Yeni ədəbiyyatı tanıdaq: Hədiyyə Şəfaqət - “Uzaq adamlar

 

Martın 12-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi "Ədəbiyyat qəzeti"nin birgə "Yeni ədəbiyyatı tanıdaq" layihəsi çərçivəsində Hədiyyə Şəfaqətin "Uzaq adamlar" romanının müzakirəsi keçirilib. Müzakirə mətnini ixtisarla oxuculara təqdim edirik.

I müzakirə burada

Müzakirədə Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova, filologiya üzə fəlsəfə doktoru Gülnar Qəmbərova, baş mütəxəssis Pərvanə Kərimova, böyük elmi işçi Mənzər Niyarlı, doktorantlar Hənifə Səlifova, Səbirə Müzəffərli,  dissertant Günel Əskərova, oxucu Aynur Bəşirova iştirak ediblər.

 

Moderator - filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid.

 

Mətanət Vahid: Bu gün, öncədən elan olunduğu kimi, Hədiyyə Şəfaqətin "Uzaq adamlar" romanının müzakirəsinə toplaşmışıq. Mənim gördüyüm qədərincə, bu, ekzistensial romandır əsərdə özgələşmə motivi qabarıqdır. Azərbaycan ədəbiyyatında ekzistensiallıq təcrübəsi, özgələşmə motivi 60-cı illər Azərbaycan nəsrində daha çox hiss olunmağa başladı, sonra 80-cilər nəslinin yaradıcılığında bu xətt daha da inkişaf etdi. İnsanın mənəvi böhranı, ekzistensial tənhalığı, cəmiyyətə özgələşməsi problemləri Anar, Elçin, Sabir Əhmədli, Yusif Səmədoğlu, daha sonralar Mövlud Süleymanlı, Afaq Məsud kimi bir çox müəlliflərin yaradıcılığında əksini tapıb. Çağdaş nəsrdə buna nümunələr çoxdur. Hazırda internet əsrində, süni intellekt dövründə bu problemin qaldırılması daha da qanunauyğunluğa çevrilir. İnsan özünü öz dünyasının mərkəzi, taleyinin hakimi kimi hiss edə bilmir nəticədə, özgələşmə baş verir. İcazənizlə, ilk sözü xüsusi olaraq dəvət etdiyim hər dəfə müzakirələrimizdə görmək istədiyim tənqidçi-ədəbiyyatşünas Elnarə Akimovaya verim. İstərdim aydınlaşdıraq ki, çağdaş Azərbaycan romanında ekzistensiallıq, yadlaşma dərəcədə aktualdır "Uzaq adamlar"da bu məsələ necə əksini tapır?

Elnarə Akimova: Mətanət xanım artıq qeyd etdi, doğrudan da Hədiyyə Şəfaqətin "Uzaq adamlar"ı ekzistensial bir romandır, insanın mənəvi dünyasını ekzistensial, sosial, psixoloji, altşüur səviyyələrdə mətnə gətirən bir əsərdir. Mən bu əsərin ilk oxucularından olmuşam. Hədiyyə xanım münasibətimi bilmək istəyəndə ilk söylədiyim cümlə belə oldu: dedim ki, mən bu əsərdə bir kişi bir qadın gördüm - uzaqlara can atan iki adam. Sartr demiş, "başqaları cəhənnəmdir". Bütün əsər boyu yazıçı insanın intim aləmi, könül dünyası ilə real dünya arasında isə bir kontakt, harmoniya axtarır. Belə bir harmoniyanın olmadığı təqdirdə beyin psixozu başlayır insan öz xəyalında qurduğu, arzuladığı dünya ilə real dünya arasında çabalayır, heç yerdə özünə rahatlıq tapmır, özünü cəmiyyətə yad bilir, elə cəmiyyət , insanlar da ona daim bozluq yadlıq içində görünür. "Uzaq adamlar" əsərinin qəhrəmanları, romanın adından da göründüyü kimi, belə bir yadlıq içindədirlər.

