Azərbaycan
Milli ElmlərAkademiyasının prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru,
Milli Məclisin deputatı, akademik İsa Həbibbəyliyə
Hörmətli
İsa müəllim!
TÜRKSOY
- Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının
Baş katibliyi adından və şəxsən öz
adımdan Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun yaradılmasının
90 illik yubileyi münasibətilə Sizi, İnstitutun
bütün əməkdaşlarını və qardaş Azərbaycanın
bütün qələm sahiblərini səmimi qəlbdən
təbrik edirəm.
Azərbaycan
ədəbiyyatşünaslıq elminin inkişafında
mühüm xidmətləri olan Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu bu illər ərzində Azərbaycanda
elmi məktəblərin yaradılması, ədəbi əlaqələrin
inkişafı, yeni elmi nəslin formalaşdırılması
istiqamətində səmərəli fəaliyyət göstərərək
şərəfli bir yol keçmişdir.
AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu böyük tədqiqat ənənələri,
görkəmli alimləri və çoxsaylı yetirmələri
ilə Türk dünyasının mühüm elm mərkəzlərindən
biri hesab olunur. Bu Elmi-Tədqiqat İnstitutu bir əsrə
yaxındır ki, Azərbaycanda ədəbiyyatşünaslığın
mərkəzi funksiyasını yerinə yetirir və Türk
dünyası ilə elmi-mədəni əlaqələrin
inkişaf etdirilməsində müstəsna xidmətlər
göstərməkdədir.
TÜRKSOY-un
üzv ölkələrdə təşkil etdiyi tədbirlərdə
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun alim və tədqiqatçıları fəal
iştirak edir, dəyərli təqdimatları ilə Türk
dünyasında ədəbiyyatşünaslıq elminin
inteqrasiyasına böyük xidmət göstərirlər.
Əminəm ki, bu elm ocağı gələcək fəaliyyətində
də TÜRKSOY ilə əməkdaşlığı
genişləndirəcək, Türk dünyası ədəbiyyat
xəzinəsinə önəmli töhfələr verməkdə
davam edəcəkdir.
AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun 90 illik yubileyi münasibəti ilə Sizi bir daha
təbrik edir, ümumtürk elmi-mədəni əlaqələrin
inkişafı istiqamətində yeni yaradıcılıq
nailiyyətləri arzulayıram.
Dərin
hörmətlə,
Sultan Raev
TÜRKSOY-un Baş
katibi
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış 2024.- 2 mart, №8.- S.3.