Mətbuat tarixi və publisistika
şöbəsinin yaranması, keçdiyi yol və nəşrləri
Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu zəngin, çoxşaxəli
araşdırma ənənələri və ədəbiyyatşünaslıq
elminin fədakar alimlərinin istedadı, bacarığı və
işgüzarlığı sayəsində Azərbaycan
xalqının əsrlər boyu yaratdığı ədəbi-mədəni
sərvətlərinin, milli-mənəvi dəyərlərinin
tarixi qatlarının aşkarlanması, qorunması və gələcək
nəsillərə çatdırılması, təbliği
və tədqiqi istiqamətində mühüm işlər
görür və belə bir missiya son illər daha fəal və
intensiv xarakter daşımaqdadır.
Azərbaycan
elminin sistemli, davamlı və fundamental şəkildə
araşdırılmasını stimullaşdıran prioritet məsələlərdən
biri də onun mükəmməl struktur vahidlərinin
yaradılması və ixtisaslı kadrların potensial
gücündən doğru və səmərəli şəkildə
istifadədir. Məhz
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun elmi inkişaf yolunun müəyyənləşməsi,
mühüm elmi nailiyyətlərin əldə edilməsi və
böyük uğurlara imza atılması akademik İsa Həbibbəylinin
düzgün, prinsipial mövqeyi və uğurlu fəaliyyəti
ilə həyata keçirilir. Son beş-altı
ildə institutun bir çox uğurlara imza atması da akademik
İsa Həbibbəylinin yüksək təşkilatçılığı
və böyük yaradıcı potensiala malik olması ilə
bilavasitə bağlıdır.
Şöbə
"Dövri mətbuat və biblioqrafiya" adı ilə
Nizami adına Dil və Ədəbiyyat
İnstitutunun direktoru akademik Məmməlağa Şirəliyevin
1 iyul 1961-ci il tarixli əmri ilə yaradılmış və
1971-ci ilə qədər fəaliyyət göstərmişdir.
Şöbənin ilk müdiri fillologiya elmləri dotoru, professor Nazim Axundov olmuşdur. 15 il sonra -
1986-cı ildə prof. Yaşar Qarayevin təşəbbüsü
və əmri ilə "İnformasiya və biblioqrafiya"
şöbəsi yaradılmış, müdir filologiya elmləri
doktoru, professor İslam Ağayev təyin edilmişdir. Təəssüf ki, bu şöbə də 6 ildən
sonra, 1992-ci ildə qapanmışdır. AMEA-nın
vitse-prezidenti, hal-hazırda (AMEA-nın prezidenti - V.Ə.)
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin 24 iyun
2014-cü il tarixli əmri ilə Mətbuat tarixi və publisistika
şöbəsi yaradılmış, yeni qurumun ilk müdiri
filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli
(iyul-oktyabr 2014) təyin olunmuşdur. Hal-hazırda
şöbəyə filologiya elmləri doktoru, professor
Vüqar Əhməd rəhbərlik edir.
Mətbuat
tarixi və publisistika şöbəsində vaxtilə
AMEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov,
Nazim Axundov, Ağarəfi Zeynalov, Rasim Tağıyev, İslam
Ağayev, Nadir Məmmədov, Ofeliya Bayramova, Mirəli Mənafi,
Müxlisə Əbilova, Turan Həsənzadə, Alxan Məmmədov,
Asif Rüstəmli, Dilruba Rzayeva kimi alim və tədqiqatçılar
çalışıblar.
Mətbuat tarixi və publisistika şöbəsinin
uğurlarından biri də akademik İsa Həbibbəylinin
ideya müəllifi olduğu satirik mətbuatımızın
zirvəsi hesab edilən "Molla Nəsrəddin"
jurnalının ensiklopediyasının nəşrə
hazırlanaraq çap olunmasıdır.
Filologiya
üzrə fəlsəfə doktoru, aparıcı elmi
işçi Gülbəniz Babayevanın bu yaxınlarda
çapa hazırladığı "Molla Nəsrəddin və
milli-mənəvi dəyərlər" adlı
monoqrafiyası da böyük realist sənətkarın -Mirzə
Cəlilin 150 illik yubileyinə həsr edilmişdir.