 

Tehran Əlişanoğlu: Ekzistensial romanlar əksərən ekstremal situasiyalar, ən şiddətlisi olum-ölüm sərhəddi üzərində qurulur; başlıca hədəfi qəhrəmanın, fərdin, insanın azadlığının üstünlüyünü təsvir təsbit etməkdir. Siz bir az konteksti genişləndirdiniz. Ekzistensial romanlar mütləq azadlıq tələb etdiyi üçün elə müstəqillik illərində ərsəyə gəlməsi qanunauyğun idi. O romanların bir çoxu haqqında mən yazmışam. Məsələn, Aydın Talıbzadənin romanları, Məqsəd Nurun "Şəhər meri", Zahid Sarıtorpağın, demək olar, bütün romanları... Hədiyyə Şəfaqətin bu sıradan roman yazmaq cəhdi alqışlanandır. İndi siz ekzistensial roman deyirsiz, mən belə düşünürəm, amma həm qəbul edə bilmirəm...

Elnarə Akimova: Siz haqlısınız, Tehran müəllim, tam ekzistensial da deyə bilmərik.

Tehran Əlişanoğlu: Mən hələ ki, bizim ədəbiyyatda kəskin şəkildə fərqlənən, fərqli roman kimi qəbul edirəm. Müzakirə gedişində, ola bilsin, müəyyən təzə fikirlərə gəlib çıxarıq.

Mətanət Vahid: Ekzistensializmə görə, sizin qeyd etdiyiniz kimi, fərdin azadlığı özündən asılıdır. İnsana seçim imkanı verən ekzistensializm əsas tipolji xüsusiyyətinə görə, özgələşməyə müqavimət göstərir. "Uzaq adamlar"da hər ikisi var: ekzistensial tənhalıq, seçimin azadlıq olması mütləq azadlığa nail olmağa gücü yetməyən insan. Əlbəttə, azadlıq burada şərtidir. Çünki getmək arzudur reallaşması yalnız yuxu, hallüsinasiya, xəyal çərçivəsində mümkündür.

Elnarə Akimova: Əslində, mən elə ona görə deyirəm ki, tam ekzistensial əsər adlandıra bilmərik. Çünki müəyyən məqamda görə bilirik ki, obrazlar absolyut azadlığa can atır, amma eyni zamanda qəribə bir qapanma, özünə sıxılma da var hamısında. Yaşam da, düşüncələri onlar üçün məhvərindən çıxmış haldadır. Amma buradan belə bir sual doğur: bu qəhrəmanlar niyə daim uzaqlara can atır, niyə kənarlaşmaq arzusundadırlar? Hədiyyənin əsərində əsas motiv özünü axtaran, yaşam qanunlarını dəyişməyə çalışan, mənəvi böhran yaşayan insanın dünyasının önə çəkilməsidir. Evinə, ailəsinə sığmayan, şəhərdən adamların adda-budda yaşadığı kəndə köçən, oradan dağları arayan - daim səfərdə, daim axtarışda olan kişi qadın. Özü bu qaçış birdən-birə baş vermir. Məsələn, əsərin əvvəlində müəllif bütün məkanları obrazların xilası üçün gərək olan interyer səviyyəsində qurur. Lal qadın ancaq pəncərə qarşısında rahat olur. Kişi evinə daxil olan kimi öz kabinetinə, otağına sığınır. Qadın kitab yazı aləmində olarkən özü ilə baş-başa qala bilir. Yazıçı onlara lazım olan bütün nəfəsliyi yaradır. Amma bu da onları qane etmir. Məlum olur ki, kişinin işlədiyi xəstəxanada daha çox özünün köməyə ehtiyacı var. Qadın şəhərdən kəndə gəlir. Amma burada da narahatdır. Kişi kənddən dağlara can atır. Daim uzaqlara qaçış meyli var. Bütün bu çevrilmələri, özgələşmələri yazıçı qəhrəmanın şüurunun prizmasından göstərməyə çalışır. Ailədən qurtulma çabası, müqəddəs atayla söhbətlər, ölüm yatağında olan qadının başı üstündə dayanıb edilən etiraflar - hər biri obrazların absolyut azadlığa can atması istəyindən qaynaqlanır. Amma nədən kimdəndi bu qaçış? Bu məqamda, məncə, əsərdə bir qədər boşluq var, əsərin mənfi tərəfidir. Yəni bu düzümün içərisində xaos var, istəyir bu qəhrəmanlar - məqsəd bilinmir. Məsələn, kişinin mənəvi narahatlığının əsası öz bədii yozumunu tapmır əsərdə. Kişinin öz üzərində nəzarəti itirməsi, hər şeyin ona yad məzmunsuz təsir bağışlamasına səbəb olub? Məhz bu məqam əsərdə psixoloji baxımdan həllini tapa, müxtəlif psixoloji durumlarla əsaslandırıla bilərdi. Oxucu isə kişinin daxili gərginliyini nəticə olaraq müşahidə edir. Amma qadın personajda bu ruhsal çevrilməni motivləndirə bilirik. Uşaqlıq travmaları, hökmlü ana tərəfindən daim təklənmək, incidilmək yalnızlığı, 1990-cı illərin yaşatdığı faciələr fonunda itən uşaqlıq gənclik zamanı s. Yəni həyatında baş verən təlatümlər, şəxsi ictimai psixoz qadının yalnız ətrafla münasibətini deyil, daxili harmoniyasını da pozur. Ümumiyyətlə, tənhalıq ağrısının altında dayanan uşaqlıq travmaları, bu amil Hədiyyə Şəfaqətin yaradıcılığında daim işləkdir, insanların olduqları məkanları tərk etməsi, keçmişlə, tanış insanlarla ünsiyyət əlaqələrinin qırılması əsas motivlərdəndir. İnsanlar xoşbəxt ola bilmir, amma buna can atırlarmı? Bəli, bu qəhrəmanlar qarşısıalınmaz bir ehtirasla yeni məkan axtarışına çıxırlar, heç yerdə qərar tapmırlar. Amma bu, onların həyatlarına rəng qatmaq istəyindən qaynaqlanmır. Bu obrazlar sadəcə yoxluğa çevrilməyə, itməyə meyillidirlər.

