Ədəbiyyat İnstitutundan görünən
türk dünyası
"Bizim başqa
ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır"
İlham Əliyev
Tarixən vahid kökdən boy ataraq inkişaf edən türk xalqlarının, həm etnosdan gələn ümumiləşdirici xüsusiyyətlərinin,
həm də müasir mənada xalq və dövlət
anlayışının meydana
çıxmasından sonrakı
dövrdəki fərdi,
özünəməxsus keyfiyyətlərinin
ifadəsi baxımından
ədəbiyyat hər
zaman böyük əhəmiyyət daşımışdır. Görkəmli ədəbi simalar, geniş mənada, Türk dünyasının
birliyini, möhtəşəmliyini,
həm tarixin ən müxtəlif dönəmlərində, həm
də indi böyük əsərlərlə
təkcə mənsub
olduqları coğrafiyada
deyil, bütün dünyada təmsil etmişlər. Bu mənada, ədəbiyyatşünaslığın
görkəmli ədəbi
şəxsiyyətlərin yaratmış olduğu həmin zəngin irsi öyrənmək, təbliğ etmək əsas vəzifələrindən
biri olmuşdur. Yunus Əmrə, Mehmet Akif Ərsoy, Məhtimqulu Fəraqi, Əlişir Nəvai, Abay Kunanbayev, Abdulla Tukay, Çingiz Aytmatov öz xalqlarının simvolu olmaqla bərabər, Türk dünyasını
da birləşdirən görkəmli
şəxsiyyətlərdir.
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
ayrı-ayrı türk
xalqlarının ədəbiyyatlarının,
onların görkəmli
ədəbi simalarının
həyat və yaradıcılıqlarının öyrənilməsi istiqamətində
ardıcıl işlər
aparılmışdır. Ədəbiyyat
İnstitutu ilə Türk dünyasının
elmi və ali təhsil qurumları ilə bağlanan ikitərəfli
müqavilələr və
onların nəticəsində
həyata keçirilən
konfrans, simpozium və elmi sessiyalar,
qarşılıqlı elmi
səfərlər, çap
olunan kitab, monoqrafiya, dərslik və elmi məqalələr
Azərbaycanda türk
xalqları ədəbiyyatı
tədqiqatlarının zənginləşməsinə
öz töhfəsini
vermişdir.
Ədəbiyyat İnstitutunda türk
xalqları ədəbiyyatının
öyrənilməsi istiqamətində
Türk xalqları ədəbiyyatı və
Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri
şöbələri, Əlişir
Nəvai Özbək ədəbiyyatı mərkəzi
(29 iyun 2018-ci il), Mehmet Akif Ərsoy Türkiyə ədəbiyyatı mərkəzi
(25 dekabr 2023) mərkəzləri
fəaliyyət göstərməkdədir.
Məhtimqulu Fəraqi Türkmən
ədəbiyyatı mərkəzinin
aprel ayında açılışı olacaqdır.
Şöbə və mərkəzlərimizdə
aparıcı türk
xalqlarının ədəbiyyatları
ilə bağlı alimlərimiz tərəfindən
elmi tədqiqat işləri aparılır,
bu istiqamətdə doktorant və dissertantlar tərəfindən
dissertasiya işləri
yerinə yetirilir.
İnstitutun Türk xalqları
ədəbiyyatı və
Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri
şöbələrində fəaliyyət göstərən
prof. Məmməd Əliyevin
ümumtürk şeirinin
nəzəri problemləri,
prof. Nizami Tağısoyun
qazax və qaraçay ədəbiyyatı,
fil.e.d. Xuraman Hümmətovanın klassik dövr Türkiyə ədəbiyyatı,
fil.e.d. Almaz Ülvi, fil.e.d. Yaşar Qasımbəylinin özbək
ədəbiyyatı, fil.e.d.
Eşqanə Babayevanın
çağdaş Türkiyə
nəsri, fil.f.d., dos. İsmixan Osmanlının türkmən
və tatar ədəbiyyatı, fil.f.d.
Turan Teymurovun qazax nəsri, fil.f.d. Töhfə Talıbovanın türkmən
poeziyası ilə bağlı qiymətli tədqiqat əsərləri
nəşr edilmişdir.
