşi
gətirdi
və
qarı
uzaqlara ötürdü.
Sonra
yağışları
yağdırdı.
Beləcə
yaz gəldi,
heç
vaxt yorulmayan göylər
çiçəkləri
bitirdi...
Çiçəklər
bürüdü
əsirlikdən
azad olunmuş torpaqları
və
şəhid
məzarlarını...
Qırx dörd gün
Otuz
ilə yaxın vaxt keçdi,
bələnib
göz yaşımıza,
bürünüb
kədərimizə
dözdük...
Qırx
dörd günlük müharibə
tarixi
qələbə bəxş etdi bizə
birləşdik,
bir
olduq
Vətən
müharibəsi ilə
aldıq
Qarabağı.
İllərdir
kükrəyən vətən sevgimiz,
daşan
səbrimiz
Qırx
dörd günə azad etdi
o
yurdu.
Tarixə
yazıldı
şəhidlərin
qanı,
qazilərin
yaralı canı ilə
Qarabağı
düşməndən
azad edən
Vətən
müharibəsi.
Otuz
ilə yaxın
gözlədik
səni,
Qarabağ.
Kədərdə
boğulduq,
dərddə
batdıq büsbütün,
Şükür
ki, sən gəldin,
möhtəşəm
Qırx
dörd gün...
Qönçə ümidimiz
Yaman
zülm çəkdik o illərdə biz,
Çadır
şəhər oldu, vaqon ev oldu.
Yenə
düşmən çıxdı dost bildiyimiz,
Qönçə
ümidimiz saraldı, soldu.
Yanan
çıraq idik, yanmadıq, söndük.
Darıxdı
hər çəmən, hər dağ, hər dərə.
Vətəndə
qaçqına, köçkünə döndük,
Şükür,
gəlib çıxdıq bu xoş günlərə.
Qalmadı
heç yerdə düşməndən bir iz,
Bəlkə
bundan sonra ağ günlər görək.
Gülsün
gözlərimiz, bitsin dərdimiz,
Qönçələr
həmişə gül açsın gərək!
Unut bu vətəni...
Nə
qədər igidlər canından keçib,
Olub
bu vətənə, bu yurda dayaq.
İgid
oğulların qanını içib
Sənin
taladığın bu gözəl torpaq.
O qan
"unut" deyir, unut bu yurdu,
Unut
bu vətəni, ey yağı düşmən!
Bu
yurdu qoruyur güclü bir ordu,
Sən
məğlub olandan bunu bilirsən.
Bu vətən
qayıdıb öz yiyəsinə,
Bu
yurd xilas olub sənin əlindən.
Zülmət
gecələrdən çıxıb ağ günə,
Hələ
də yuxudan ayılmadın sən?
"Dəmir Yumruq"
Neçə
ildir xalqın nələr çəkmədi?
Gözün
aydın olsun sənin, ey Vətən!
Heç
kimsəyə gözlərini dikmədi,
Azərbaycan,
mübarəkdir qələbən!
Birləşdilər
bu xalq ilə bu ordu,
"Dəmir
Yumruq" dedi öz son sözünü.
Ər
oğullar xilas etdi bu yurdu,
Qoymadı
heç düşmən açsın gözünü.
Vətən
dərdi qaldı daha keçmişdə,
Vətən,
ordu-indi hamı bir eldir.
Yumruq
kimi bir olduq bu döyüşdə,
Birləşib
bir olmaq necə gözəldir?!
8 maydan 8 noyabra...
28 il
əvvəl işğal olundu Şuşa
mayın
8-də,
noyabrın
8-də isə
azad
edildi...
O 8
maydan sonra nələr dəyişdi həyatında,
əziz
Şuşa?
Nə
günlərə qoydu səni
mənfur
düşmən?
Daha
bizimsən,
Qayıtdın
öz sahiblərinə,
əziz
Şuşa!
Daha
xarı bülbüllərin sevinə-sevinə
açacaq
çiçək,
daha
Cıdır düzü düşmənlərin
yallı
getməsinə şahidlik etməyəcək.
Sevin,
əziz Şuşa, sevin,
Hər
8 may günü yaşadığımız
ağrı-acını
bizə
8
noyabr günü unutduracaq:
Sən
dirçələcək,
gözəlləşəcəksən,
qələbə
həmişə bizimlə,
gözəl
günlər səninlə olacaq.
Ağlımıza
gəlməyənlər gəldi başımıza,
daha
heç nə olmayacaq bizim gözəl
Şuşamıza...
Bülbüllər gələndə
Bülbüllər
də gəldi Şuşaya,
Cıdır
düzündə
onlar
da oxuyur indi...
Nəğmə
nəğməyə
qarışacaq
musiqimizin
beşiyində.