Gülnar Qəmbərova: Yəni oxuyursan, oxuyursan, amma ideya nədir, bilinmir.

 

Aynur Bəşirova: Əsərin sonunda geriyə - süjetə baxanda, məncə, anlaşılır. Yəni əslində, biz həyatı düşüncələrimizdə yaşayırıq düşüncələrimizə yad olan insan heç vaxt bizə doğmalaşmır. Mənə elə gəlir, əsərin bütün ana xətti elə budur. Yəni qan bağı əsas deyil, qanla bağlı olduğun insanla səni, əslində, heç bağlamaya da bilər. Romanın əsas fikri budur ki, fiziki olaraq qədər yaxın olsaq da, ruhumuza yaxın olmayan insan bizə uzaqdır.

Tehran Əlişanoğlu: Biz romanın yaratdığı təəssüratlar əsasında qədər istəsəniz, danışa bilərik. Amma konkretliyə gələndə, sanki romanda qəsdən yaradılmış bir mücərrədlik var. Yəni bizim məqsədimiz romanın ədəbiyyata gətirdiyini müəyyənləşdirməkdir.

 

Mətanət Vahid: , müəllif o mücərrədlik məsələsinə oxucunu lap əvvəldən hazırlayır. Romanın ilk fəslinin epiqrafında deyir: "Mücərrədliyi dərk edəndə bütün paralellərin kəsişmə nöqtəsi olduğunu anlayıran." Ümumiyyətlə fəsil başlıqlarındakı epiqraflar sanki romanın xülasəsini verir bizə. Amma bunu əsəri oxuduqca, yəni bir qədər irəli gedəndən sonra fərq edirsən - roman içindəki yolçuluq səni paralel yolların kəsişdiyi nöqtəyə gətirib çıxaranda. Bir mən Elnarə xanımın bayaqkı fikirlərinin davamı kimi qeyd etmək istəyirəm: məncə, romanın göstərmək istədiyi elə budur ki, azadlığı seçmək imkanı ola-ola, insan bunu seçmir. Buradakı özgələşmə qəhrəmanın cəmiyyətdən daha çox, özünə yadlaşma, öz ruhuna sadiq qala bilməməsidir. Çünki azad insan cəmiyyətə özgələşməklə özünə azadlıq verir. Bu romanın qəhrəmanları isə özlərinə sadiq deyillər. Özlərinə "mən istəyirəm?", "hara gedirəm?" sualını versələr , bu suala cavab tapa bilmirlər. Həyatda da belədir ki, tale məhz istədiyini bilən insana şans verir, üzünə qapılar açılır. Yəni müəllif qəhrəmanlarına azadlığı təklif edir, amma onlar bunu qəbul etmir. Bir yerə qədər gəlirlər, sonradan qorxurlar azadlıqdan imtina edirlər...