Şöbədə "Ziyayi-Qafqaziyyə", "Kəşkül",
"Bəhlul" mətbuat orqanları müasir qrafikaya
transfoneliterasiya edilmişdir. "İstiqlal" qəzeti və
gizli istiqlalçılar", "Ədəbiyyat qəzeti"
və ədəbi-mədəni mühit", "Azərbaycan"
jurnalında publisistika məsələləri",
"Hacı İbrahim Qasımov və "Bəsirət"
qəzeti", "Əhməd bəy Ağaoğlu və
Türkiyə mətbuatı", "Gənclik"
jurnalında publisistika məsələləri"
mövzularında tədqiqat işləri
aparılmışdır. "Mətbuat tarixi və
publisistika məsələləri" (I, 2016; II, 2020) toplusu tərtib
edilmişdir. Həmçinin Vüqar Əhmədin
"Azərbaycan uşaq mətbuatında (1906-1920) rus ədəbiyyatı
məsələləri", Rauf Sadıxovun "Sənətin
izi ilə", Elçin Mehrəliyevin "Multikultural
mühit və ədəbiyyat", Gülbəniz
Babayevanın "Molla Nəsrəddin" jurnalı və
milli-ədəbi dəyərlər" monoqrafiyaları
çap olunmuşdur. Dilbər Rzayeva ilə Vüqar Əhmədin
birgə hazırladıqları "Arı",
"Mirat","Məşəl", "Kəlniyyət"
jurnallarının transfoneliterasiyası,zəngin məlumat
bazası olan biblioqrafiyası tərtib edilərək ilk dəfə
nəşr olumuşdur.
"Arı"
və "Mirat" satirik jurnallarının komplektləri
Ədəbiyyat İnstitutunun Elmi Şurasının 13 sentyabr
2021-ci il tarixli 6 saylı iclasının qərarı ilə
işıq üzü görüb Toplunun elmi redaktoru
AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli,
jurnalları transfoneliterasiya edən, lüğət, qeydlər,
izahların müəllifləri, çapa hazırlayanlar həmin şöbənin
böyük elmi işçisi Dilbər Rzayevadır. Həmçinin
"XX əsrin əvvəllərində ictimai-siyasi şərait
və satirik mətbuat" adlı ön sözün müəllifləri
Vüqar Əhməd, "Arı" və "Mirat"
satirik jurnallarının nəşri tarixi və ədəbi-ictimai
mənzərə" araşdırmanın müəllifi
Dilbər Rzayeva tərəfindən qələmə
alınmışdır.
Azərbaycan
mətbuatının 145 illiyi münasibətilə "Bəhlul"
jurnalı kitab halında AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika
şöbəsinin böyük elmi işçisi Dilbər
Rzayeva tərəfindən ilk dəfə "Bəhlul"
satirik jurnalını transfonelitersiya edərək nəşr
olunmuşdur.
"Ziyayi-Qafqaziyyə"
və "Kəşkül" qəzetləri müasir əlifbaya
transfoneliterasiya edilmiş, "Molla Nəsrəddin"
jurnalının ensiklopediyası üçün
sözlük hazırlanmış, "Azərbaycan mətbuatının
salnaməsi" üzərində iş aparılmış,
"Həqiqəti-əfkar" qəzetinin tam dəsti
Sankt-Peterburq arxivindən Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutuna gətirilmiş və tədqiqata
cəlb edilmişdir. Bütün bunlardan əlavə,
"Yaşıl yapraklar" (1922) dərgisi nəşrə
hazırlanmış, "Ədəbiyyat qəzeti" və
ədəbi-mədəni mühit", "İstiqlal" qəzeti
və gizli istiqlalçılar", "Hacı İbrahim
Qasımovun publisistikası", "Multikultural mühitin
sınaq dövrü həqiqətləri publisistikada",
"Azərbaycan" jurnalında publisistika məsələləri"
və s. monoqrafiyalar nəşr edilmişdir.
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində
hazırlanan "Ziyayi-Qafqaziyyə" (1880-1884) qəzeti
transliterasiya edilərək ilk dəfə kitab halında
çap olunub. "Ziyayi-Qafqaziyyə"nin
bütün nömrələri şöbənin mərhum əməkdaşı
Müştəba Əliyev tərəfindən
transfoneliterasiya edilərək lüğət, izah və
şərhlərlə kitab halına salınıb. Kitab ədəbiyyat institutunun Elmi
şurasının qərarı ilə nəşr edilib.
