Ədəbiyyat İnstitutu - 90 illik yubleyinə
Əssalamu-aleykum,
əziz azərbaycanlı qardaşlarımız!
Çox
hörmətli akademik İsa Həbibbəyli!
Hörmətli
elm xadimləri!
Məni
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun 90 illik yubiley mərasiminə dəvət
etdiyinizə və bu möhtəşəm tədbirdə
iştirakımı təmin etdiyinizə görə şadam!
Azərbaycan torpağı dünyanın yüksək
sivilizasiya, elm və mədəniyyət mərkəzlərindən
biridir. Azərbaycan xalqı dövlətçilik tarixində
çoxlu tanınmış şairlər, alimlər, dövlət
xadimləri yetişdirmiş böyük bir xalqdır.
Bugünkü dövrdə Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə qüdrətli dövlət
qurulur, elm sahəsində böyük irəliləyişlər
əldə edilir. Bu nailiyyətlərin əldə edilməsində
Azərbaycan Elmlər Akademiyası alimlərinin rolu misilsizdir.
Bu gün
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun yaradılmasının
90 illik yubileyi münasibətilə keçirilən tədbirdə
göstərildi ki, öz inkişafında son dərəcə
mürəkkəb və şərəfli yol
keçmişdir.
Ədəbiyyat
İnstitutundan yetişib çıxan bir çox görkəmli
akademiklər və onların akademik məktəblərində
formalaşmış yüzlərlə alimlər təkcə
Azərbaycanda deyil, həm də qardaş türk ölkələrində
də elmin inkişafı üçün səmərəli əməkdaşlıq
etmələrini, xüsusən də, özbək-azərbaycan
ədəbi əlaqələrinin möhkəmlənməsində
böyük xidmətlərini minnətdarlıqla yad edirik.
1926-cı
ildə Bakıda Əlişir Nəvainin doğum günü
ilə bağlı hicri tarixi ilə 500 illik yubileyi münasibətilə
keçirilən "Birinci Bakı Türkoloji
Qurultayı" tam mənada, klassik ədəbiyyatımızla
dilimizin vəhdəti, ideyalarımızın ümumiliyini
nümayiş etdirən və qardaş xalqlarımız
arasında ədəbiyyat sahəsində əməkdaşlığımıza
başlamaq üçün xalqlarımızın tarixində
layiqli yer tutmuşdur.
Bu
qurultayın ruhu bu günə qədər özbək və
Azərbaycan xalqlarının bir-birinə məhəbbəti,
səmimi dostluq münasibətləri ilə yoğrulub, iki ölkə
liderlərinin Türk Dövlətləri Təşkilatındakı
səmərəli fəaliyyətində özünü
göstərir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,
hörmətli akademik İsa Həbibbəyli tərəfindən
özbək alimləri ilə qurulan dostluq əlaqələri
sayəsində iki ölkənin alimləri arasında əməkdaşlıq
əlaqələrinin yüksəldiyini qeyd etməliyik. Onun təşəbbüsü
ilə Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda Əlişir Nəvai Ədəbiyyatşünaslıq
Mərkəzi açılıb və əməkdaşlarından,
xüsusilə, professor Almaz Ülvi Binnətovanın xidmətləri
ilə son illər Əlişir Nəvai adına Daşkənd
Dövlət Özbək Dili və Ədəbiyyatı
Universiteti arasında möhkəm əməkdaşlıq əlaqələri
qurulub.
Aparıcı alimlərin, istedadlı gənc alimlərin
fəaliyyətinə və elmi tədqiqatlarına dəstək
vermək, elm nümayəndələrinin cəmiyyətdə
diqqət və nüfuzunu artırmaq məqsədi ilə
Özbəkistan alimləri ilə daimi əməkdaşlıqda
beynəlxalq konfranslar, kitablar, seminarlar təşkil olunur.
2023-cü
ildə "Əlişir Nəvai və XXI əsr"
konfransı və "Əmir Əlişir"
kitabının təqdimatı keçirilib, Şeyx Nizami Gəncəvi
və Əmir Əlişir Nəvai "Xəmsə"ləri
iki dildə tərcümə edildi. Özbək və Azərbaycan
xalqlarının ədəbiyyatı, qarşılıqlı
ədəbi əlaqələrimizə həsr olunmuş
kitabların nəşri, bu ilin may ayında keçirilməsi
nəzərdə tutulan Məhəmməd Füzulinin 530 illik
yubileyinə həsr olunmuş Beynəlxalq Elmi konfrans İsa Həbibbəylinin
və İnstitut alimlərinin iştirak edəcəyindən
qürurlandıq.
Hörmətli
akademik İsa Həbibbəyli! Siz və sizin rəhbərlik
etdiyiniz Ədəbiyyat İnstitutunun alimləri Müstəqillik
dövrünün, xüsusən də, sonrakı illərdə
ulu əcdadlarımız tərəfindən qoyulmuş
şanlı ənənəni davam etdirir və Türk dünyası
xalqlarının elmi-ədəbi irsini dünya dillərinə
tərcümə etməklə xalqlarımızın
şöhrətini dünyaya yayırsınız.