Ən
gözəl günləri
bundan
sonra görəcək Şuşa,
xarı
bülbülləri,
sarı bülbülləri ilə
dönəcək cənnətə...
Nə
qədər ki dünya var,
gözəlliklər
var,
sən
varsan.
Səninlə
görəcəyik cənnəti, gözəl Şuşa,
xarı
bülbülləri, sarı bülbülləri ilə
Vətənin
bağları yenə al-əlvandır...
Gözəl
cənnətimiz,
xoş
gəlib xarı bülbüllərin...
Qartallar sevinən gün
Şuşada
bayram
bayrama qarışdı
həmin
gün
müqəddəs
Ramazan bayramı
və
"Xarıbülbül"
festivalı
Cıdır
düzünü silkələdi,
yenidən
oyatdı,
"Oyan,
ey gözəl diyar,
Sənin
sahiblərin gəlib", - dedi.
Özünə
qayıtdı həmin gün Şuşa,
yenə
muğamlar, mahnılar oxundu,
gözəl
sözlər deyildi,
hamı
sevindi...
Bundan
gözəl gün olardımı
düşmən
əsarətindən azad olan
yurd
üçün -
Şuşamız
üçün?
Qartallar
da qanad çaldı
Şuşanın
bu sevincinə,
Cıdır
düzündəki bayramlara
onlar
da sevindi...
Gözəl
Şuşa,
başımızın
tacı,
xarı
bülbülün vətəni Şuşa,
mədəniyyət
paytaxtımızsan artıq...
Hamı
məftun olacaq sənə,
bütün
dünya
danışacaq
gözəlliyindən.
Şükür,
bu günə, İlahi,
çox
şükür!
Özümüzə
qayıtdı Şuşamız...
Qan yerdə qalmayanda...
Əlin
Xocalıda qana batdı,
qırdın
Meşəlidə
Xan
çinarları, körpə fidanları.
Həyatını
şam kimi söndürdün
günahsız
insanların.
Qan
örtmüş gözlərin
cənnət
Laçında açıldı
cəhənnəm
qapısı kimi.
Yerdə
qalmadı
günahsızın
qanı...
Gördünmü
Laçının
uca
dağlarını, ey iblis?
Bu
yurdun o dağlar kimi
oğulları
var.
Onlar
sənin kimi təpələrin tozunu
göyə
sovuracaqlar.
Qırdığınız
günahsız insanların
ruhları
qarşısında
cavab
verəcəksiniz.
Gözlərinizdəki
qorxunu
örtə
bilməyəcəksiniz
Haqq,
ədalət yurdunun qapısını
örtə
bilmədiyiniz kimi.
Hilal da, günəş də
Siz
heç vaxt
qurd
ürəyi yeyə bilməzdiniz
qorxaq
namərdlər.
İndi
ay-ulduzlu
bayrağımız
dalğalanır
boylana-boylana
qaldığınız
Cənnət
Qarabağda.
Hilal
da, günəş də
zülmətə
dönən həyatımızı
nura
qərq edərək
bərq
vurur göylərimizdə.
Baxa
bilməyəcəksiniz
onlara,
gözləriniz
qamaşacaq.
Tapdanan
haqqımızın
hesabını
verəcəyiniz
bağlı
qapılar arxasında
həsrət
qalacaqsınız
işığa,
nura.
Tarix yaşadacaq sizi
Yurdumuz
əsir düşəndə
uşaq
idiniz,
Vətənin
nə demək olduğunu
tək
şeirlərdə, nağıllarda, cizgi filmlərində
yox,
çadır
şəhərciklərində, vaqonlarda böyüyərkən
öyrənənləriniz
də oldu...
"Qaçqın"
dedilər, "didərgin" dedilər sizə,
Vətən
dərdi böyüdü qəlbinizdə
və
sizi də böyütdü
öz
ağrısı, acısı ilə...
Böyüdünüz
və Vətəni aldınız düşməndən
"Vətən
müharibəsi" dedik o savaşınıza,
inqilabınıza,
"Zəfər
günü" dedik o qələbənizə.
Şəhidlər
də oldu,
qazilər
də aranızda,
qanınızla
aldınız əsir düşən yurdumuzu,
o qan
ilə çiçəklənəcək o torpaqlar...
Adınız
yazıldı tarixə,
tarix
yaşadacaq sizi,
nəsillər
qeyd edəcək
o
möhtəşəm qələbənizi!..
Sualdan nidaya
İgid
oğulların vətən sevgisi
yağış
kimi yağdı,
təmizlədi
yurdumuzu
düşmən
izindən.
Döndü
bulaq suyuna,
yudu
Qarabağı,
tərtəmiz
etdi Xankəndini.