Akademik
İsa Həbibbəyli "Ziyayi-Qafqaziyyə" qəzetinin
Ədəbiyyat İnstitututnun nəşri adlı məqaləsində
yazır: "Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda 11 iyun 2014-cü il tarixidə
yaradılmış "Mətbuat tarixi və publisistika"
şöbəsinin çoxçəhətli və
ardıcıl fəaliyyəti ilə nəinki mövcud
boşluq aradan qaldırılmış, hətta mətbuatşünaslıq
sahəsi mühüm addımlarla daha da irəliləmişdir.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun Mətbuat
tarixi və publisistika şöbəsi əməkdaşlarının
səyləri nəticəsində XIX əsrin axırları
və XX əsrin əvvəlləri Azərbaycan mətbuatı
nümunələrini ərəb qrafikasından, əski əlifbadan
müasir latın əlifbasına çevirilərək kitab
halında yenidən nəşr edilməsinə xüsusi diqqət
yetirilir. "Ziya" və "Ziyayi-Qafqaziyyə" qəzetlərini
latın qrafikalı əlifbaya çevirmək
kimi məsul və çətin işi fədakar tədqiqatçı,
"Vətən uğrunda" qəzetinin baş redaktoru
olmuş mərhum Müştəba Əliyevin xidmətləri
ayrıca qeyd edilməyə layiqdir.
Mətbuat
tarixi və publisistika şöbəsinin təşkilatçılığı
ilə "Ziya" qəzetinin müasir əlifbaya
transfoneliterasiyasının və nəşrinin təqdimat mərasimi
(mart, 2015), "Mirzə Cəlal Yusifzadə" və "Həqiqəti-əfkar"
qəzeti" (iyul, 2015), "Molla Nəsrəddin"
jurnalının 110 illiyi münasibətilə "Sizi deyib gəlmişəm..."
(aprel, 2016), "Heydər Əliyev və
Azərbaycan mədəniyyəti" (may, 2016) və başqa
mövzularda elmi konfranslar keçirilmişdir. Şöbənin
fəaliyyəti dövründə filologiya elmləri doktoru,
professor Asif Rüstəmlinin "Zirədən başlanan
yol", "Mirzə Bala Məhəmmədzadənin həyatı,
yaradıcılığı və mühiti" (2018), "Cəfər
Cabbarlı və milli istiqlal hərəkatı" (2018),
"Ədəbiyyatşünaslıq elminin məbədi"
(akad. İsa Həbibbəyli ilə müştərək)
(2018), Gülnar Səmanın "Müstəqillik
dövrü Azərbaycan poemaları" (rus dilində) (2018),
"Sözümüz sözdür" (2019), Təhminə Vəliyevanın
"Nitq etiketləri Azərbaycan dilində və Azərbaycan
dili tədrisində" (ingilis dilində) (2018), Dilbər
Rzayevanın "Gəncəli Səbahi"- (biblioqrafik
göstərici-2020) kitabları çap olunmuşdur.
Şöbə əməkdaşlarının yüzlərlə
elmi məqalələri həm ölkə daxilində, həm
də onun hüdudlarından kənarda nəşr edilmiş və
bu gün də bu proses davam etməkdədir.
Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən
"Mətbuat tarixi və publisistika məsələləri"
kitabının ikinci cildi nəşr edilib.
Məqalələr
toplusunda institut və şöbənin elmi əməkdaşlarından
Vüqar Əhmədin "Ədəbiyyat qəzeti"ndə
publisistika", Elçin Mehrəliyevin "Azərbaycan"ın
bayramı Azərbaycan ədəbiyyatında bayramdır",
Elmira Qasımovanın "Hacı Səlim Səyyahın
gizlin imzaları", Rauf Sadıxovun "Hacı İbrahim
Qasımovun bədii yaradıcılığı",
Gülbəniz Babayevanın "Satirik poeziyada işlədilən
klassik şeir şəkilləri ("Molla Nəsrəddin"
jurnalı əsasında)", Loğman Rəşidzadənin
"Əli İldırımoğlunun publisistikası", Səadət
Vahabovanın "Sarıqamış uğursuzluğu, rus və
erməni genosidinin Ömər Faiq publisistikasında şərhi",
Dilbər Rzayevanın "Gəncəli Səbahının
publisistikası", Gülnar Qasımlının "Vilayət
Quliyevin "Atatürk və Əhməd Ağaoğlu"
kitabı", Təhminə Vəliyevanın "Əhməd
bəy Ağaoğlunun memuar irsində mövzu və
problematika" kimi məqalələri yer alıb.