Hazırda iki ölkədə elmi fəaliyyətlə məşğul
olan çoxsaylı tədqiqatçıların əksəriyyəti,
xüsusən, gənclərə üstünlük verilməsi
gələcəyimizin etibarlı əllərdə olduğunu
göstərir.
Bu gün
Ədəbiyyat İnstitutu iki ölkə alimlərinin əməkdaşlığını
daha da canlandırır, türk dünyasında elmin,
innovasiyanın və yeni kəşflərin təməli
"Özbəkistan-Azərbaycan-2030" strategiyası
çərçivəsində elmi və innovativ fəaliyyətə
dəstək, elm və istehsal inteqrasiyasının gücləndirilməsi
haqqında genişmiqyaslı hərəkətlərdə əsas
icraçılardan biri olaraq fəaliyyəti hamımız
üçün nümunədir.
Xüsusilə,
Nizami Gəncəvi, İmaməddin Nəsimi, Məhəmməd
Füzuli kimi Azərbaycanın mütəfəkkirləri
Mahmud Kaşğari, Yusif Xas Hacib, Əmir Əlişir Nəvai,
Zəhirəddin Məhəmməd Babur, Məşrəb kimi
böyük sənətkarların mənəvi əlaqəsi,
əsərlərinin müqayisəli öyrənilməsi məsələsi,
iki ölkənin dövlət dili və ədəbi ənənələrinin
addım-addım inkişafi, tədqiq edilməsi, heç bir
"izm"in ideoloji məcburiyyət olmadan, müstəqillik
ideologiyası əsasında həyata keçirilməsindən
çox məmnunuq!
Bu kimi
strateji vəzifələrin həyata keçirilməsində,
ilk növbədə, sizə, əziz alimlərin böyük
potensialına arxalanırıq! Türk
birliyimiz, mədəniyyət, elm, dil və ədəbiyyatımızın
müştərəkliyi bütün güc və
imkanlarımızı işə salmaq lazım olduğuna
işarədir.
Akademik
İsa Həbibbəyli və nəvaişünas alimə
"Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi
əlaqələri" şöbəsinin müdiri Almaz
Ülvi Binnətovaya Əlişir Nəvai adına Daşkənd
Dövlət Özbək Dili və Ədəbiyyatının
Universiteti fəxri doktoru kimi, universitetimizin alimləri və gənc
tədqiqatçılarının qardaş xalqların ədəbiyyatı,
xüsusən də, Azərbaycan ədəbiyyatı ilə
bir-birini tanımaqda böyük xidmət göstərdiklərini
vurğulamaq istərdim. Bu gün bizim əziz
ustadlarımız Azərbaycanda hansı hörmət-izzətə
layiqdirlərsə, onlar da Özbəkistanda böyük
nüfuz və etibara sahibdirlər.
Bu gün
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyi münasibətilə
mən özbək xalqı, özbək ziyalıları,
çoxsaylı Əlişir Nəvai adına Daşkənd
Dövlət Özbək Dili və Ədəbiyyatı
Universitetinin kollektivi adından Azərbaycan elm
adamlarını ürəkdən təbrik edirəm! Zəhmətkeş alim və akademiklər,
istedadlı tədqiqatçılar, doktorant və
aspirantlarını, bugünkü mübarək gün
münasibətilə səmimi təbrik edirəm.
Böyük alim Mahmud Kaşğarinin "Alimin
yastığı daşdandır", - dediyi sözlərdə
elm əhli axtarışlarla əziyyət çəksə də,
daim insanlara işıq saçır mənası təcəssüm
olunur.
Biz Sizin timsalınızda yeni tədqiqat və
araşdırmalar aparan, Azərbaycan Respublikasının elmi və
intellektual potensialını artıran belə fədakar
insanları görürük.
Möhtərəm
akademik İsa Həbibbəyli!
Dəyərli
konfrans iştirakçıları!
Sizin
timsalınızda Azərbaycan Respublikası elmin
inkişafı yolunda fədakarlıqla çalışan
bütün elm adamlarını bugünkü bayram münasibətilə
bir daha təbrik edirəm!
Yüksək
şərəfli və məsuliyyətli vəzifələrin
icrasında, dostluq bağlarının möhkəmləndirilməsində,
elm və mədəniyyətimizin, dil və ədəbiyyatımızın
inkişafına gözəl töhfələr verən sizin
kimi dəyərli tərəfdaşlara güc-qüvvə,
möhkəm cansağlığı, ailə səadəti,
yeni nailiyyətlər və uğurlar arzulayıram!
Özbək
dilindən çevirən:
Almaz Ülvi Binnətova
fil.e.d.,
dos.
Şöhrət Siracəddinov
Əlişir Nəvai
adına Daşkənd Dövlət Özbək Dili və
Ədəbiyyatı Universitetinin rektoru
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 2 mart,
¹8.- S.11.