Ədəbiyyat İnstitutunun bir sıra beynəlxalq indeksləmə sistemlərinə
daxil edilən "Müqayisəli ədəbiyyatşünaslıq"
jurnalında Türk dünyasından olan alimlərin elmi məqalələri nəşr
edilməkdədir. Türk
dünyası ilə ədəbi əlaqələrin
inkişaf etdirilməsi
məqsədilə "Müqayisəli
ədəbiyyatşünaslıq" jurnalının görkəmli
qırğız yazıçısı
Çingiz Aytmatova
(2018), qazax ədibi Abay Kunanbayevə (2020) və özbək ədəbiyyatına (2020) həsr
olunmuş xüsusi buraxılışları hazırlanıb
nəşr edilmişdir.
Astanada yerləşən Beynəlxalq
Türk Akademiyası
(6 noyabr 2013-cü il),
Türkiyə Cümhuriyyətinin
Qafqaz Universitetlər Birliyi (17 yanvar 2014-cü il), İqdır Universiteti (3 may
2017-ci il), İLESAM (Türkiyə
Elm və Ədəbi
Əsər Sahibləri
Birliyi) təşkilatı
(27 aprel 2017-ci il ), Türk Dil Qurumu
(22 oktyabr 2018-ci il), Fırat Universiteti (22 may
2023-cü il) və Özbəkistanın Əlişir
Nəvai adına Daşkənd Dövlət
Özbək dili və Ədəbiyyatı
Universiteti (8 dekabr
2017-ci il), Berdax adına Qaraqalpaq Dövlət Universiteti (11
yanvar 2019-cu il), Mirzə Uluğbəy adına Özbəkistan Milli Universiteti (29 oktyabr 2019-cu il), Fərqanə Dövlət
Universiteti (2 iyul
2020-ci il) və Gülüstan Dövlət
Universiteti (13 noyabr
2020-ci il) ilə qarşılıqlı əməkdaşlıq
haqqında müqavilələr
sayəsində elmi mübadilə ilə bağlı bir sıra mühüm işlər həyata keçirilmişdir.
Böyük türkmən şairi
Məhtimqulu Fəraqinin
naməlum "Divan"ı
aşkar edilərək
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlyazmalar İnstitutu və Türkmənistan Elmlər
Akademiyasının Əlyazmalar
İnstitutu tərəfindən
birgə hazırlanaraq
elmi-tənqidi mətni
ilə birlikdə nəşri (2015) böyük
əhəmiyyətə malikdir.
Ədəbiyyat İnstitutunda keçirilmiş
"Yaşayan Yunus Əmrə" (9 dekabr
2013-cü il), "Türk
xalqları ədəbiyyatı:
mənşəyi, inkişaf
mərhələləri və
problemləri" (1-2 dekabr
2015-ci il), "Böyük
türkmən şairi
Məhtimqulu Fəraqi
və Azərbaycan"
(19 may 2015-ci il), "Georgi
Xazai və Azərbaycan" (25 oktyabr
2016-cı il), "Çingiz
Aytmatov: milliliklə bəşəriliyi birləşdirən
fenomen" (13 iyul
2018-ci il), "Türk
şeirində milli istiqlalın möhtəşəm
müqəddiməsi: Əhməd
Cavad və Akif Ərsoy" (9 iyun 2022-ci il) və "Əhməd Ağaoğlu və Türk dünyası"
(16 noyabr 2023-cü il)
Beynəlxalq elmi konfransları türk dünyasının alim və tədqiqatçıları
ilə qarşılıqlı
inteqrasiyanın gücləndirilməsi
baxımından böyük
əhəmiyyət kəsb
etmişdir.
Türk xalqları ilə qarşılıqlı əlaqələrin
hər gün daha da inkişaf etməsi qarşıya yeni elmi hədəflər,
istiqamətlər çıxarmaqdadır. Ədəbiyyat
İnstitutu elmi potensialı ilə ədəbiyyatşünaslıq baxımından həmin hədəflər naminə
çalışır.
Mehman Həsənli
Ədəbiyyat qəzeti:
xüsusi buraxılış 2024.- 2 mart, ¹8.- S.20.