Şöbənin əməkdaşlarının nəşr
işləri, yerli və xarci ölkələrdə dərc
edilən elmi məqalələri, beynəlxalq və respublika
miqyaslı konfranslardakı iştirakı təqdirə
layiqdir.
AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun "Mətbuat
tarixi və publisistika" şöbəsinin
hazırladığı "Heydər Əliyev və milli mətbuat"
kitabı bu yaxınlarda işıq üzü görüb.
Ümummilli
Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin "Heydər
Əliyevin dövlətçilik siyasətində mətbuat"
başlıqlı "Ön söz"lə
açılır, Heydər Əliyev şəxsiyyətinin
üstün keyfiyyətlərinə və onun uzaqgörən
siyasəti sayəsində əldə olunan inkişafa nəzər
salınır. Akademik görkəmli dövlət xadimi olan
Heydər Əliyevin milli mətbuatın inkişafına
verdiyi böyük diqqəti və qayğını, milli mətbuatın
inkişafında rolunu yüksək dəyərləndirir,
eyni zamanda Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitunun Mətbuat tarixi və publisistika şöbəsinin
hazırladığı məqalələr toplusunu "Heydər
Əliyev ili"nə elmi töhfə adlandırır.
Kitabda Mətbuat
tarixi və publisistika şöbəsinin əməkdaşları
Vüqar Əhməd, Elçin Mehrəliyev, Gülbəniz
Babayeva və Gülnar Səmanın (Qasımlı) Ulu Öndər
Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən,
onun Azərbaycan xalqı qarşısındakı əvəzsiz
xidmətlərindən bəhs edən elmi məqalələri
toplanıb. Məqalələrdə dünya
şöhrətli siyasətçi və dövlət xadimi,
Ümummilli lider Heydər Əliyevin mətbuatla dövlətçilik
siyasətinin qarşılıqlı əlaqələrindən
bəhs olunur. Heydər Əliyev siyasi
kursunun ölkəyə qazandırdığı nailiyyətlər
diqqət mərkəzinə çəkilir. Ulu öndərin
mətbuatın cəmiyyətin inkişafındakı əvəzsiz
gücündən məharətlə istifadə etməsi, fəaliyyətinin
Azərbaycançılıq ideologiyasının təbliğinə
yönəldilməsində cəsarətli mövqe tutması
maraqlı faktlarla açıqlanır, ulu öndərin
uzaqgörən siyasəti, Azərbaycan xalqı və milli mətbuatımızın
qarşısındakı əvəzsiz xidmətləri, gərgin
ictimai-siyasi fəaliyyəti haqqında zəngin təsəvvür
yaradılır. Məqalələrdə Heydər
Əliyevin milli mətbuatımızın müstəqil
dövlətçiliyimizlə bağlılığı, mətbuatın
dövlət idarəetmə sistemindəki yeri və rolu
haqqında dəyərli fikirlərinin şərhinə
geniş yer verilir.
Akademik
İsa Həbibbəylinin şöbə haqqında söylədiyi
bu xoş sözlərlə fikrimi tamamlamaq istəyirəm:
"Əminliklə vurğulamaq olar ki, Mətbuat tarixi və
publisistika şöbəsini yaratmaqla yanlışlığa
yol verilməyib, yeni qurum zərurət baxımından
artıq özünütəsdiq mərhələsinə qədəm
qoyub. Şöbənin əməkdaşlarının
fəaliyyətini təqdir edir, gələcəyinə
böyük ümidlər bəsləyir və onlara elmi
araşdırmalarında uğurlar arzulayıram!"
Şöbə əməkdaşları bundan sonrakı
fəaliyyətində bizə verilən dəyər və
qiymətdən ruhlanaraq mətbuat və publisistikanın
açılmamış səhifələrinin öyrənilməsində,
nəşrində əvvəlki əzmkarlıqla
çalışacaqlar.
Vüqar Əhməd
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 2 mart,
№8.- S.21.