Elnarə Akimova: Elə əsərlər var oxucudan xüsusi intellekt tələb edir. Mətndəki göndərmələri, digər müəlliflərlə yaratdığı dialoqu, əlaqəni görə bilmək üçün bu biliklər vacib məsələdir. Elə əsərlər var ki, məhz oxucu duyumuna, hissiyatına bağlıdır. Hədiyyə Şəfaqətin romanı ikinci qismə aiddir. Hadisələr dağınıq, xaotik, paralel zaman məkan kəsimlərində təsvir olunur. Sıralamanı oxucu öz beynində aparmalıdır. Bu mənada, roman daha çox reseptiv tənqidə açıq mətndir. Yəni oxucunun qavrama imkanı, müəlliflə oxucunun qurduğu münasibət, bunların qarşılıqlı təması s. Əsərdə açıq qalan sualları oxucu öz duyğuları, həyat təcrübəsi yozumu ilə tamamlayır, izah edir.

 

 

 

Hənifə Səlifova: Müəllif romanda insanın yaşantılarını, yaşamaq istədiklərini, gözləntilərini, ruhi çarpıntılarını fərqli bir tərzdə - paralellər üzrə təqdim edir. Qəhrəmanın uşaqlığı, travmaları, sovet hökumətinin dağılması, Qarabağ hadisələri, Xocalı faciəsi kimi hadisələr yuxu ilə paralel şəkildə verilir. Ümumilikdə romanda bir mücərrədlik, abstraktlıq var. Əsərin mərkəzində boşluq, heçlik hökm sürür. Tozluq, daşlıq, bozluq kimi əlamətlər heçlik fəlsəfəsini simvolizə edir. Mətndə "kəpək", "kəpək dadı", "kəpək effekti" kimi ifadələri boşluq simvolu kimi mənalandırmaq olar. Bu da romanda fəlsəfi-psixoloji qatın mümkünlüyünü ehtiva edir. Eyni zamanda romanda o dünya ilə bu dünyanın səsləri, səs çoxluğu ilə səssizliyin harmoniyası da mücərrədlikdə qovuşmuş paralellər şəklindədir.

 

Səbirə Müzəffərli: "Uzaq adamlar" romanında müəllif oxucunu ekzistensial kontekstdə yaratdığı, əslində qeyri-müəyyənlik çərçivəsində fraqmentar formada təsvir etdiyi, lakin sonda bütöv "mən"in həyatına aparan bir dünyayla qarşılaşdırır. Süjetin xaotikliyi, hadisələrin mürəkkəbləşdiyi, eləcə səbəb-nəticə əlaqəsinin pozulduğu bu romanda əvvəl elə düşünürsən ki, bir yox, bir neçə "mən" danışır. başlayırsan, hər bir obrazın arxasınca qaçaraq onun başlanğıcını sonunu axtarmağa. Lakin mətnin sonuna yaxın məlum olur ki, roman özünü cəmiyyətdən təcrid etmiş tək bir qadın obrazının müxtəlif zaman kəsiyində təsvir edilmiş yaşantılarından bəhs edən romandır.

Mətnin strukturu modernist roman texnikası əsasında qurulmuşdur. Mətndə səbəb-nəticə əlaqəsinin "nəticə-səbəb" kimi təqdim edilməsi, eynizamandalılıq, keçmişə ani geri dönüş üçün "fləşbək" metodundan istifadə, "daxili insan"ların səslərini, fikirlərini verballaşdırmaq üçün istifadə edilmiş psixopoetik funksiya mətnin modernist tələblərə cavab verdiyini göstərən əlamətlərdir.