Beli
bükülmüş, ümid dolu suallar
illərdir,
yormuşdu bizi:
Görəsən,
bu həsrət bitəcəkmi?
"Qarabağ
Azərbaycandır!"
sözlərindən
sonra
nida
işarəsi ox kimi sancıldı
düşmənin
bağrına.
Zəfərimiz
tarixə döndü,
Zülmət
düşüncəli hər kəsə
həyatı
başa saldı,
onların
da sonunun
belə
olacağını dedi.
Xankəndiyə
üçrəngli
bayrağımız
sancılan
gün
düşmənin
qara fikirləri
göy
üzündəki
qara
buludlara döndü.
İndi
günəş
nura
qərq edir
gözəl
Xankəndini...
Ağ bayraq
Həyatın
qara iynəsinin
gözündən
keçirdiniz bizi,
zülmətə
döndərdiniz günlərimizi,
məğlub
olub
ağ
bayraq qaldırdınız axırda.
Gələcək
ağ günlərimiz
rəngdə
olan
bayrağınız
təslim
olduğunuzu göstərdi.
Məğlub
olacağınızı bilmirdinizmi,
ey
namərdlər?
O
ağ bayrağınız
qara
niyyətinizin əksidir.
Gedin,
bürünün
ağ bayrağa,
Qara
düşüncələrinizin,
qapqara
günlərinizin
üstünü
örtün
kim
olduğunuzu göstərən
o
ağ bayraqla.
Bəd niyyət, xam xəyal
Qarabağı
bizdən ala bilmədi
xain
düşmən.
Sevindik,
şükr etdik,
heç
kim gözüyaşlı qalmayacaq, - dedik.
Yırtıcı
düşmən bəd niyyətini, xam xəyalını
minalarla
örtüb basdırdı torpaqlarımızda.
Nə
qədər ağırdır
vətənin
düşmən tapdağından
xilasından
sonra da
igid
oğulların
şəhid
olması xəbərini eşitmək.
O da
sona çatacaq,
torpaqlarımız
təmizlənəcək
düşmənin
ayaq izindən.
Bəd
niyyətlərini, xam xəyallarını
örtüb-basdırdıqları
minalar
təmizlənən
kimi.
O izləri
yağış yuyacaq,
yaşıl
otlar, al-əlvan çiçəklər
örtəcək.
Cıdır düzü
Cıdır
düzü, yenə gəlirik
səninlə
görüşə!
İndi
şəhid məzarlarındakı
qərənfillərin
nisgilini
xarı
bülbül sevgisi əvəz edir,
görürsənmi?
Hər
görüşümüzün sevinci
bayrağımızla
qol-boyun olub
düşmənin
bağrına sancılır.
Sənin
qoynunda
çəkdirdiyimiz
şəkillərdə
sevgimiz,
sevincimiz
alın
yazımız kimi
oxunur
gözlərimizdən.
Cıdır
düzü,
ayrılıq
əbədi olmadı,
sən
qayıtdın!
Biz
qovuşduq sənə.
Belimiz
bükülmür,
üzümüz
qırışmır artıq.
Kədərin
üzümüzə çəkdiyi
sərhəd
xətlərini
igid
oğullar uçurdu!
Cıdır
düzü,
indi
abad şəhərlərin, kəndlərin
gözəllikləri
ilə sevinir
gözlərimiz,
ürəyimiz.
Sən
də həmişə sevinəcəksən
gördükcə
bizim sevincimizi
düşmən
qəfəsindən xilas olan
ürəyin
açılacaq
zülmətdən
sonra açılan səhərlər kimi.
Cıdır
düzü,
yenə
gəlirik səninlə görüşə.
Məğlub
düşmən baxıb sevincimizə
dərdli
gözlərinin
leysana
dönən yaşını siləcək həmişə.
Nağılın sonu
Namərd
dost, xain qonşu, mələk cildində şeytan,
Uzaq
dur, bizdən uzaq, düşməsin bura yolun.
Ey vəhşi,
ey yırtıcı, necə olmusan insan?
Özünü
yazıq kimi göstərən buqələmun.
Əridi
qar, getdi qış, vaxtı çatdı baharın,
Dedik,
ey yağı düşmən, əl çək bu yurddan, əl
çək!
"İti
qovan"la qovduq, kəsildi ayaqların
Qalib
vətənimizə uzanan əllərintək.
Bürünüb
ağ bayrağa, cəhənnəmə gedirsən,
Gözüyaşlı,
bağrıqan, məğlub düşmən donunda.
Dövran
dəyişib artıq, özünə zülm edirsən,
Göydən
alma düşmədi bu nağılın sonunda?
Xuraman Hüsey
Ədəbiyyat qəzeti.- 2024.- 16 mart, ¹10.- S.4-5.