"Sənətkarın elmi pasportu" - keçmişə ehtiram

 

Ədəbiyyat İnstitutunu dünən müqəddəs məbəd, doğma ocaq kimi dəyərləndirənlər olub, bu gün ikinci ev, kutsal məkan hesab edənlər var. Dörd divarın arasına bu müqəddəslik statusunu qazandıran, onu ocağa çevirən Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Mirzəağa Quluzadə, Yaşar Qarayev, onlardan əvvəl sonra adını çəkmədiyim təmannasız alimlər şəxsiyyətlər olub. Sözün işığını yandıran, ömrünü sözə xidmətdə keçirən dəyərli ziyalılar, fikir adamları bizə Ədəbiyyat İnstitutu kimi ənənələri dəyərləri olan bir miras - "ədəbiyyatşünaslıq elminin qərargahı" kimi bir irs qoyublar.

Dünən tarix tarixşünaslıqda qorunduğu qədər ədəbiyyat ədəbiyyatşünaslıqda da mühafizə olunur. Ədəbiyyat həmişə keçmişi qorumaqda, bədii tədqiqata cəlb etməkdə özünü borclu sayıb. Ədəbiyyatşünaslıq isə bu ədəbiyyatı yaradanları öyrənməyi, tədqiq etməklə tarixin yaddaşına köçürməyi öz işi bilib. Bu müqəddəs işin özünün təzkirələrə, cünglərə, dibaçələrə qədər gedib çıxan bir tarixi var. Ədəbiyyat İnstitutu da yarandığı gündən bu missiyanı şərəflə yerinə yetirib. İstər müxtəlif illərdə çap olunan ədəbiyyat tarixlərində, istər şair, yazıçı, dramaturq hətta ədəbiyyatşünaslar haqqındakı ayrı-ayrı əsərlər onların bioqrafiyasını, mühitini, müasirlərini, fəaliyyətlərini ətraflı olaraq tədqiqat obyektinə çevirib. Bütün zamanlarda ədəbiyyatdakı təmayüllər, tendensiya istiqamətlər, janr ədəbi növlər ədəbiyyatşünaslığın predmeti olub. Ədəbiyyatın inkişaf mərhələləri, dəyişən dövr epoxaların ədəbiyyata təsiri onda əks olunması həmişə izlənilibdir. Ədəbiyyat İnstitutu ədəbiyyatşünaslığın qərərgahı kimi bu prosesin mərkəzində olub. 2017-ci ildən isə akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə bu işə yanaşma sistemli xarakter almış, "Sənətkarın elmi pasportu" Seriyasından monoqrafik tədqiqatların hazırlanmasına nəşrinə başlanılmışdır. Bu 7 ildə artıq seriyanın 50-ci kitabı işıq üzü görmüşdür. Bu kitabların təkcə adına nəzər salmaq kifayətdir ki, Ədəbiyyat İnstitutunda görülən işlərin miqyası ilə tanış olasan. Belə ki, istər Azərbaycan klassikləri, istər digər türk xalqlarının ədəbi şəxsiyyətləri, istər dünya ədəbiyyatının nümayəndələri, istər müasir yazıçı şairlər, ədəbiyyatşünaslar haqqında yazılmış bu əsərlər dəyərli bir xəzinə hesab oluna bilər. Həm o ədəbi şəxsiyyətlərin həyat fəaliyyətlərini müxtəlif aspektdən araşdırmaq baxımından, həm sonrakı tədqiqatlar üçün özül olmaq baxımından bu nəşrlər əhəmiyyətli xarakter daşıyır.

Seriyamızın ilk kitabı Əbdürrəhim bəy Haqverdiyev haqqındadır. Haqverdiyev 1927-ci ildə Tiflisdə fəaliyyətinin 35 illiyi münasibəti ilə Zaqafqaziya miqyasında təntənəli mərasim keçiriləndə Bakıda bunu qısqanclıqla qarşılayanlara "Heç kim öz vətənində peyğəmbər olmur"- deyə cavab vermişdi. Düşünürəm ki, Haqverdiyev haqqında həm bu əsərə qədər yazılanlar, həm bu monoqrafik tədqiqat öz vətənində qoyulan abidə indiki nəslin verdiyi yüksək dəyərdir.