Mətanət Vahid: Fikrinizə qatılıram, Hədiyyə Şəfaqət "Uzaq adamlar"la modern şeirdən modern romana keçid edib. Bu əsər modernist texnikanın bütün xüsusiyyətlərini özündə cəmləyən romandır: zaman məkanla bağlı xüsusiyyətlər, monoloq, şüur axını, montaj\kollaj s. Romanda zaman anlayışı sərhədsizdir. səbəb-nəticə zənciri qırılıb, keçmiş, indi gələcək bir-birinə qarışıb. Amma xaotik şəkildə deyil, növbəli, düzənli halda ardıcıl. Beləcə, "Uzaq adamlar"da zaman modernist texnikaya uyğun olaraq, qırılmayan bir anlayışdır, bütöv mərhələdir, Berqsonun təbirincə desək, "duree"dir. Burada müxtəlif məkanların bir böyük məkan kimi bir-birinə keçid etməsi bu qəbildəndir.

 

Mənzər Niyarlı: Məncə, bu roman o qədər xaos içindədir, qarmaqarışıqdır ki. Sadəcə, müəllifin fikirləridir, düşüncələrdir. Mən hələ düşünürəm ki, buna roman demək olarmı? Hədiyyə Şəfaqət çox istedadlıdır, təsvirləri şablon cümlələrdən uzaqdır, duyğuları gözəl təsvir etməsi, tapıntıları yaxşıdır. Amma bu roman qarmaqarışıqdır, qəhrəmanın kim olduğu bir xeyli naməlum qalır, hərəkətlərinin səbəbi bilinmir. Məni roman kimi cəlb etmədi.

Mətanət Vahid: Çağdaş roman öz qəliblərini dağıtmış, özünü yenidən formalaşdıran, çərçivəsiz "sərhədlərə" malik janrdır. Ona görə "belə roman olmur" demək bir az yerinə düşmür...

Bu arada bir xeyli roman janrı, növü, tipoloji xüsusiyyətləri ilə bağlı müzakirə gedir. Mənzər xanım romanda səs, qoxu ilə bağlı qabarmaların gərəksizliyini vurğulayır.

Elnarə Akimova: Mənzər xanım, bu detallar elə romanın psixoloji açılımına xidmət edir. İnsanın içindəki "mən"! Əsər bu "mən"lərin, "" səslərin romanıdır. Mətanət xanım kitabın önündəki rəyində romandakı qoxu məsələsini xüsusi vurğulayır. Mən onunla eyni statusda səs məqamına da israrlıyam. Əsərdə səs qoxu qəhrəmanların daxili vəziyyətini gözəl ifadə edir. Sanki onların həyəcanı, sıxılması, özgələşməsi, ekzistensial gərginlikləri səs qoxuda maddiləşir. Orada bir məqam var: evə gələn kişiyə arvadı dəfələrlə bu sualı verir: "Bu iydir səndən gəlir axı"? Ramiz Rövşənin misrası yada düşür: "Bu yanıq qoxusudur, ilahi,/ Elə bil ki, adam yanıb indicə...". Hər iki halda insanın içindəki acıdan yanıb əriməsinə işarədir.

Mətanət Vahid: Bizdə, adətən, Azərbaycan ədəbiyyatının "dünyaya çıxmama"sı dərd edilir, ədəbiyyatımız dünyadan təcrid olunubmuş kimi bir təsəvvür yaranır. Mənə maraqlıdır, məsələn, "Uzaq adamlar" romanı dünyanın istənilən yerində oxucuya, məhz əsl ədəbiyyat oxucusuna maraqlı olacaq mətndirmi? Yaxud dünya ədəbiyyatındakı hansı nümunələrlə paralellər aparmaq olar?

 

