Dünyanı dəyişmək inadı
- Axundzadə kədəri
Müəllif bütün hallarda
maneədir - yaratdığı
əsər qarşısında,
onun (bədii mətnin - !) dünyanı dəyişmək
inadı qarşısında.
Məqalələrin birində
elə belə də yazılır: "Hansı müəllif yazdığı kitablarla
dünyanı işıqlandırmaq
(işığını artırmaq)
və hələ sağkən qazandığı
uğurlardan zövq almaq istəməz..."
Kim nə deyir-desin, nə düşünür-düşünsün,
həm müəllifin,
həm də bədii mətnin bir böyük arzusu olur: dünyanı
dəyişmək (fiktivliyin
gizli mənası də bəlkə elə budur...). Elə bu səbəbdən
əksər müəlliflər
dəhşətli dərəcədə
böyük, enerjiylə
aşıb-daşan əsərlərinin,
ya çapını görmür, ya da çap olunsa da, həmin mətnlərin dünyanın gedişini dəyişdiyinə şahidlik
edə bilmir. Dünya ədəbiyyatında
bu məsələdən
çox sayda nümunə gətirmək
olar. Frans Kafkanın əsərləri ilə bağlı yazılanlara baxmaq kifayətdir. Ölüm yatağında
vəsiyyəti: "Əsərlərimi
yandırın". Buraya
onun Amerika, Qəsr və bütün əsərlərinin gücünü
içinə yığan
"Trial" (Proses) romanları da daxil idi. PROSES-də bədii mətnin, xüsusi olaraq yazıçı üslubunun yaratdığı
mühitin içindən
sıyrılıb özün
kimi mühakimə yürütmək şansı,
demək olar ki, yoxdur. Üslub səni idarə edir, dünya ədəbiyyatında bu, görünməmiş hadisədir.
Eynən Məhəmməd
Füzulidə olduğu
kimi. Oxuduqca hər şeyi o daxili məhkəmə prosesinin (əsərin adının proses olması
da təsadüfi deyil)
məntiqiylə, o qəzəllərin
səni aparıb çıxardığı vadinin
havasıyla izah edirsən. Mətn bitdikdə dünya da qurtarır, mətndən sonra düşdüyün
reallıq artıq dəyişmiş dünyanın
reallığıdır. Böyük əsər dəyişən
dünyaya şahidlik etmir, onu son kərpicinə qədər
alt-üst edir, tanınmaz hala salır. Mirzə Fətəli Axundzadə də bu ideyadan
bəhs etmək üçün ən çox və ən kədərli materialı təmin edir. Dünya ədəbiyyatında onun
qədər çevik
(istədiyini almaq naminə resipiyentin duymaq istədiyi hər şeyi deyən, yetişmək istədiyi dünyanı -
nəticəni gözləri
tutulana qədər apaydın görən...) ikinci bir mütəfəkkir
çətin tapıla.
Axundzadənin Həsən
bəy Zərdabi ilə məktublarına baxın, digər yazışmalarında da yaşayaraq
daddığı kədərin
"zəhəri"ni hiss etmək, hətta görmək mümkündür.
Axundzadə yaratmaq istədiyi, yaxud büsbütün dəyişmək
istədiyi dünyanın
sınırlarını o qədər
aydın təsəvvür
edirdi ki, əlçatmazlıq
hissi onun qəlbini kədərlə
doldururdu. O, dünyanı
quran, yaradan və nəhayət, dəyişən mətnlərin
yazılmasını istəyirdi,
oxuduqca səni idarə edən, səni öz işığına bələyən
mətnləri deyil. İkinci halda, o işıq və enerji bir gün
tükənə bilər,
yeni dünyanın qurulması,
mövcud reallığın
dəyişdirilməsi oxucunu
fərqli nəsnələrə
sövq edirdi.
Axundzadə, aydın məsələdir
ki, tənqidə çox
böyük önəm
verirdi. Bəzən arzusunu reallıq kimi qələmə verməkdən belə vaz keçmirdi.
"...Lakin Kəmalüddövlə məktubları bir şəxsin əlinə keçərsə, yeyib-yatmağı
özünə haram edərək,
bulaq başına çatan susuz bir adam kimi,
onları oxuyacaq və onların mətləblərini anlamağa,
onlardan ibrət almağa və bilik əldə etməyə çalışacaqdır..."
Daha sonra. "...Səbr etmək lazım gəlir ki, əcəl gəlib çatsın, bu dünyanı tərk edək və bədbəxt xalqımızın tamamilə
ölüb ortadan getməsini heç olmazsa, öz gözümüzlə görmüyək!"
Və: "ömrümdən
bir şey qalmamışdır, müasirlərimin
qanacaqsızlığından təngə gəlmişəm
və taqətdən düşmüşəm".
Demək,
burada, bu kontekstdə iki məsələ qabarıqdır:
1. Müəllif və
bədii mətnlərin
dünyanı, mövcud
reallığı dəyişmək
inadı. 2. Müəllifdən
sonra mətnlərin dəyişməsi. Bədii
mətnlər təkcə
başqa dillərə
tərcümə vasitəsilə
dəyişmir, həm
də onlarla təmasa girən hər kəsi içinə "hopduraraq"
dəyişir, müəllifi
və yazılan, təsvir edilən gerçəkliyi hər təsadüfdə yenidən
qurub-yaratmaq inadını
sürdürür.
Axundzadənin çox ağır
şərtlər altında
apardığı mübarizələrdən
sonra nəhayət, dilə gətirdiyi şikayəti kədərlə
dolu idi. Ona həsr edilən televiziya filmində bir xarakterik detal var: uşaqkən onu anasından ayırırlar, bu ayrılıq onun tale möhürünə dönür,
həmin ayrılıq
faciələrlə növbələşir.
Əslində Mirzə
Cəlilə aid edilən
"anlamaq dərdi"
Axundzadə taleyindən
başlayır və hər şey bir az sonra
dəli yığıncağına
çevrilir...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2024.- 16 mart,
№10.- S.26.