"Sənətkarın elmi pasportu" seriyasından ikinci kitab Səməd Mənsur haqqındadır. Səməd Mənsur irsi az tədqiq olunan, yaradıcılığı ictimaiyyətə az tanış olan şairdir ki, bu onun haqqında ilk monoqrafik tədqiqatdır.

2021-ci il ölkəmizdə cənab Prezident tərəfindən "Nizami Gəncəvi İli" elan olundu. 2020-ci ildə sərhədlərini, coğrafi xəritəsini bərpa edən Azərbaycan ölkədə "Nizami Gəncəvi İli"ni qeyd etdi. Bu, Nizami Gəncəvi şəxsiyyətinin Azərbaycan üçün sərhədləri qədər dəyərli olduğunun göstəricisi idi. Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu dünyaya sübut etmək mənəvi xəritəmizin bütövlüyünü bir daha təsdiq etmək demək idi. Azərbaycan Milli Elmlər Akademiyasında da həmin il dahi şair haqqında 40-a yaxın kitab nəşr olundu. Amma "Sənətkarın elmi pasportu" seriyasından olan "Nizami Gəncəvi: həyatı yaradıcılığı" kollektiv monoqrafiyası şairin 880 illiyinə ən dəyərli töhfə idi. İlk dəfə idi ki, şairin nəsil-şəcərəsi haqqında geniş yazılır, yaradıcılığının müxtəlif tərəfləri məhz bir monoqrafiyada təqdim olunurdu.

Kiçik bir məqalədə seriyanın bütün kitablarından bəhs etmək mümkün olmasa da, qeyd etmək istədiyim məqamlar var. Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Cahanşah Həqiqi, Həbibi, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan kimi klassiklərlə yanaşı Cənubi Azərbaycan ədəbiyyatının Kərim Məşrutəçi Sönməz, Həsən Məcidzadə Savalan, Muradəli Qüreyşi Qaflantı, Pərvin Etisami, Qulamrza Səbri Təbrizi, Mərziyə Əhmədi Üskui Dalğa kimi nümayəndələrinin həyatı fəaliyyətinə həsr olunmuş kitablar yazılmışdır. Cənubi Azərbaycan ədəbiyyatının nümayəndələri haqqında yazılan bu əsərlər ayrı-ayrılıqda o şəxsiyyətlərin yaradıcılığını əks etdirməklə yanaşı, həm Cənub ədəbiyyatının ümumi mənzərəsini göstərmək baxımından da əhəmiyyətlidir.

Uşaq ədəbiyyatının tanınmış simaları - Tofiq Mahmud, Xanımana Əlibəyli, Zahid Xəlil haqqında yazılan əsərlər "Sənətkarın elmi pasportu" seriyasında yer alan maraqlı nəşrlərdir. Qeyd etdiyimiz kimi, tədqiqatlar təkcə Azərbaycan ədəbiyyatının ədəbi şəxsiyyətləri ilə məhdudlaşmır, türk dünyasının Əlişir Nəvai, Çingiz Aytmatov, Qabdulla Tukay, Muxtar Auezov kimi yaradıcılıqları Azərbaycan oxucusu üçün doğma olan ədib şairlərin yaradıcılıqları da tədqiqata cəlb olunmuşdur.

Müstəqilliyin verdiyi imkanlar daxilində klassiklərin yaradıcılığına yenidən qayıdıb baxmaq, onların irsinə məhz bu günün prizmasından yanaşmaq olduqca vacibdir. Sələflərimizin deməyə imkan tapmadıqlarını, yaxud pıçıltı ilə deyə bildiklərini, adlarını ehtiyatla çəkdikləri şəxsiyyətlərin haqqındakı həqiqətləri yüksək tribunalardan demək imkanını dəyərləndirən Ədəbiyyat İnstitutu bu şərəfli missiyanı öz öhdəsinə götürmüş daim layiqincə yerinə yetirməkdədir.

 

Aygün Bağırlı

 

    Ədəbiyyat qəzeti: xüsusi buraxılış  2024.- 2 mart, №8.- S.9.