Elnarə Akimova: Hədiyyənin romanı bədii özəlliyi, dili, nəql texnikası, mövzuya yanaşması ilə seçilən mətndir. Bir az da şairanə bir ruhla yazılıb, poeziyasından görünən ruhun davamı kimi gəldi mənə. Müəllifin hər iki yaradıcılığını izlədiyim üçün bunu aydın sezə bilirəm. Buna baxmayaraq, Hədiyyənin düşüncə spektri o qədər genişdir ki, şeir kimi, nəsrini belə fərqli estetikada, fərqli yanaşmayla işləyə bilir. Əsərin təhkiyəsi seçilən mövzuya tam uyğundur. Yazıçı təhkiyəsinə uyğun olaraq obrazları soyuq, sərt naturası ilə təqdim edə bilir. Müəllif əsərdə hər şeyi, hər detalı daralmış rakursdan təsvirə çəkir. Daha çox depressivlik yaratmaq, daha solğun ifadə planında göstərmək üçün. Dayanmadan yağan yağış, ətrafın toz dumana bürünməsi rəngləri daha solğun, daha boz göstərmək bu bozluğu qəhrəmanın assosiallığının, dünyasının, ətrafa yad münasibətinin vizuallaşması kimi sərgiləmək üçün. Amma bunu da deyim ki, müəllifin əsəri lüzumsuz mücərrədliyə, mistik örtüyə bürümə cəhdinə qarşıyam. Bəzi hallarda bu alınır. Bəzi hallarda gücü yetmir yazıçının. Sadə həqiqətlərin sadə şəkildə təsviri, zənnimcə, daha uğurlu olardı. Bütün bunlarla yanaşı, düşünürəm ki, bir çox uğurlu mətnlərin yanında dura biləcək romandır. Söhbət nədən gedir, məsələn, Cek Londonun "Martin İden əsəri ədəbiyyata nəyi gətirdi? İnsanın arzu istəkləri cəmiyyətlə tərs-mütənasibdirsə, onun könül dünyası ilə cəmiyyət arasında harmoniya pozulub bu, insanda ruhsal çevrilmə yaradır. Bu baxımdan, Hədiyyənin qəhrəmanları da travmaların gətirdiyi neqativlərlə əlləşən, qorxusu yuxularına köçən obrazlardır. Romanda qəhrəmanın yadlaşma səbəbləri ilə bağlı detallar çox təsirli əks olunub, nasirin potensialından xəbər verir. Amma bəzi obrazlar əsərdə bir yerdən sonra itir. Məsələn, tutaq ki, Saramaqonun "İsanın İncili" romanında necədir? Əsərin əvvəlində adi bir kasanı verir, mətnin sonu İsanın o kasaya süzülən qanı ilə tamamlanır. Yəni heç bir detal boşuna deyil. Amma burada, çox təəssüf ki, itən detallar görürük. Sanki roman izafi detallarla yüklənib. Bununla belə, düşünürəm ki, əsərin təhkiyəsi seçilən mövzuya çox uyğundur ən uğurlu məqamlardan biri budur.

Mətanət Vahid: Elnarə xanım bayaq vurğuladı ki, qadının yadlaşması kifayət qədər əsaslandırılıb romanda - ictimai-tarixi, siyasi səbəblər verilir fon kimi, ailədaxili münasibtlər . Kişinin isə yadlaşma motivləri namüəyyən qalır. Bununla bağlı fikriniz nədir?

Səbinə Müzəffərli: Mən romanda feminist havası duyuram. Müəllif qadın olduğuna görə qəhrəmanı da həyata qadın nəzərlərilə baxır. Ona görə qadın qəhrəmanının hərəkətləri kişi "mən"inə nisbətən daha çox motivlənmiş görünür. "Kişi dünyası" müəllifə görə qapalı olduğu üçün yazıçı həmən obrazı dolğun motivləndirə bilməyib.

 

Pərvanə Kərimova: Mən "Uzaq adamlar"ı psixoloji roman olaraq qəbul edirəm. 23-cü səhifəyə qədər obrazın kişi olduğunu düşünmək olur. Təəccübləndim belə bir gedişata həm dil etibarilə mənim xoşuma gələn roman oldu. Amma bəzi sözlər var ki, məsələn, romanda rastıma çıxan quanq ağacının adını araşdırdım, gördüm ki, yalnız elə Hədiyyə Şəfaqətin yazılarında çıxır. Yaxud "qəşəngcə", "birdəncə" sözləri işlədir, bunlar xoşuma gəlmədi.

Aynur Bəşirova: Mətanət xanım, mən sizin sualınıza cavab verim. Mənə elə gəlir ki, romanın əsas qəhrəmanı qadın olduğu üçün kişiyə elə diqqət yetirilməyib. Amma sonlara yaxın kişinin ailəsindəki problemlər göstərilməklə, müəyyən dərəcədə açılır. Məncə, romanın əsas qayəsi elə gətirib hər şeyi şüuraltına bağlamaqdır. Şüuraltının həyat boyu insanı izləməsi. Kompozisiya mürəkkəbliyi bəlkə elə ondan irəli gəlir. Bir ki, müasir romanı hər hansı cərəyana ya metoda qətiyyən bağlamaq olmur. Məncə, bu romanda realist-fəlsəfi mistik-psixoloji məqamlar bərabər şəkildə gedib. Ümumiyyətlə, peşəkar oxucuya xitab edən romandır.

Mətanət Vahid: Mən mətnin müdafiəçisi rolunda çıxış etmək istəmirəm, amma əvvəla, mən kompozisiyanı mürəkkəb, bayaqdan burada qeyd olunduğu kimi, mətni anlaşılmaz, mücərrəd kimi qəbul etmirəm qətiyyən. Əksinə, o qədər sadədir ki, romanda müəyyən sual qoyulur, bir neçə səhifə sonra cavab da verilir. Bədii mətn oxucusuna güvənməlidir, qarşıya sual çıxırsa, cavabı verməli deyil, oxucu özü almalıdır cavabı mətndən. Bir ki, bu müzakirədə bəzi anlayışlar qarışdırılır...

 

Tehran Əlişanoğlu: Bu roman bizim ədəbiyyata gətirib? Roman yazılıb, oxucu da kimisi bəyənir, kimisi bəyənmir, amma məsələ burasındadır ki, müəllif bu romanda özünüifadədən kənara çıxa bilmir. Biz dünya təcrübəsindən istifadə edərək öz sözümüzü, öz səsimizi çatdırmalıyıq - biz deyirik, biz gətiririk ədəbiyyata? Mən qətiyyən mətnin əhəmiyyətini azaltmaq istəmirəm. Əksinə, bu qədər fikir doğurursa, deməli, uğurlu alınıb; yazmaq istədiyini yazıb Hədiyyə Şəfaqət.

Elnarə Akimova: Yəni roman bir kişi bir qadının, yəni fərdin münasibətlərindən çıxıb mənəvi məsələyə çevrilmir, bir insan dramı kimi, lokal qalır.

 

Tehran Əlişanoğlu: Bəli, mənəvi, ictimai məsələyə, fəlsəfi problemə çevrilmir. Sözümün canı budur ki, bu mücərrədliyin konkretliyi yoxdur, yaxud konkretliyi təzə deyil. Bir az cəsarətlə ifadə edilsə, daha uğurlu alınar.

Mətanət Vahid: Tehran müəllim, siz "özünüifadədən kənara çıxa bilmir" deyirsiniz, mən romandakı "mən"i müəllif "mən"i olaraq görmürəm. Romanda şəxsiyyət azadlığı məsələsi qoyulur. Azadlığa canatım var, getmək arzusu var, amma nəticə yoxdur, bir yerdən sonra obrazlar itir - getdiyi ünvana çatmır. Çünki hədəf mövcud deyil. Ona görə sonda romanın başlanğıcındakı "mən"ə qayıdış var. Məncə, romanda bayaq burada qeyd edilənin əksinə, peşəkar oxucunu narahat edəcək çətinlik, anlaşılmazlıq yoxdur.

Tehran Əlişanoğlu: Bütün nəzəri aidetmələri bir kənara qoysaq, mən romanın əvvəlində sizin yazdığınız fikirlə razıyam ki, bu, atmosfer romanıdır; xüsusi bir əhvali-ruhiyyə yaradır, ovqat romanıdır.

Mətanət Vahid: Belə qənaətə gəlmək olar ki, Hədiyyə Şəfaqətin ilk romanı, ən azı, müzakirəyə səbəb olan, müxtəlif fikirlər formalaşdıran mətndir. Oxucunun qəbul edib-etməməsi, sevib-sevməməsi özünün mütaliə təcrübəsi ilə bağlı məsələdir... Maraqlı müzakirə üçün təşəkkür edirəm, vaxtınızı ayırdınız, dəyərli fikirlərinizi səsləndirdiniz. Sonda isə növbəti müzakirənin mövzusunu elan edirəm: bir ay sonra Ataqamın "Qanadlı körpü" hekayələr kitabının müzakirəsi üçün görüşənədək.

 

Ədəbiyyat qəzeti.- 2024.- 16 mart, ¹10.- S.16-17.